Cəmiyyət

Yazır, hesablamalar aparır, dərslərini çalışa bilir - Amma 2 -ci sinifə qəbul olunmur - VİDEO

25 Sentyabr 2017 23:50
1 Şərh     Baxış: 2 741
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yazır, hesablamalar aparır, dərslərini çalışa bilir.

Milli.Az bildirir ki, eşitmə qüsuru olan Şirvan sakini 9 yaşlı Fidan Cəbrayılli birinci sinifi şəhərin 3 saylı məktəbində bitirsə də eşitmə probleminə görə 2-ci sinifə qəbul olunmur.

Anadangəlmə nitq və eşitmə qüsuru Fidan Cəbrayıllının valideynlərii bildirir ki, Fidan məktəbə qeydiyyata götürülsə də ona ev şəraitində təhsil almağı məsləhət bilinib.
Uşaq birinci sinifi bitirəndən sonra isə 2-ci sinifə qəbul olunmayıb. Valideynlərə bildirilib ki, şagirdin eşitməsində problem var və müəllimnən ünsiyyətə girə bilmir.

Şirvan Şəhər Təhsil Şöbəsindən bildiriblər ki,həmin şagirdin valideynləri təhsil şöbəsinə dəvət olunaraq onlara bu barədə məlumat verilib. Təhsil Nazirliyini xüsusi rəiyinə əsasən eşitmə qüsuru olan Fidan Cəbrayıllının paytaxta yerləşən 2 saylı internat məktəbinə göndərilməsi məsləhət olunub. Lakin ailəsi bununla razılaşamayıb. Belə olan təqdirdə təhsil şöbəsi tərəfindən onun valideynlərinə Fidanin eşitməsi üçün müasir aparatın alınması və onun normal eşitməsi barədə həkimdən arayış alınaraq təhsil şöbəsinə təqdim olunması bildirilib. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Yazır, hesablamalar aparır, dərslərini çalışa bilir - Amma 2 -ci sinifə qəbul olunmur

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.