Qanda şəkərin normada olmaması insanın orqanizmində və həyatında bir çox xoşagəlməz hadisələrə səbəb olur. Şəkərin normada olmaması insanın bütün daxili orqanlarına, emosiyalarına və psixi vəziyyətinə birbaşa təsir edir. Bu patologiyaların baş verməməsi üçün isə qanda şəkərin miqdarının normada olmasını nəzarət altında saxlamaq lazımdır. Qanda şəkərin normasını qanın müayınəsi zamanı öyrənmək mümkündür. Milli.Az immunitet.az-a istinadən bildirir ki, müayinəni tez-tez etdirmək mümkün olmadığına görə bəzi əlamətlərə görə qanda şəkərin miqdarını bəzi əlamətlərlə öyrənmək olur. Bu əlamətlər olduqda isə mütləq həkimə müraciət etmək lazımdır. Aşağıdakı əlamətlərin olması qanda şəkərin miqdarının normal olmamasını bildirir.
1. Tez-tez acma hissi
Əgər siz tez-tez acırsınızsa və ya ətrafınızdakılardan çox yeyirsinizsə, yeməklər arasında atışdırmalıq bir şey axtarırsınızsa o zaman sizin qanınızda şəkərin miqdarı ya normadan azdır, ya da çox.
2. Qarın bölgəsində piylənmə
İnsulinə rezistenliyin yarandığı zaman əmələ gələn mübadilə pozğunluğu nəticəsində qarın bölgəsində piylənmə baş verir. İnsulinin miqdarının artması karbohidratların həzm olunmamasına və qarın bölgəsində piylərin toplanmasına səbəb olur.
3. Şirniyyata meyilliyin olması
Normal orqanizmin şirniyyata az meyli olur. Orqanizmin həddindən çox şirniyyata meyl eləməsi və şiriyyatdan doymaması qanda şəkərin miqdarının aşağı olmasının göstəricisidir.
4. Qida qəbulundan sonra yorğunluq
Daimi yorğunluq hissinin olması, yemək qəbul etdikdən sonra özünü pis hiss etmə qanda şəkərin miqdarının aşağı olmasının əlaməti sayılır.
5. Yuxunun pozulması
Qanda şəkərin miqdarının normal olmaması insanın yuxuya getməsinin çətinləşməsinə səbəb olur. II tip şəkərli diabetin əlamətlərindən biri gec yuxuya getmə və narahat ayaq sindromudur.
6. Həyəcanlılıq və depressiya əlamətləri
Qanda şəkərin miqdarının normal olmaması insanın əhval ruhiyəsinı təsir edir. Bu zaman xəstələrdə əsəbilik, həyəcanlanma, qorxu hissi meydana çıxır.
7. Ac qarına şəkərin miqdarı
Normada acqarına şəkərin miqdarı 70-100 arasında olmalıdır. Acqarına şəkərin miqdarının 100-125 olması şəkərönü vəziyyət sayılır. 126 və ondan çox olması isə sizin şəkərli diabetdən əziyyət çəkdiyinizin göstəricisidir.
Milli.Az
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Qanda şəkərin normada olmamasını bildirən 7 əlamət
30 May 2017 22:50
2 Şərh
Baxış: 100 964

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Acunun 22 milyon borcu var
-
Məktəblilərə dron uçurmağı öyrədəcəklər
-
Dövlət Departamentinin minlərlə əməkdaşı işdən çıxarıldı - FOTO
-
İstirahət zamanı ailə faciəsi - 2 yaşlı qızı su apardı
-
Hava limanlarını robot çaqallar qoruyacaq - FOTO
-
Azərbaycan təyyarələrinin Ermənistan üzərindən uçuşu niyə dəyişilib?
-
Əhməd Əl Şaraanın Azərbaycana səfəri başa çatıb - FOTO
-
Xameneinin nümayəndəsi müəmmalı şəkildə öldü
-
Azərbaycanda ən çox bu rayonda ailə qurublar
-
Dünyada yeni dövlət yaranır
-
Dizel və benzinlə bağlı yenilik
-
Əhməd Əl Şaraa Heydər Əliyevin məzarını ziyarət edib - FOTO
-
"Arvadım maşınımın içini də yoxlayır"
-
İlham Əliyev: Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb
-
Tehranda güclü partlayış - FOTO
-
Əhməd Əl Şaraa İlham Əliyevə təşəkkür edib
-
Messinin vida matçının təxmini tarixi AÇIQLANDI
-
Azərbaycanda bu sahədə çalşanlar 3743 manat maaş alır
-
9-cu sinif şagirdi bıçaqlandı
-
Ərdoğan gənc xanımı yüksək vəzifəyə təyin etdi – FOTO
-
Daha bir rayonda ehsan verilməyəcək
-
"Tamaşaçılar dünyanı dağıtdı ki, sənin kimi adamın yanında..."
-
"Real" dünya ulduzunu buna görə satacaq - Şok səbəb
-
Durov buna görə uğurlu olub: "Alkoqol, qəhvə və narkotikdən..."