Cəmiyyət

Gürcüstana 36 kq qızıl keçirmək istəyən Azərbaycan vətəndaşı tutulub

24 Mart 2018 08:02
0 Şərh     Baxış: 1 228
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Gürcüstan-Türkiyə sərhədində yerləşən "Sarpi" buraxılış məntəqəsində Gürcüstan ərazisinə 36 kiloqram qızıl və 4 kiloqram gümüş məmulatları keçirmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidməti məlumat yayıb.

Bildirilir ki, qiymətli əşyalar "Mercedes" markalı sərnişin avtobusunda düzəldilmiş gizli yerdə aşkar edilib.

Faktla bağlı cinayət işi qaldırılıb. İndi Azərbaycan vətəndaşını 5 ildən 7 ilədək həbs cəzası gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.