Cəmiyyət

“Azərbaycan Xalq Cümhuriyyəti 100” loqotipi hazırlandı - VİDEO

17 Aprel 2018 21:09
0 Şərh     Baxış: 1 735
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi əlaqədar loqo hazırlanıb. Loqonun hazırlanmasında əsasən minimalizmə və sadə olmasına üstünlük verilib. Loqonun ifadə etdiyi mənanı müəllif özü "XəzərXəbər"ə izah edib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar "Azərbaycan Xalq Cümhuriyyəti 100" loqotipi hazirlanıb. tariximizə qızıl hərflərə yazılan Cümhəriyyət ilinin loqosu üçrəngli bayrağımız və 100 rəgəmi formasında əks olunub.

Loqotipin üzərində qırmızı ayparada Azərbaycan Cümhuriyyətinin yaranma tarixi 1918 ci il , yaşılda isə Cümhüriyyətin yubileyiynin qeyd olunacaqı 2018 ci il əks olunub.

Loqotip Azərbaycan Prezidentinin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında imzaladığı sərəncama əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanıb. Loqotip Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirlərində, eləcə də "Azərbaycan Xalq Cümhuriyyəti İli" çərçivəsində keçiriləcək tədbirlərdə istifadə olunmaq üçün nəzərdə tutulub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
"Azərbaycan Xalq Cümhuriyyəti 100" loqotipi hazırlandı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.