Azərbaycan Təhsil Nazirliyi ölkədə iqtisadiyyatın daha çox tələbat olan istiqamət və peşələrinin adlarını açıqlayıb.
Nazirlikdən cümə günü Trend-ə verilən məlumata görə, Azərbaycanda xidmət, ticarət və ictimai iaşə, bədii və zərgərlik məmulatları istehsalı, mühasib-fərdi kompüter operatoru, əməliyyatçı mühasib, aşpaz-qənnadçı, şirniyyatçı və digər sahələr iqtisadiyyatın daha çox tələbat olan istiqamət və peşələrindəndir. Kənd təsərrüfatı sahəsi üzrə geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər, avtomobil sürücüsü, meliorasiya işləri üzrə traktorçu, avtomobil, kənd təsərrüfatı maşın və avadanlığının təmiri üzrə çilingər peşələrinə də böyük ehtiyac duyulur.
İqtisadiyyatın bütün sahələri üçün ümumi olan elektrik-qaz qaynaqçısı, elektrik avadanlığının təmiri və xidməti üzrə montyor və s. də ehtiyac duyulan peşələrin sırasına aid edilir.
Nazirlikdən bildirilib ki, 2011-2012-ci tədris ili üçün Azərbaycanın peşə-ixtisas təhsili müəssisələrinin qəbul planı müəyyənləşdirilərkən Azərbaycanda bazar iqtisadiyyatının tələbatı, bu tələbata uyğun olaraq, dövlət və qeyri-dövlət müəssisələrinin ixtisaslı fəhlə kadrların hazırlanması ilə bağlı sifarişləri və ictimaiyyətin ilk peşə-ixtisas təhsilinə dair arzuları nəzərə alınıb.
Cari ildə iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə ümumilikdə 99 peşə üzrə 16 570 nəfərin qəbul ediləcəyi planlaşdırılıb. Onlardan 14 190 nəfərin dövlət vəsaiti hesabına, 2380 nəfərin isə ödənişli əsaslarla təhsil alacağı nəzərdə tutulur.
Yeni tədris ili üçün peşə-ixtisas təhsili müəssisələrinə şagirdlərin qəbulu məqsədilə avqustun 1-dən aparılmağa başlanılan sənəd qəbulu sentyabrın 1-dək davam edəcək. Şagirdlərin seçim prosesi isə sentyabrın 1-dən 10-dək həyata keçiriləcək.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Azərbaycanda daha çox tələbat duyulan peşələrin adları açıqlanıb
5 Avqust 2011 17:03
Baxış: 13 619

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Kilosu 30 manata SATILIR, yalnız Siyəzəndə yetişir - möcüzəvi FAYDALARI - FOTO
-
Məşhur aktyor xərçəngdən ÖLDÜ
-
Sabah saat 10:00-dan QAZ OLMAYACAQ
-
Bu tarixdən külək olmayacaq - hava DÜZƏLİR
-
Hamı dəfndə, Ronaldo isə tətildə... - FOTOlar
-
Xamenei müharibədən sonra ilk dəfə ÜZƏ ÇIXDI - FOTOlar
-
Mask yeni siyasi partiya yaratdı
-
Yaxın günlərdə tənhalığa son qoyacaq BÜRCLƏR – Sevgi həyatı canlanır!
-
Rusiyada təyyarə sərt eniş etdi - yaralananlar var - FOTO
-
Daha bir imtahan olacaq
-
Pərvin Abıyeva şıdırğı rəqsi ilə diqqət çəkdi - VİDEO
-
Tanınmış azərbaycanlı bəstəkar Türkiyədə qəfil ÖLDÜ - FOTO
-
21 yaşlı gənc öldürüldü - qətlin təfərrüatları
-
“Real Madrid” "Borussiya D." matçında "qol yağışı"
-
Bu gün imtahan var
-
Azərbaycanın qızıl bazarında vəziyyət necədir?
-
“Anar dedi ki, “Arşın mal alan”a çəkilsən, film batacaq"
-
İyulda şəxsi həyatlarında köklü dəyişiklik yaşayacaq BÜRCLƏR
-
Geyimlərinin qiyməti ilə gündəm olan xanəndənin sərvət dəyərində AVTOMOBİLİ - VİDEO
-
Adolf Hitler və məşuqəsi qəribə münasibətlərinin HEKAYƏSİ - FOTOlar
-
Düyü ilə bu məhsulları qəti yemək olmaz
-
Müjgan Ayxanın geyimi müzakirələr yaratdı - VİDEO
-
Evin ən çirkli yerləridir - heç ağlımıza gəlməyib - FOTO
-
Bu məşhurun 53 yaşı var - qızlarından seçilmir - FOTOlar