Cəmiyyət

Azərbaycanda bu kəndlərə qar yağdı - FOTO

26 Mart 2019 16:05
2 Şərh     Baxış: 3 371
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qax rayonunun bəzi dağ kəndlərinə qar yağıb. Gecə saatlarından başlayan yağış səhər saatlarından etibarən qara çevrilib.

Milli.Az sputnik.az-a istinadən xəbər verir ki, qar, rayonun əsasən dağlıq ərazilərində yerləşən İlisu, Sarıbaş, Qaşqaçay və Ağçay kəndlərinə düşüb. Yağıntı ilə əlaqədar dağ kəndlərinə gedən avtomobil yollarında nəqliyyatın hərəkətində problem yaranmayıb. Lakin, yerli camaat yağan qarın fəsadlarından narahatdır. Beləki, Qaşqaçay kənd sakini Həzrət  Quliyev bildirir ki, yağan qar çiçəklərə ziyan vura bilər. Bu da məhsuldarlığın azalmasına səbəb ola bilər.

Hazırda həmin kəndlərdə qar yağmaqda davam edir. Qeyd edək ki, Zaqatalanın və Balakənin də bəzi dağ kəndlərinə qar hələ də yağır.

Mill.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.