Cəmiyyət

Canavarlar Çuxur Qəbələ kəndində hücum edib, tələfat var - VİDEO

18 Fevral 2018 21:07
2 Şərh     Baxış: 3 195
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qəbələdə canavarlar şəxsi təsərrüfata hücum edib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisə Qəbələ rayonunun Çuxur Qəbələ kəndində gecə saatlarında baş verib.
Əsgər Abdurrəhmanov gecə gələn səs -küyə ayılıb. Tövləyə baxanda qoyunların tələf olduğunu görüb. Canavarlar tövləyə soxularaq 42 baş xırdabuynuzludan 24-ü parçalayıb.

Yerli sakinləri deyir ki, kənddə belə hallar tez-tez baş verir.
Qəbələ rayon Baytarlıq İdarəsinin əməkdaşları hadisə yerinə gəliblər. 24 baş cəmdək basdırılıb. Qalan qoyunlara yardım göstərilib, ərazi dezinfeksiya olunub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Canavarlar Çuxur Qəbələ kəndində hücum edib, tələfat var

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.