Təlqin dəfn zamanı ənənəvi olaraq ye¬rinə yetirilən dini ayinlərdən biridir. Şiə məzhəbinə görə, cənazə qəbrə qoyulduqdan sonra mərhumun yaxın qohumlarından biri qəbrin içinə düşür, əlini cənazənin çiyninə qoyub onu astaca tərpədir.
Milli.Az islam.az-a istinadən bildirir ki, bu zaman ya özü, ya da molla təlqin oxuyur. Əhli-sünnə məzhəbinə görə cənazə qəbrə qoyulub üstü torpaqlandıqdan sonra əməlisaleh bir şəxs tərəfindən təlqin oxuna bilər. Təlqində cənazənin ruhuna xitab edilir, hətta bir neçə yerdə "ey filankəsin oğlu (qızı) filankəs" deyə adı və atasının adı çəkilir. Təlqinin mətnində İslamın əsasları bir daha sadalanır, ölünün Rəbbi, peyğəmbəri, qibləsi, müqəddəs kitabı onun yadına salınır (şiə məzhəbində imamların adları da bir-bir sadalanır). Məqsəd budur ki, sorğu-sual mələkləri qəbrə daxil olub mərhumu suala tutanda verməli olduğu cavablar yadından çıxmasın.
Təlqin dəfnin vacib əməllərindən deyil, müstəhəb ayinlərdən sayılır.
Milli.Az





