Plazmaferez – qanın təmizlənməsi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son illər dünya təbabətində bir sıra xəstəliklərin və potoloji halların müalicəsində qanın ekstrakorporal detoksikasiya metodlarından geniş istifadə olunur. Qanın ekstrakorporal təmizləmə ("qan yuma", "qan dəyişmə") metodlarından ən geniş istifadə olunan plazmaferezdir.
Milli.Az bildirir ki, çox funksional mühit olan qan qanın formalı elementlərindən (eritrosit, trombosit, leykosit) və qanın duru hissəsi olan plazmadan (qan zərdabından) ibarətdir."Plazmaferez" termini (yunanca "plazma"-zərdab, "aferezis"-ayırma) qanın duru hissəsi olan qan zərdabının hissəvi ayrılmasını bildirən prosesdir.
Qədim zamanlardan həkimlər bir çox xəstəliklərin müalicəsində qan almadan istifadə edirdilər. Müasir klinik praktikada bu məqsədlə plazmaferezdən istifadə olunur.
Plazmaferezin müalicəvi təsirləri
Plazmaferezin müalicəvi təsiri çox cəhətlidir. Birinci növbədə qan dövranından xəstəliyi saxlayan və ağırlaşdıran pataloji maddələri birbaşa ayırmaqla plazmaferez detoksikasiya sisteminin funksional vəziyyətini yaxşılaşdırır, qaraciyərə, böyrəklərə və başqa orqanlara toksiki təsiri azaldır, uzun müddət detoksikasiya orqanlarında möhkəmlik ehtiyatı yaradır. Nəticədə orqanizmin xarici təsirlərə müqaviməti artır, müalicə müddəti azalır.
Plazmaferezdən sonra orqanizmin ümumi stimullaşdirıcı reaksiyası yaranır: bütün orqanlarda qan dövranı yaxşılaşır, kapilyar qan dövranının sürəti artır, toxumaların ödemi azalır, hüceyrə qidalanması və tənəffüsü yaxşılaşır, yerli iltihabi reaksiyalar zəifləyir, qan durulaşır.
Plazmaferez orqanizmin immun statusunu korrektə edir, stres vəziyyətlərə reaktivliyini və medikamentoz terapiyanın effektliyini artırır.
Plazmaferz nəinki qanı həmçinin hüceyrə və toxumalarıda patoloji maddələrdən təmizləyir. Nəzərə alsaq ki, zərərli maddələrin əsas hissəsi damar xarici mühitdədir (hüceyrə və toxuma daxili) onda demək olar ki, plazmaferez orqanizmin bütün daxili mühitini (orqan, sistem və toxumaları) patoloji maddələrdən təmizləyir.
Plazmaferezin növləri
Orqanizmi təmizləmə metodları arasında effektivlik, keyfiyyət və təhlükəsizlik baxımından effektiv metodlardan biri də plazmaferezdir.
Şəhərimizin klinikalrinda müalicəvi plazmaferez əsasən 2 üsulla aparılır - membran və sentrifuqalı plazmaferez. Hər 2 üsulun mahiyyəti eynidir - qandan qanın duru hissəsi olan plazma ayrılır.
Membran plazmaferezde 1 və ya 2 vena punksiya olunur. Qan plazma-filtrdən keçərək qanın plazması formalı elementlərdən ayrılır və xüsusi konteynerə yığılır. Bir seans zamanı 500 - 1000 ml plazma ayrılır. Seans 2-3 saat cəkir.
Sentrifuqalı plazmaferez zamanı 1 vena punksiya olunur. Xüsusui birdəfəlik konteynerə 450-500 ml qan yığılır. Konteynerdəki qan aparatda qravitasiya təsirinə məruz qalır və plazma formalı elementlərdən ayrılır. 1 seans zamanı 240 -280 ml plazma ayrılır. 1 prosedur zamanı bir neçə plazmaferez seansı aparmaq mümkündür. 1 prosedur seansı 45 - 60 dəqiqə çəkir.
Plazmaferez və ozonoterapiya prosedurları yanaşı aparıldıqda müalicəvi təsir daha effektli olur.
Hər bir müalicə metodunda olduğu kimi plazmaferezində göstəriş və əks göstərişləri var.
Mehman Şükürov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda hansı ərazilərdə evlərin qiyməti daha çox artdı?
-
"Ziraat Bank Azərbaycan" "Human vs AI" mövzusunda tədbirə dəstək oldu
-
Çingiz Əhmədov və oğlu da təltif edildi
-
Üç gün dayanmadan yağış YAĞACAQ - Bu tarixlərdə
-
Bir qrup incəsənət xadiminə Prezidentin mükafatları veriləcək
-
"Bakı Metropoliteni", "BakuBus" və "Bakı Taksi Xidməti" birləşdirildi
XƏBƏR LENTİ
-
Vəkilliyə qəbulla bağlı test imtahanında 315 nəfər uğur qazanıb - FOTO
-
Evlilikdə ən sadiq qalan 3 bürc
-
Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib - FOTO
-
Meteor yağışı olacaq
-
"Komedixana" bu obrazla rekord qırdı - "Bığlı gözəl" KİMDİR? - FOTO
-
Qurban Qurbanovun yeni biznesi: Açılışa onlar gəldi
-
Bakıda hansı ərazilərdə evlərin qiyməti daha çox artdı?
-
Tanınmış idmançı güllələndi
-
“Hayal Kahvesi”ndə vaxtı keçmiş məhsullar aşkarlandı - FOTO
-
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili barədə rəsmi açıqlama
-
KOBİA-da Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
-
Qızıl almaq istəyənlər üçün VACİB XƏBƏR
-
Yayılan virusla bağlı ÜST-dən açıqlama
-
WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib - FOTO
-
“Türk xalqlarının təsviri sənətində qlobal və lokal diskurslar” adlı beynəlxalq elmi dəyirmi masa - FOTO
-
Əməkdar artistin göz yaşları "SEL OLDU" - VİDEO
-
"Ziraat Bank Azərbaycan" "Human vs AI" mövzusunda tədbirə dəstək oldu
-
Trampdan gözlənilməz etiraf - "Səni sevirəm..."
-
6 ölkədən 1100-dən çox iştirakçı - Bakıda beynəlxalq sənət festivalı
-
İkinci övladının dünyaya gəldiyini belə öyrəndi - VİDEO
-
Buna görə milli komandadan QOVULDU - VİDEO
-
Bakıda məşhur restoranda insanlara at əti YEDİRİRMİŞLƏR - RƏSMİ
-
Çingiz Əhmədov və oğlu da təltif edildi
-
Azərbaycanda su xəttində QƏZA - Ətrafı su BASDI





