Cəmiyyət

Sumqayıtda satıcı müdirini qətlə yetirib

24 May 2018 23:07
2 Şərh     Baxış: 1 663
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıt şəhərində qətl hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə şəhərin 7,8,12 birləşmiş məhəllə deyilən ərazisində, Mehdi Hüseynzadə adına stadionun yaxınlığında olub.

Belə ki, Sumqayıt şəhər sakini 1979-cu il təvəllüdlü Quliyev Vüqar Ənvər oğlu şəxsi meyvə tərəvəz dükanında öz işçisi tərəfindən bıçaqlanıb.O ,Sumqayıt şəhər təcili tibbi yardım şöbəsinə çatdırılsada onun həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun meyidi Sumqayıt şəhər morquna təhvil verilib. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.