Cəmiyyət

Dilənçilik, yoxsa sənət? - Küçə musiqiçiləri - VİDEO - FOTO

9 Yanvar 2019 19:25
5 Şərh     Baxış: 982

Bir zamanlar rəqsləri, ifaları ilə insanları ətrafına toplayıb pul qazanan hindlilər Amerikaya köç edəndən sonra bu ənənə dəb halını aldı və dünya ölkələrində küçə incəsənəti adlı yeni anlayışı yaratdı. Bu gün ölkəmizdə küçə incəsənətinin ən geniş yayılan növü isə məhz küçə musiqisidir.

Milli.AZ bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Yaz-yay, payız-qış demədən metro yaxınlığında, dənizkənarı bulvarda, ən çox da paytaxt keçidlərində onlara rast gəlirik. Ətraflarında isə maraq dolu baxışlar.

Gülnaz Abdullazadə - Musiqişünas: "Hələ onların imkanı yoxdur geniş səhnəyə geniş publika qarşısına çıxsınlar, zallarda ifa etsinlər. Bu, o qədər asan iş deyil".

Dünya ölkələrində bu ənənə böyük maraqla qarşılansa da, bizdə hələ də münasibətlər birmənalı deyil. Elə şəhər sakinlərinin fikirləri kimi.

Sakin: "Efirə çıxır başqaları, bunlar da bacardığını edir".

Sakin: "Bu, nə musiqidir ki? Onların səviyyəsi aşağıdır".

Sakin: "Bilmirəm başqaları nə fikirləşir, mənim münasibətim çox yaxşıdır".

Qəribədir ki, bir zamanlar özlərini tanıtmaq üçün həvəslə kamera önünə keçən küçə ifaçıları kameramızı, mikrofonumuzu uzaqdan görən kimi bəziləri ifalarını dayandırdılar, bəziləri də, sözün əsl mənasında, şələ-küləsini yığıb bizdən uzaqlaşdılar. Səbəbini soruşduqda isə icazə vermirlər dedilər. "Kim" və "niyə" suallarımızın cavabları isə müəmmalı qaldı.

Lakin çətin də olsa cəhdimiz nəticə verdi. Gənc ifaçı Elnur Bayramovla nəinki söhbət etdik, həm də canlı ifasını da dinlədik.

Musiqçi: "İnsanlar dənizkənarında oturanda sakit qulaq asırlar. İndi həvəskar kimiyəm, amma professionallığa doğru getmək istəyirəm".

Gülnaz Abdullazadə - Musiqişünas: "Mən hesab edirəm ki, yerin altından çıxmaq vaxtı gəlib çatıb. Onlara imkan yaratmaq lazımdır, misal üçün, bizim "Tarqovı" küçəmiz - bəzi yerlərdə onlar oturub rahat öz ifalarını nümayiş elətdirə bilərdilər".

Çalışaq küçə musiqiçilərini adı kimi "dırnaqarası küçə ifaçıları" səviyyəsinə endirməyək, əksinə elə təəssürat yaradaq ki, bu üsul dünya ölkələrində olduğu kimi bizdə də peşəkar və sağlam rəqabətə köklənsin.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Dilənçilik, yoxsa sənət? - Küçə musiqiçiləri

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    Roya · 9 Yanvar 19:3070

    Bir vetendas kimi munasibetim cox yaxsidi kuce musiqisine.orada-burada pis isle mesgul olunca hem talantlarini numayis etdirir hem de pul qazanirlar.

    Cavab yaz
  • Anonim
    aki2 · 9 Yanvar 20:1130

    cox duz buyurursuz roya xanim siz

    Cavab yaz
  • Anonim
    · 9 Yanvar 20:2940

    Bir, vetandaw kimi, men de, bir, cümle bildirirem musiqicilerin ellerinde olan bir, senetdir. ( dilencilik yox ) senet !

    Cavab yaz
  • Anonim
    ~~~ · 9 Yanvar 20:4740

    Mənim cox xoşuma gəlir. Onlara qulaq asaram nəinki bizim məşhur müğənnilərimize.

    Cavab yaz
  • Anonim
    dilək · 10 Yanvar 09:2010

    mövzunun başlığını elə yazırlar ki dilənçilik niyə dilənçilik mən avropanı demək olar ki gəzmişəm hər yerdə küçə musiqiçiləri var və normal da qarşılanır. bir dəfə gənclik metrosunda bir qadın oxuyurdu səsi çox gözəl idi mən o qadına qulaq asmaq üçün bir neçə dəfə getmişəm sonra görmədim

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.