Stanislavskiyə görə, teatr asılqandan başlayırsa, ideal səyahətin ilk addımı aeroportdadır. Heydər Əliyev Beynəlxalq Hava Limanı reysi gözləməyin rahat və xoş olduğu bir məqamdır. Ani baxış aeroportun memarlıq üslubunun gözəlliyini sezir. Lakin o, uşaq rəsmi təki qüsursuz və Şərqdə olduğu kimi, nəcibdir.
Aeroportun daxilindəsə məkan vaə işıqın harmoniyasının ağac "barama" elementləri ilə uyğunluğu mövcuddur. Bakıya aeroporta gəldəndə və ya başqa reysə minişə hazırlaşanda liman ərazisində gəzintiyə vaxt ayırın.
Onu da vurğulayaq ki, Bakı aeroportu 2015-ci ildə nüfuzlu "Skytrax" şirkətindən 5 mümkün ulduzdan 4-nu alıb. Bu, beynəlxalq agentlik aviadaşıyıcılar və aeroportların göstərdikləri xidmətlərin keyfiyyətinin dəyərləndirlməsində dünyanın ən nüfuzlu qurumu sayılır.
Bu il isə Heydər Əliyev Beynəlxalq Hava Limanı "Skytrax World Airport Awards" mükafatına layiq görülüb, MDB ölkələri və Rusiyanın aeroportları arasında göstərilən xidmətin səviyyəsinə görə ən yaxşı hesab olunub.
Bakı aeroportunda hətta çox istəsən belə, azmaq mümkün deyil. Niyə? Çünki yönləndirici nişanlar hər addımdadır və hər kəsə aydındır.
İnformasiya xidmətlərinin geniş spektrinə malik infoköşklər
Yasaqlanmış əşyaların daşınması qadağasını unutmaq mümkün deyil: hər şey çox sadə və dəqiqdir.
Yüksüz uçursunuzsa, müstəqil qeydiyyat kiosklarından istifadə edin: bu, qeydiyyat zamanını azaldaraq təyyarənin salonunda rahat yerlər seçməyə imkan verəcək
Uçuşöncəsi zonalar noutbuklar, planşetlər və mobil telefonlar üçün elektrik yuvaları və USB portlarla təchiz olunub. Burada aerportu insanlarla dolu stress məkanı kimi qəbul etmirsən.
Reysi gözləyərkən vaxtınızı Bakı aeroportunun biznes-zallarından birində rahat şəraitdə keçirəcəksiniz. Bəzən bu, çox aktualdır: xüsusilə də gecə qovşaq reysləri olanda. Aeroportdakı intensiv hərəkətlərdən və kütlədən uzaqda dincəlin. Uçuşöncəsi bəxtəvərlik bu deyilmi?
Reysləri gözləyərkən mağazalara və dükanlara baş çəkmək, "Duty-Free"də alış-veriş etmək olar. İstənilən zövqə uyğun mallar, milli və beynəlxalq brendlər var.
Azərbaycanda "Tax Free" sistemi işə düşüb. Bu sadə və açıq sistemin məğzi əlavə dəyər vergisinin qaytarılmasıdır. Verginin qaytarılmasından dolayı xoş qənaətdir, onunla şopinq daha sərfəlidir.
Qonaqpərvərliyimiz kimi, Bakı aeroportu da kimsəni ac qoymaz. Restoran və ya kafeni asanlıqla tapacaqsınız, orada təamlar tez hazırlanır, dadlı və ucuz yeməklər verirlər.
Yemək yemək, söhbətləşmək, ya da internetdə işləmək olar. Pulsuz "Baku Airport Free Wi-Fi" şəbəkəsinə qoşulun və xəbər yollamaq istədiyiniz, amma təxirə saldığınız hər kəsə yazın.
Burada sərnişinlərə imiclərini dəyişmək, massaj və ya yeni saç düzümünü seçmək təklif olunur. Gazelli gözəllik kabinəsi yerli vaxtla səhər saat 9-dan axşam saat 10-dək işləyir.
Həkim yardımına təcili ehtiyacı olanlar üçün aeroportda tibb məntəqəsi fəaliyyət göstərir. Burada ibadət otağı, uşaqlar üçün guşə, ana və uşaq otağı da var.
Uzun və ya qısa uçuşlardan yorğunluğu istənilən zövqdə, ölçüdə və rəngdə çiçəklərlə bəzəmək olar. Güllə qarşılamaq gözəl, romantik, zərif və çox xoşdur.
Aeroportda qəflətən yaranan fasiləni maraqlı keçirmək olar. Yola kitab alın. Bu kitablardan bəziləri, sanki, elə aeroportlarda oxumaq üçün yazılıb.
Bakını dadlı təamların yer aldığı çay süfrəsiz təsəvvür etmək mümkün deyil. "Xurcun"a yollanın, çox dadlı təbii quru meyvələrlə şirniyyatlar aləminə baş vurun. Yola da şirniyyat alın! Bütün bunlardan sonra təyyarəyə əyləşmək və evə yollanmaq olar!
Hələ də aeroportda olduğumuzu unutmadınız? Onda kitabxanaya yollanın, yaxşı kitabla sakitliyin "nəfəs"ini alın. Bu məkan tam pulsuzdur və sutkaboyu işləyir.
Sərnişinlər ölkənin mədəniyyəti və tarixi ilə tanış olmaq üçün əla imkan əldə ediblər. Azərbaycanın əsas aeroportunda "ABAD" əl sənətləri mərkəzi açılıb: burada incəsənət əsərləri, eksklüziv aksessuarlar, rəngarəng toxuculuq məmulatları və s. var.
Məlum ki, pul hamıya və hər zaman gərək olsa da, ən gözlənilməz anda tükənmək xüsusiyyətinə malikdir. Belə çətin məqamlar üçün burada bank xidmətləri, valyutadəyişmə məntəqələri, bankomatlar və hətta müxtəlif dövlət rüsumlarını ödəmək üçün "AsanPay" terminalı da nəzərdə tutulub.
Aeroportda hər xırdalıq nəzərə alınıbsa, onun nəqliyyat baxımından əlverişliliyi də diqqətdən kənarda qalmayıb. Aeroportu Bakı ilə sürətli avtomagistral və avtobus marşrutları bağlayır. Transfer qismində H1 avtobus-ekspressi ideal variantdır. Hər yarım saatdan bir yola çıxan ekspressin marşrtuda olduğu müddət 30-40 dəqiqədir.
... Bakı aeroportu barədə çox danışmaq olar, amma nəql, sadəcə, sözlərdir. Gəlin və hər şeyi özünüz görüb heyrətlənin.
Heydər Əliyev Beynəlxalq Hava Limanı absolyut brenddir. Çoxsaylı xidmətləri idarə edən, sərnişinlərin təhlükəsizliyini və rahatlığını təmin edən bir brend.
Başqa ölkələrdəki aeroportlar arasında daha böyükləri, daha gözəlləri olması barədə iradlar da mümkündür. Bəli, belədir. Amma Bakı aeroportu onlarla müqayisədə bir qədər şəfqətli, diqqətli, səmimi və doğmadır!
Milli.Az