Cəmiyyət

Həm müxtəlif musiqi alətlərində ifa edir, həm də oxumağı bacarır - VİDEO

17 Dekabr 2017 21:05
0 Şərh     Baxış: 3 023
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həm müxtəlif musiqi alətlərində peşəkarcasına ifa edir, həm də oxumağı bacarır.

Milli.Az bildirir ki, söhbət Mingəçevirdə yaşayan 43 yaşlı Polad Osmanovdan gedir. O, Qarmon, nağara, pianino, tar və kamançada müxtəlif musiqiləri asanlıqla ifa edir. Üstəlik muğam da oxuya bildiyindən hamı onu "Universal musiqiçi" adlandırır. Polad Osmanov Ağdaşın Nemətabad kəndində, musiqçi ailəsində doğulub. Uşaq yaşla  rından ailəsi ilə birlikdə Mingəçevirə köçüb. Atası qarmon ifaçısı olduğundan il öyərndiyi musiqi aləti də elə qarmon olub.

Təhsilini başa vurduqdan sonra musiqi alətlərinə marağı daha da artıb. Elə bu səbəbdən bir neçə alətdə ifa etməyi öyrənib. Polad Osmanov onun üçün ən maraqlı, eyni zamanda da nisbətən çətin öyrəndiyi musiqi alətinin kamança olduğunu deyir. Polad Osmanov məclislərdə iştirakçıları təcübləndirə də bilib. Tar, qarmon və nağarada ifa etdikdən sonra muğam ocumağa başlayanda çox böyük maraqla qarşılanıb.

Polad Osmanov musiqi biliklərini tələbələrinə də öyrədir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Həm müxtəlif musiqi alətlərində ifa edir, həm də oxumağı bacarır

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.