Bakcell və "Xalq Bank"dan minlərlə hədiyyə
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell özünün "Ulduzum" loyallıq proqramının iştirakçılarını sərfəli təkliflər və inanılmaz kampaniyalarla sevindirməyə davam edir. ""Xalq Bank"la "Ulduzum" hədiyyələr qazandırır!" kampaniyasında iştirak etməklə "Ulduzum" abunəçiləri gözəl hədiyyələr qazanmaq şansı əldə edirlər.
15 mart 2018-ci il tarixdən 15 sentyabr 2018-ci il tarixinədək keçirilən ani lotereyanın şərtlərinə əsasən, "Xalq Bank"ın filiallarında müvafiq bank əməliyyatlarından (təcili pul köçürmələri, kommunal, rabitə, internet, TV xidmətlərinin, yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələrin ödənilməsi, bank hesabları üzrə bəzi əməliyyatlar, depozit seyflərinin icarəsi, ödəniş kartının əldə edilməsi və s.) istifadə edən hər bir şəxs 8000-dən artıq hədiyyədən birini qazanacaq.
Ani lotereyada iştirak edib hədiyyələri qazanmaq üçün "Xalq Bank"ın istənilən filialında yuxarıda göstərilən bank əməliyyatlarından istifadə zamanı, XALQBANK sözünü 5555 nömrəsinə pulsuz SMS vasitəsilə göndərməklə alınan "Ulduzum" kodunu Bankın əməkdaşına təqdim etmək lazımdır. Həmin kod bank əməkdaşı tərəfindən elektron lotereya proqramına daxil edilir. Proqram təsadüfi seçim yolu ilə müştərinin hədiyyəsini müəyyən edir və hədiyyə yerində təqdim olunur.
Qeyd edək ki, kampaniyada iştirak edən müştərilər 20-yə qədər pulsuz Bakcell dəqiqəsi, 10 litrə qədər yanacaq təmin edən "Azpetrol" kuponları, "Autolux"dan endirim kuponları və digər gözəl hədiyyələr əldə edəcəklər.
Lotereya haqqında daha ətraflı məlumatı telefonla bankın "138" Məlumat Mərkəzindən, www.xalqbank.az və www.ulduzum.az saytlarından əldə etmək mümkündür.
2.7 milyon nəfərdən çox abunəçisi və 230-dək tərəfdaşı olan "Ulduzum" bu gün abunəçilərə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edən, həmçinin öz abunəçilərinin və proqramının tərəfdaşları olan şirkət müştərilərinin sadiqliyini təşviq etməklə təkcə Azərbaycanda deyil, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika regionunda belə ən yaxşı müştəri xidməti göstərən proqramlardan biridir.
"Bakcell"in təqdim etdiyi "Ulduzum" loyallıq proqramında bütün Bakcell abunəçiləri iştirak edə bilər. Bunun üçün heç bir xüsusi ödəniş və yaxud abunə haqqı tələb olunmur. Ulduzum proqramına qoşulmaq üçün "1" yazıb 5555 qısa nömrəsinə pulsuz SMS göndərmək kifayətdir. Həmçinin, "Ulduzum" proqramından daha rahat şəkildə istifadə etmək üçün Bakcell Ulduzum mobil tətbiqetməsini (həm iOS, həm də Android platforması üçün) www.ulduzum.az saytından yükləmək olar.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə "Bakcell"in xidmətləri haqqında məlumat əldə edə bilərlər.
DİGƏR XƏBƏRLƏR
-
Arif Mirzəyev vəfat etdi
-
Bakıda yeni söküntüyə görə 4000 manatdan kompensasiya verilir - (Video)
-
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - (Foto)
-
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - (Foto)
-
Aslan Fətullayevin dəfn yeri açıqlandı
-
Milli Qəhrəman süni tənəffüs aparatına qoşuldu
XƏBƏR LENTİ
-
“Dostları ərimi xəyanətə təşviq edirlər…” - Yasemin Sakallıoğlu
-
16 min nəfərin yuxusu araşdırıldı - telefonlar yuxumuza niyə girmir?
-
Köhnə kompüter monitorunu televizora çevirmək üçün sadə və ucuz üsul
-
Nə yulaf, nə qranola: Qatığa bir qaşıq əlavə edənlərin bağırsağı mühərrik kimi işləyir
-
“Oktay Kaynarca ilə görüşməli idim...” - Pərvin Abıyeva
-
Nə tualet fırçası, nə də zibil qutusu - ən təhlükəli əşya mətbəxdə imiş
-
Şəmkirdə ağır qəza - 2 nəfər ölüb, 1 nəfər yaralanıb
-
Kartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində 12 Noyabr – Konstitusiya Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü - (Foto)
-
Günün qoroskopu: Qarşı tərəf təkliflərinizə müsbət yanaşacaq
-
Brüs Uillisin dili tutuldu
-
İtaliyada 6300 məktəbə bomba xəbərdarlığı göndərildi
-
Nərmin Abdinova Avropa çempionu oldu
-
Bu yol birbaşa Bakı-Quba və Bakı-Şamaxı magistralına çıxacaq - (Video)
-
Orbanın qardaşı həbs edildi
-
Bakıda iri mağazaların yerləşdiyi küçə yağışa görə iflic oldu - (Video)
-
19 ildən sonra ikinci divizion oyunçusu milli komandaya çağırıldı
-
Tayland turist vergisi tətbiq edəcək
-
Rusiyanın ABŞ-dəki səfiri ölüb
-
“Əgər Yamal yox, Messi olsaydı, həyəcan keçirərdim” - “Sabah”ın futbolçusu
-
Arif Mirzəyev vəfat etdi
-
Kəmaləddin Heydərov Polşa səfirliyində olub, başsağlığı verib - (Foto/Video)
-
Bakıda yeni söküntüyə görə 4000 manatdan kompensasiya verilir - (Video)





