Cəmiyyət

Əbu Süfyanla Peyğəmbərimiz arasında qohumluq olubmu?

10 Fevral 2018 19:15
3 Şərh     Baxış: 4 106
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Peyğəmbərimiz (s) də, Əbu Süfyan da Qüreyş soyundandırlar. Peyğəmbərimiz (s) Qüreyşin Bəni-Haşim qolundan, Əbu Süfyan isə Qüreyşin Bəni-Üməyyə qolundan idi. Peyğəmbərin (s) babasının babası Əbdimənafda bu qollar birləşir. Belə ki, Əbdimənafın iki oğlu var idi. Birinin adı Haşim, o birinin adı Əbdişəms idi. Hətta bəzi mənbələrdə yazılıb ki, Haşimlə Əbdişəms ekiz halda, alınları bir-birinə bitişmiş vəziyyətdə doğulmuşdular, onların alnını bıçaqla kəsib ayırdılar. Bu zaman çıxan qanı iki nəslin düşmənçiliyi kimi yozdular.

Milli.Az islam.az-a istinadən bildirir ki, Əbu Süfyan Əbdişəmsin nəticəsidir: Əbu Süfyan ibn Hərb ibn Üməyyə ibn Əbdişəms. Peyğəmbərimiz (s) isə Haşimin nəticəsidir: Mühəmməd (s) ibn Abdullah ibn Əbdülmüttəlib ibn Haşim.

Bəzi alimlər Bəni-Üməyyənin əslində Bəni-Haşimlə qohum olmadığını iddia etmişlər. Bu  nəzəriyyəyə görə, oğulsuz olan Əbdişəms bir dəfə Şamdan gələn karvanda yaraşıqlı və gənc bir qul görüb pulla satın almış və oğulluğa götürmüşdü. Həmin kölə Üməyyə idi. Deməli, əslində Əbu Süfyanın babası Üməyyə Qüreyşdən deyilmiş.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.