Cəmiyyət

Günəşin zərərli şüalarından qoruyan 5 qida

15 İyul 2017 21:45
0 Şərh     Baxış: 973
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaşıl çay

Yaşıl çayın sahib olduğu EGCG adlı təbii birləşmə, günəşin ultrabənövşəyi şüalarından qoruyur və dərinin qırışmasının qabağını alır.

Pomidor

Pomidora qırmızı rəng verən və çox əhəmiyyətli bir antioksidant olan likopen də ultrabənövşəyi şüaların səbəb olduğu zədələrə qarşı qoruyucu elementdir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu səbəblə xüsusilə günəş kremlərində dərinin qocalmasının əleyhinə təsir yaratmaq üçün likopen istifadə edilir.

Soya

Soyanın tərkibindəki antioksidant genisteinin və antidegenerativ funksiyalara malik molekulların, günəşə bağlı dəri zədələrini azaltdığı və dərini gücləndirdiyi müəyyən edilmişdir.

Brokoli

Bol istehlak edilən brokoli ultrabənövşəyi şüalara bağlı dəri zədələnmələrini əhəmiyyətli dərəcədə azaldır.

Üzüm çəyirdəyi

Xüsusilə günəşin yol açdığı ləkələlərə qarşı qoruyucu fenomen olan üzüm çəyirdəyi, həmçinin qanda şəkərin səviyyəsinin tənzimlənməsi və xolesterinin azalmasında da fəaldır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.