Cəmiyyət

Azərbaycanın Dostları Assosiasiyası Fransa Respublikasının Milli Bayramını qeyd edib - FOTO

16 İyul 2017 13:28
Baxış: 568

14 iyul 2017-ci il tarixində Parisdə fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyası (ADA) Fransa Respublikasının Milli Bayramı münasibəti ilə Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində klassik musiqi gecəsi təşkil edib.

Milli.Az bildirir ki, Assosiasiyadan Trend-ə verilən məlumata görə, gecəni assosiasiyanın baş katibi Mirvari Fətəliyeva açaraq qonaqları salamlayıb, Assosiasiyanın ənənəvi olaraq təşkil etdiyi tədbir barəsində və ifaçılar haqqında məlumat verib.

Səfirliyin siyasi məsələlər üzrə müşaviri və müvəqqəti işlər vəkili Nigar Huseynova çıxşında Fransa üçün böyük ǝhǝmiyyǝt kǝsb edǝn azadlıq, bǝrabǝrlik vǝ qardaşlıq kimi mǝnǝvi dǝyǝrlǝrin azǝrbaycan xalqında da ǝks olunduğunu qeyd edib. O, Fransanın Azǝrbaycanın müstǝqilliyini tanıyan ilk ölkǝlǝrdǝn biri olduğunu vǝ 1991-ci ildǝ Azǝrbaycan öz müstǝqilliyini bǝrpa etdikdǝn sonra Fransa ilǝ intensiv ǝlaqǝlǝrin inkişaf etdiyini, ölkǝlǝrimiz arasında diplomatik ǝlaqǝlǝrin qurulmasının 25 illiyinin qeyd olunduğunu bildirib.

Nigar Hüseynova xalqlarımızın yaxınlaşmasında Azǝrbaycanın Dostları Assosiasiyasının mühüm rol oynadığını, 1998-ci ildǝ Fransanın Azǝrbaycandakı keçmiş vǝ ilk sǝfiri Jan Peren tǝrǝfindǝn yaradılmış vǝ 4 il ǝvvǝl Jan Fransua Mansel tǝrǝfindǝn yenidǝn canlandırılmış bu assosiasiyanın azǝrbaycan-fransa dostluğunun carçısına çevrildiyini söylǝyib.

O, iyul ayının 4-də Ermənistan hərbi qüvvələrinin növbəti təxribatı nəticəsində bir qadın və onun 2 yaşlı nəvəsinin ölümü ilə nəticələnmiş qanlı insidentlə əlaqədar olaraq, nümayiş olunan səfərbərliyə görə assosiasiyaya və şəxsən cənab Jan Fransua Manselə təşəkkürünü bildirib, assosiasiyanın fəallarını Fransa ictimaiyyətinə Azərbaycan həqiqətlərini çatdıran səfirləri adlandırıb.

O, eyni zamanda bir il ǝvvǝl Nitsa şǝhǝrindǝ bas vermiş dǝhşǝtli terror aktının ildönümü vǝ Azǝrbaycanın hǝmişǝ fransa xalqına bu cür çǝtin sınaqlar zamanı dǝstǝk olduğunu bildirib.

Sonra Fransada Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Mansel çıxış edərək Azərbaycan haqqında və ölkəmizin Fransa ilə siyasi mədəni iqtsadi münasibətləri barədə məlumat verərək Assosiasiyanin fəaliyyətindən və gələcək layihələrindən bəhs etmişdir. O ölkəmizdə təşkil olunan beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirilməsindən söz açmışdır. İyulun 4-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində kiçik Zəhranın həlak olması ilə bağlı Fransa Prezidentinə müraciət etdiklərini, onu sülhün bərqərar olması istiqamətində səylərini səfərbər etməyə çağırdıqlarını xatırladıb.

J.Mansel qarşıdan gələn 2018-ci ilin Azərbaycan üçün çox əlamətdar olacağını, müsəlman Şərqində ilk demokratik dövlətin - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının və qadınlara səs hüququnun verilməsinin 100 illiyinin bir sıra silsilə tədbirlərlə qeyd ediləcəyini iştirakçılarının diqqətinə çatdırıb.

Konsert Azərbaycan Milli Opera və Balet Teatrının klassik musiqi ifaçısı, xalq artisti Fidan Hacıyevanın və istedadlı pianoçu Zülfiyyə Sadıqovanın iştirakı ilə keçirilib. Konsert proqramına məhşur Azərbaycan və Avropa bəstəkarlarının klassik musiqisindən ibarət seçmə nümunələr daxil olunub.

Gecəyə Azərbaycanın Dostları Təşkilatının fəxri üzvləri, Fransa Senatının nümayəndələri siyasi və ictimai simalar, həmçinin mədəniyyət xadimləri dəvət olunublar.

Musiqi gecəsindən sonra qonaqlar Eyfel Qulləsinin yanında yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin binasından Fransanın Milli Bayramı - 14 iyul münasibəti ilə təşkil edilən bayram atəşfəşanlığını izləməklə davam ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.