Cəmiyyət

Göyçayda 6 otaqlı evdə yanğın olub

17 Fevral 2018 23:59
0 Şərh     Baxış: 985
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Göyçay rayonunda yanğın hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Potu kəndində qeydə alınıb. Kənd sakini, 1979-cu il təvəllüdlü Elxan Məmmədova məxsus ümumi sahəsi 540 kvadratmetr olan ikimərtəbəli 6 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Evin 6 kvadratmetrlik hissəsi yanıb, qalan hissəsi yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.