Cəmiyyət

İntihar Allahın binasını yıxmaqdır

24 İyun 2018 21:40
1 Şərh     Baxış: 2 006
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qurani-Kərimdə intihar yasaqlayan ayələr var:

- Özünüzü öldürməyin;

- Allah-Taala bəndəsinə onun çəkə bilməyəcəyi yükü yükləməz;

- Sizin üçün xeyirli bildiyiniz bir çox şeylərdə sizin üçün zərərlər, zərərli bildiyiniz şeylərdə də faydalar var;

- Günahınız yerlə göyün arasını dolduracaq qədər olsa belə, Allahın mərhəmətindən ümidinizi kəsməyin...

Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, cana qıymaq İslamda ən böyük günahlardan biridir. Öz canına qıymaq isə başqasını öldürməkdən daha ağır günahdır. Peyğəmbərimiz Həzrəti Muhamməd intihar etmiş bir səhabənin cənazə namazını qılmayıb.

Allah-Taala heç bir çiyinə çəkə bilməyəcəyi yükü yükləməz.

İntihar - Allah-Taalanın mərhəmətinə inanmamaqdır, imtahana qarşı dözümsüzlükdür, səbirsizliksir. İstər Quranda, istərsə də hədisi-şəriflərdə elə bir məqam göstərilməyib ki, həmin məqamda intihara bəraət olsun.

Peyğəmbərimiz bir hədisi-şərifində belə buyurur: özünü boğaraq öldürən şəxs cəhənnəm üçün boğmuş olur.

Özünü vuraraq öldürən cəhənnəm üçün vurmuş olur.

Bəzən insan çox ağır, çıxılmaz vəziyyətə düşdüyünü zənn edir, amma unuduruq ki, çıxılmaz hesab etdiyimiz o durum da ötəridir.

Allah-Taala Nisa surəsində: "Özünüzü öldürməyin, şübhəsiz ki, Allah sizə qarşı çox mərhəmətlidir" buyurmaqdadır.

İntihar söhbətindən sonra Allah-Taala mərhəmətini xatırladaqaq bizə ayılmağı, qəflət halından çıxmağı nəsihət edir.

Peyğəmbərimiz öncəki ümmətlərdə də intiharın yasaq olduğunu bildirir: Əvvəlki ümmətlərdən birində yaralı bir adam vardı. Yarasının ağrısına dözə bilməyərək bir bıçaq götürdü və əlini doğradı. Kəsdiyi yerin qanı dayanmadığı üçün öldü.

Allah-Taala onun bu halı üzərinə: "Qulum can haqqında Mənim önümə keçdi, mən də ona cənnəti haram qıldım" buyurdu.

İntihar edənin axirətdəki cəzası intihar şəklinə uyğun olaraq verilir. Hədisi-şəriflərdə bu haqda belə bildirilir: "Kim özünü bıçaq kimi kəsici alətlə öldürərsə, cəhənnəm atəşində ona həmin alətlə əzab verilər".

Ən ağır anında belə insan Allahdan ümidi kəsilməməlidir. Hər gecədən sonra bir gündüz, hər çətinlikdən sonra bir rahatlıq var. Bəndənin Allaha yönəlməsi və Ondan yardım istəməsi sıxıntı və problemlərin çözülməsinin başlanğıc nöqtəsidir. Allaha sığınan bəndə Ondan güc alır, Allaha inanan kimsə bu inancın verdiyi dəyanətlə, mətanətlə hər cür sıxıntı qarşısında duruş gətirir.

Canına qıyan insan Allahın binasını yıxmış olur və Bina Sahibinə bu əməlinin hesabını verəcəyini də ağlından çıxarmasın.

Elə bir məqam yoxdur ki, həmin məqam üçün dinimiz intihara icazə qapısı açmış olsun.

Canınıza qıymayın, nə olur, qıymayın! İntihar cəsarət deyil, qorxaqlıqdır, fərarilikdir.

Əmin olun ki, intihar edən mütləq peşman olur, Vallah peşman olur, Billah peşman olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.