Cəmiyyət

Bakıda toyuq qrilini Xatirə İslama 40 manata satdılar - VİDEO

22 İyul 2018 20:31
18 Şərh     Baxış: 9 801
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda restoranlardan biri toyuq qrilinin bir ədədini 20 manata satıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, belə bir hadisə ilə müğənni Xatirə İslam qarşılaşıb və o, bu barədə özünün sosial hesabında video paylaşıb. Bu isə istifadəçilər arasında geniş müzakirələrə səbəb olub.

Xatirə İslamın sözlərinə görə, paytaxtın Azadlıq prospektində yerləşən "Bəyaz restoran"dan 2 ədəd toyuq qrili sifariş verib. Həmin məhsulu isə ona 40 manata satıblar. Bu isə onun narazılığına səbəb olub. Onun iddiasina görə, 3.50 qəpiklik toyuğu ona çox baha qiymətə satıblar.

Məsələni araşdırmaq üçün üz tutduq adı çəkilən restorana. Restoran sahibi Rəşad Abbasov etiraf edib ki, həqiqətən də belə bir hal baş verib. O əlavə edib ki, toyuq qrilinin birinin 20 manata satılmasının səbəbi var.

Rəşad Abbasov həmçinin onu da bildirib ki, Xatirə İslam sifariş veridiyi zaman məhsulun qiyməti ilə bağlı heç bir etiraz etməyib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda toyuq qrilini Xatirə İslama 40 manata satdılar

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.