Cəmiyyət

Heyvan səsləri ilə riyazi hesablama aparılır - AZƏRBAYCANDA İLK - VİDEO

22 May 2018 21:12
11 Şərh     Baxış: 1 745
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıtda fəaliyyət göstərən uşaq mərkəzi Azərbaycanda ilk dəfə olaraq azyaşlılara heyvan səsləri ilə riyazi hesablama metodunu tətbiq edib. Ən maraqlısı ondadır ki, uşaqlar bu proqramla 100 misalı 2-5 dəqiqə ərzində səhvsiz hesablaya bilirlər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu metodun tətbiqi yüksək nəticə verib. Deməli, uşaqlar hər bir heyvan səsini bir rəqəmlə işarələyib, yadda saxlayırlar. Səsləri eşidəndə isə onlara uygun rəqəmləri beynlərində toplayıb nəticə əldə edirlər.

Mərkəzin rəhbəri İradə Xəlilova bildirib ki, bu hesablama metodunun kiçik yaşlı uşaqlara faydası böyükdür. Məqsəd uşaqlarda yaddaş gücünü artırmaqla yanaşı, onlarda dərketmə, qavrama, analiz və sintez, düzgün qərar vermə bacarıqlarının inkişaf etdirməkdir.

Mərkəz bu metodla yaxın vaxtlarda Sumqayıtda keçiriləcək olimpiyadaya qatılacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Heyvan səsləri ilə riyazi hesabalama aparılır

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.