Cəmiyyət

Günün qoroskopu: yaranmış situasiyanı obyektiv dəyərləndirin

12 Oktyabr 2018 00:01
27 Şərh     Baxış: 9 960

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - aktiv, enerjili olun. Baş verən hadisələrin laqeyd müşahidəçisinə çevrilməyin. Zahiri görkəminiz, imiciniz rəsmi və işgüzar olmalıdır. Aktual məsələnin həllində, inzibati məqamların müzakirəsində mənafelərinizi başqalarının istəklərinə qurban verməyin.
Günün ikinci yarısında önəmli toplantı, cari layihənin nəzərdən keçirilməsi ola bilər. 
Axşam saatlarında ailə üzvləri və yaxınlarınızla izafi sərt olmayın. Səmimiyyət bağlı qapıları açır.

Buğa - səhər saatları genişmiqyaslı işə başlamaq, yeni layihəyə start vermək üçün münasib zamandır. Müqavilə, anlaşma və sözləşmələrdə yalnız sizə sərfəli olan məqamların ön plana çəkilməsinə çalışın.
Yeni yerdə işləyirsinizsə, faydalı əlaqələr qurmağa meylli olun. 
Günün ikinci yarısında ikinci dərəcəli işlər diqqətinizi mühüm məsələlərdən ayırmamalıdır. Aldığınız məlumatları mütləq şəkildə yoxlayın.
Dövlət qurumlarından birinə baş çəkməli olacaqsınız.
Sevdiyiniz insanın qayğısına qalın.

Əkizlər - mümkün qədər ciddi, sayıq olun. Başladığınız işlərə məsuliyyətlə yanaşın. Zahirən əhəmiyyətsiz təsir bağışlayan detallar, kiçik təfərrüatlar önəm kəsb edəcək. 
Günün ikinci yarısında xırdalıqların işinizə mənfi təsir etməsinə imkan verməyin. Danışanda üstüörtülü kəlmələrdən, ibarələrdən istifadə etməyin. Sözlərinizi yanlış qələmə verə bilərlər.
Axşam saatlarında əyləncəni təxirə salın.

Xərçəng - səhər saatlarından etibarən diplomatik olun. Mübhəm məqamları aşkarlamağa tələsməyin. Yaxın ətrafınızdakı insanlarla təmaslarda soyuqqanlı, təmkinli olun.
Günün ikinci yarısında tərəfdaş və şəriklərlə iş konstruktoivlik tələb edir. Əhvalınız proseslərə ciddi təsir etməməlidir. Qarşı tərəflə ümumi fikrə, ortaq məxrəcə gəlmək niyyətiniz varsa, danışa sayğı göstərin.
Yaxınlarınız və qohumlarınızla danışanda iradlara kəskin cavab verməyin.

Şir - sizinlə manipulyasiya etmək çox asandır. Siz xoşunuz gələn şeylərə o qədər tez inanırsınız ki, bəziləri bundan istifadə etməyə bilmirlər. Hərdən intuisiyanız sizə ehtiyatlı olmağı məsləhət görsə də, siz buna qulaq asmağı lazım bilmirsiniz. Kommersiya fəaliyyətində uğursuzluq ehtimalı çox böyükdür. Sövdələşmələrdən çəkinmək tövsiyə olunur.
Ətrafdakılarla münasibətlərdə problemlər mümkündür. Siz ifadələrinizdə çox sərt, bəzən nəzakətsiz, demək olar ki, həmişə kobudsunuz. Bir qədər yumşaq olun. Bu, incikliklərdən və digər problemlərdən yayınmaqda yardım edəcək.

Qız - mənfi tendensiyaların təsiri həyatın bütün sahələrində hiss olunacaq. Fikrinizi diqqət tələb edən işlərdə cəmləşdirmək çətindir. Bu üzdən nəsə vacib bir şeyi diqqətdən yayındıra, səhvlərə yoll verə bilərsiniz. Qızlar ən yaxın adamlarının ehtiyaclarına biganə qalmağa meyllidirlər və bu səbəbdən münaqişəli vəziyyətlər yarana bilər.
Günün daha bir problemi ondan ibarətdir ki, yaxşı məsləhətlərə qulaq asmaq istəmirsiniz. Uzaq səfərlərə getmək, xarici valyuta almaq məsləhət deyil. Günün ikinci yarısında ciddi naxoşluq gözlənilir.

Tərəzi - prioritet məqsədləri müəyyənləşdirin. Cari xidməti məsələlər və kiçik məişət problemləri başağrıları yarada bilər. Rutinlik, yeknəsəklik sizə çox pis təsir edəcək. Xırda məsələlər əhvalınızı korlamamalıdır.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərinizdə diqqətli olun. Xırdalıqlara laqeyd münasibət karyeranızla yanaşı, yaxınlarınızla münasibətlərinizə mənfi təsir edə bilər. Önəmli görüşdən əvvəl gərəkli auranı yaratmağa can atın. Axşam saatlarında ünsiyyət məhsuldar olacaq. İrad və təkliflərin sayını artırmayın.

Əqrəb - səhər saatlarından etibarən yaradıcılıq və planlarla bağlı yeni perspektivlər yaranacaq. İşlər rəvandır, təlaşlanmayın. Ətrafınızdakı situasiya saatlar keçdikcə dəyişəcək.
Günün ikinci yarısında intuisiyanıza güvənin. Təhtəlşurunuz, daxili səs sizi aldatmayacaq. 
Sənədlərlə işdə, habelə tərəfdaşlarla təmaslarda müəyyən çətinliklər olacaq.
Axşam saatlarında yaxınlarınız və əzizlərinizlə birlikdə istirahət edin.

Oxatan - günün ilk yarısında həssas, sayıq olun. Rəqiblərinizin sizə qarşı hazırladıqları məkrli planların reallaşmasına əsla imkan verməyin. Sənədlərlə iş zamanı kobud səhvlərin qarşısını almaq üçün fikrinizi dağıtmayın.
Tərəfdaşlar və yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə nəzakətli insan təsiri bağışlayın.
Günün ikinci yarısında işdə rəhbərliklə mübahisə etməyin. Bəzi qərarlar üçün önəmli zamandır. Ailə bödcəsinə ağır zərbə vurmayın.
Axşam saatlarında aktiv istirahəti seçməyin.

Oğlaq - səhər saatlarından etibarən gərginlik artacaq. Sözlərinizə və əməllərinizə fikir verin. Tələskənlik, sadəcə, ziyanınızadır. Qərarlarınız bundan sonrakı fəalliyyətinizə ciddi təsiri edəcək.
Günün ikinci yarısında müzakirələr və görüşlər işlərin mövcud vəziyyətini dəyişə bilər. Tərəfdaşlar, şəriklər, habelə yaxın ətrafınızdakı insanlarla təmaslarda maraqlarınızı ani hisslərə qurban verməyin.
İradlar və tənqidlərə sərt reaksiya verməyin.

Dolça - yaxınlarınızla təmaslarda güzəştə meylli olun. Aldığınız məlumatları tələsmədən, ehtiyatla dəyərləndirin. Rəqəmləri, faktları, kimlərinsə arqumentlərini diqqətlə təhlil edin.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan birinin sözlərinə və ya mövqelərinə istinad edərək davranmayın. Problemləri aradan qaldırmaq üçün ətrafınıza diqqətlə baxın. Axşam saatlarını sakit şəraitdə, kənar qıcıqlandırıcı amillər olmadan keçirin.

Balıqlar - yaranmış situasiyanı obyektiv dəyərləndirin. Durumla bağlı yanlış qərarlar verməmək üçün yetərincə informasiyaya malik olmalısınız. 
Peşəkar fəaliyyət sahəsində səslənən tələbləri qulaqardına vurmayın. İşgüzar reqlamenti pozmayın.
Günün ikinci yarısında hüquqlarınızı və səlahiyyətlərinizi dəqiqləşdirin. Belədə naqolay vəziyyətə düşməzsiniz. İşlərinizi başqalarına həvalə etməyin. Əks təqdirdə sonuc sizi təəssüfləndirəcək.

Milli.Az 

loading...

Şərh yaz:

27 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 12 Oktyabr 00:0182

    Sabahinizi uqurla acilsin !

    Cavab yaz
    • Anonim
      Saray♡ · 12 Oktyabr 06:2901

      Sabahın xeyir Esra can⚘.

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 12 Oktyabr 09:1303

        Cannnn Saray .Necesen kef ehvalin necedi ? Niye yazmirsan dunenden həə??

        Cavab yaz
        • Anonim
          Saray♡ · 12 Oktyabr 09:2600

          Vaxtım olmur Esra:(((

          Cavab yaz
          • Anonim
            Nurlana · 12 Oktyabr 09:4000

            Cox sagol Esra cann bahem

            Cavab yaz
            • Anonim
              Esra Ibrahimli(Samaxi) · 12 Oktyabr 09:5401

              Cannnn Nurlana cox saq ol var ol !

    • Anonim
      Harlnpasa · 12 Oktyabr 08:5411

      Sizeinle bahem prensesssss

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 12 Oktyabr 09:2033

        Cox saq olun var olun Harlnpasa

        Cavab yaz
  • Anonim
    7777 · 12 Oktyabr 00:2010

    Bahəm

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 12 Oktyabr 09:2020

      Cox saq olun var olun !

      Cavab yaz
  • Anonim
    **** · 12 Oktyabr 00:3710

    Cavab yaz
  • Anonim
    Saray♡ · 12 Oktyabr 06:3310

    SalamAleykum, əziz dostlarım. Nətərsiz? Yaxşısız inşəAllah. Ayağınıza daş, gözünüzə yaş dəyməsin.Xoşbəxtliyiniz heç zaman büdrəməsin.

    Cavab yaz
    • Anonim
      Nurlana · 12 Oktyabr 09:2940

      Salam aleykum. Saray cann cox sag ol sen necesen?

      Cavab yaz
      • Anonim
        Saray♡ · 12 Oktyabr 09:4010

        AleykumSalam Nurlana⚘ mən əla:)) həftə içi yorucu olur ama hərşey qaydasındadır.

        Cavab yaz
  • Anonim
    Saray♡ · 12 Oktyabr 06:3510

    Bir neçə gündür bura yazmırdım.İnanın ki, vaxtım olmur.Uşaqların ev tapşırıqları, hazırlıq tapşırıqları yetərincə çoxdur. Zaman uçub gedir. Çalışacam ki, vaxt tapıb yazım bura.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 12 Oktyabr 06:5932

    12 Oktyabr Bu gün 1 neferin doqum günüdü Tebrik edirem gözel ve menali Heyat arzulayiram Nece arzulayir elə bir heyat qismeti olsun !

    Cavab yaz
    • Anonim
      Saray♡ · 12 Oktyabr 09:2322

      Bu gün məni qarşılıqsız, çoxx sevən, canıma can qatan, nəfəsim, ömrüm, gözümün nuru, üzümdəki gülüşüm olan ♡ATAM♡ın doğum günüdür.Allah ona can sağlığı versin.

      Cavab yaz
      • Anonim
        Nurlana · 12 Oktyabr 09:4020

        Tebrik edirem uzun,omur can sagligi arzulayiram 100 yashasin.

        Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 12 Oktyabr 09:4132

        Oh beeeeee,canim menim Atanizi da tebrik ediremmmmmm uzun ömür can saqliqi arzulayiram nevelerinin toyun görsün Aminnn .

        Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 12 Oktyabr 09:4231

        Ondda Saray canimmm, menim evezime sokolatli tortdan yeyersen yaxsiiiii ??))))

        Cavab yaz
        • Anonim
          Esraya · 12 Oktyabr 10:0122

          Ətin tökülməsin, yazıxsan;)) Bəlkə orada meyvəli tort olajax, balqabaxdan...

          Cavab yaz
          • Anonim
            Esra Ibrahimli(Samaxi) · 12 Oktyabr 10:1131

            Eyyyy besdi deeeee ehhhh, Saray hemise sokolatli tort bisirir bildinnnnn Balqabax ne vaxtdan meyve olub menim xeberim yox Xirdalana şəhər statusu verilen kimi Balqabağa da meyve statusu veriblerrrr????

            Cavab yaz
        • Anonim
          Saray♡ · 12 Oktyabr 11:0420

          Təbriklərə görə çooox sağolun. Bəli Esra şokoladlı tort bişirmişəm:)) sənin payıvı da böyük oğlum yeyəcək sənin yerinə:)))

          Cavab yaz
          • Anonim
            Esra Ibrahimli(Samaxi) · 12 Oktyabr 11:1230

            Aqiz şirinliyi ile yesin Allah qorusun ..

            Cavab yaz
    • Anonim
      Saray♡ · 12 Oktyabr 09:2420

      Başqa kim doğum günüdürsə onuda təbrik edirəm.Xoşbəxt illər arzulayıram. İstədiyi kimi ömür sürsün.

      Cavab yaz
      • Anonim
        Nurlana · 12 Oktyabr 09:4231

        Menim sinif yoldashlarimin ad gunudu bu gun. Taleh ve Shebnemin ikusininde ad gunu bu gundu:)) tebrik edirem onlari canlarim yaxci ki varsiz ve menim dostumsuz[][][]

        Cavab yaz
  • Anonim
    Nurlana · 12 Oktyabr 10:4931

    Ay sevgilim day salam da vermirsen? Ne meseledi?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.