Uşaqlarda sistit xəstəliyi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sistit sidik kisəsinin iltihabi prosesidir. Oğlan uşaqları ilə müqayisədə qızlarda daha çox rast gəlinir. Bu da anatomik quruluşla əlaqədardır. Qızlarda sidik kanalı oğlanlara nisbətən daha qısadır. Ona görə də sidik kanalında olan hər hansı bir infeksion proses sidik kisəsinə daha tez yayılır.
Çox vaxt valideynlər bunu ciddi qəbul etməyib, soyuqdəymə kimi qəbul edirlər. Əgər xəstəlik vaxtında müalicə olunmazsa bu, pielonefritlə nəticələnə və ya xroniki sistitə gətirib çıxara bilər.
Uşaqlarda sistit xəstəliyini əmələ gəlmə səbəbləri
Milli.Az hekimtap.az-a istinadən bildirir ki, xəstəliyin əmələ gəlməsinə səbəb daha çox infeksion xəstəliklər, bakterial infeksiyalar, göbələk xəstəlikləri, bağırsaq çöpləri və gigiyena qaydalarına düzgün əməl edilməməsi ola bilər.
Uşaqlarda sistit xəstəliyinin simptomları
Xəstəliyin əsas simptomları tez-tez sidiyə getmək, sidiyə gedərkən ağrı və yanğı hissləri, sidiyin xoşagəlməz iyli olması, sidiyin bulanıq, selikli olması, temperatur, qarının aşağı nahiyələrində ağrılardır. Bəzi hallarda xəstəlik özünü qusma ilə də biruzə verir.
Uşaqlarda sistit xəstəliyinin diaqnostikası
Sistitin diaqnostikası üçün əvvəlcə sidiyin ümumi analizi verilir, sidiyin "əkilməsi" həyata keçirilir və böyrəklərin ultrasəs müayinəsi aparılır.
Uşaqlarda sistit xəstəliyinin müalicə metodları
Müalicə, əsasən, antibiotiklərlə aparılır. Pasiyentə bol maye verilir.
Uşaqlarda sistit xəstəliyinin profilaktikası
Gigiyena qaydalarına düzgün əməl etmək sistitin əsas profilaktikasıdır. Hər nəcis və hər sidik ifrazından sonra sidik-cinsiyyət sistemi mütləq təmiz yuyulmalıdır. Yuyulmanı sabunla etmək o qədər də vacib deyil. Sabunla yumanı gecə yuxusundan əvvəl həyata keçirmək yetərlidir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: riskləri - (Video)
-
Brilyant niyə dəyərdən düşür? - (Video)
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Yenilənib
-
Yardımlıda itkin düşən şagirdin meyiti körpünün altından tapıldı - (Foto)
-
Məsmə Əliyevaya vəzifə verildi
XƏBƏR LENTİ
-
Dəriyə ən faydalı sabun bəlli oldu
-
"Onu itirmək həyatımdakı ən ağır sınaq olub" - Nəsrin Cavadzadə
-
Əməliyyatxanalarda niyə ağ yox, yaşıl və mavi geyimlər istifadə olunur? - Elmi səbəb
-
Özcan Deniz və Deniz Çakır da daxil olmaqla 35 şəxs saxlanılıb
-
WC qısaltmasının tarixi: 19-cu əsrin gigiyena inqilabından gələn simvol
-
"Eşref" arıqladı - (Foto)
-
Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: riskləri - (Video)
-
Günün qoroskopu: Daxili səsiniz bu gün daha dərin qatlardan danışacaq
-
UEFA Çempionlar Liqası: “Qalatasaray” “Aston Villa”nı məğlub edib
-
Brilyant niyə dəyərdən düşür? - (Video)
-
"Anam bibimin arzusunu gerçəkləşdirdi" - Manana Çaparidze
-
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi
-
Balakəndə 66 kişi bıçaqlandı - qardaşı saxlanıldı
-
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, 5 hərbçi şəhid olub - Yenilənib
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Yenilənib
-
Yardımlıda itkin düşən şagirdin meyiti körpünün altından tapıldı - (Foto)
-
Məsmə Əliyevaya vəzifə verildi
-
Əməkdar müəllim Məhəbbət Əliyeva vəfat etdi
-
Top arxasınca qaçan uşağı avtomobil vurdu - təfərrüat - (Video)
-
“Dolabdan o, mənə baxır, mən də ona” - Zülfiyyə Xanbabayeva
-
"Qarabağ" Julio Romaonu qaytarmaq istəyir
-
Vəfat edən DSX əsgərinin fotosu - Yenilənib
-
Səhiyyə nazirinə yeni müşaviri təyin edildi





