Cəmiyyət

Yeni lüğətdə yeni sözlər - Deltaplan, gid, prelüdiya... - VİDEO

9 Yanvar 2018 21:09
0 Şərh     Baxış: 1 941
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti hazırlanıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, kitaba bir neçə min yeni söz daxil edilib. Ancaq elə sözlər də var ki, dildə istifadə olunmadığı üçün lüğətdən də çıxarılıb.
Məsələn, deltaplan, ekzitpol, etno-caz, gid, xoreoqraf, prelüdiya, çəkələk...
Bu sözlər heç kəsi təəcübləndirməsin. Çünki dilə çətin yatan və yeni olan, eyni zamanda dildə çox istifadə edildiyi halda indiyə qədər heç bir lüğətə salınmayan bu sözlər artıq orfoqrafiya lüğətində öz əksini tapıb.
45 mindən çox sözü əhatə edən yeni orfoqrafiya lüğəti Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi tərəfindən hazırlanaraq nəşr edilib. Mərkəzin aparat rəhbəri Yaşar Əliyev deyir ki, lüğətə həmçinin dildə işlənən, ancaq öncəki lüğətlərdə əksini tapmayan mindən çox söz də daxil edilib.
Bundan başqa, yeni lüğət hazırlanarkən köhnə lüğətlərdə olan və hazırda cəmiyyətdə işlənməyən sözlər ixtisar edilib. Bunda əsas məqsədi Azərbaycan dilində alınma və ümumişlək olmayan sözlərin dildən çıxarılması, əvəzində Azərbaycan dilində olan sözlərin işlənməsi hesabına bu dilin daha da zənginləşməsinə töhfə verməkdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Videonu izləmək üçün şəklə klikləyin:
Yeni lüğətdə yeni sözlər - Deltaplan, gid, prelüdiya...

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.