Cəmiyyət

Səbaildə Qurtuluş gününə həsr olunmuş tədbir oldu - FOTO

14 İyun 2018 09:07
0 Şərh     Baxış: 1 980
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ulu öndər Heydər Əliyevin yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdışı Azərbaycan xalqı üçün həqiqi qurtuluş olub. Bu tarixi qayıdışın şərəfinə Azərbaycanda 1997-ci ildən etibarən Milli Qurtuluş günü hər il olduğu kimi Bakının Səbail rayonunda geniş şəkildə qeyd olunur.

Səbail rayon İcra Hakimiyyətindən Milli.Az-a verilən məlumata görə, əlamətdar günlə əlaqədar rayon icra hakimiyyəti və Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin birgə təşkilatçılığı ilə Badamdar qəsəbəsində möhtəşəm bayram konserti təşkil olunub.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun, rayonun huquq-mühafizə orqanlarının elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrin, təsərrüfat, xidmət sahələri kollektivlərinin, veteran və gənclər təşkilatının, din xadimlərinin, rayon ictimaiyyətinin, çoxsaylı KİV nümayəndələrinin, qəsəbə sakinlərinin iştirakı ilə Badamdar qəsəbəsindəki Heydər Əliyev parkında xalq musiqiləri, dünya və Azərbaycan bəstəkarlarının mahnılarından, şən melodiya və rəqslərdən ibarət ədəbi-bədii bayram tədbiri keçirilib.

Tədbirdə qeyd olunub ki, 25 il əvvəl yenicə müstəqilliyini qazanan respublikamız dağılmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə durduğu bir vaxtda ulu öndər Heydər Əliyevin səyləri, bacarığı, təcrübəsi sayəsində Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxıb. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirib, inamımızı özümüzə qaytarıb, sabitlik və əmin-amanlıq yaradıb və bununla da 15 İyun - tariximizə Milli Qurtuluş Günü kimi daxil olub.

Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan öz müstəqilliyini və dövlətçiliyini qoruyub saxlaya bilib. Heydər Əliyevdən sonra isə bu siyasəti Prezident İlham Əliyev uğurla inkişaf etdirir. Bunun nəticəsidir ki, Azərbaycan daha da möhkəmlənib və qüdrətlənib.

Bayram tədbirində respubikanın Xalq artistləri - Brilyant Dadaşova, Mübariz Tağıyev, Bilal Əliyev, Gülyaz Məmmədova, Əməkdar artist Təyyar Bayramov, populyar ifaçılar Ayaz Qasımov, Pərviz Abdullayev, Kənan Qədimov, Rəvanə Əmiraslanlının, Vaqif Müstafazadə adına "Sevil" vokal qrupunun, Cahangir Cahanğirov adına xorun, "Şirvan" folklor ansamblının ifalarında xalq mahnıları, tanınmış dünya və Azərbaycan bəstəkarlarının əsərləri səslənib, ifaçıların çıxışları sakinlərin alqışları ilə qarşılanıb, sakinlər konsert boyu parkın ərazisində rəqs ediblər.

Bayram konsertinin sonunda əzəmətli atəşfəşanlıq keçirilib. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.