Cəmiyyət

Nabranda istirahət mərkəzlərində 3 yaşlı oğlan itkin düşüb

22 İyul 2018 21:04
15 Şərh     Baxış: 4 849
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nabrandakı istirahət mərkəzlərindən birində 3 yaşlı oğlan itkin düşüb.

Milli.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən bildirir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlu naməlum şəraitdə itkin düşüb. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal Regional Mərkəzinin xilasediciləri, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin şəxsi heyəti, həmçinin xüsusi hazırlıqlı itlər axtarışlara cəlb olunub.

Axtarış işləri meşəlik ərazidə və suda aparılır.

Hadisə ilə bağlı aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Əlavə məlumat veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.