Cəmiyyət

Günün resepti - qaymaqlı ispanaq şorbası - FOTO

15 May 2017 07:00
11 Şərh     Baxış: 4 987

Milli.Az qaymaqlı ispanaq şorbasının reseptini təqdim edir:

6 pay üçün

Yarım kilo təzə ispanaq

4 xörək qaşığı kərə  yağı

Yarım stəkan doğranmış baş soğan

3 xörək qaşığı un

5 stəkan toyuq  bulyonu (əvvəlcə 4 stəkanını əlavə edin, lazım olarsa qalanını də qatın)

Zövqə görə duz

Zövqə görə istiot

1 stəkan süd qaymağı

Bir çimdik muskat tozu

İspanağı təmizləyin, sərt saplaqlarını kəsin. Yarpaqları iri doğrayın. Yaxşıca yuduqdan sonra quruması üçün kağız salfetlərin və ya çay dəsmalının üstünə  sərin.

Qazanda yağı vam odda əridin. Soğanı əlavə edib tez-tez qarışdıra-qarışdıra şəffaflaşıb yumuşalana qədər, amma qızarmayanadək bişirin. İspanağı əlavə edin. Tez-tez qarışdııraraq ispanaqlar yumşalana qədər gözləyin.

Üstünə unu səpin. Qarışdırın. Toyuq suyunu tökün. Tez-tez qarışdıra-qarışdıra qaynadın. Sonra isə blenderdə püre edin. Alınan püreni qazana geri tökün. Duz və istiot vurun. İstəyə görə, muskat tozu da əlavə etmək olar.

Qaymağı qazana əlavə edin. Qarışdırın. Vam odda şorbanı isti vəziyyətə gətirin, amma qaynatmayın. Şorbanız hazırdır. Əgər şorba çox qatıdırsa,  bir az  toyuq bulyonu əlavə edib qarışdırın.

Nuş olsun!

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

11 Şərh:

  • Anonim
    ika.e · 15 May 08:0630

    Salam sabahınız xeyir Sizinle dadlı bir tort resepti paylaşım: 5 yum agını sarısınnan ayırıb 1 st pesokla qatılaşana kimi çalaq sonra bir - bir sarıları elave edek vanille birlikde çalaq,,,daha sonra kenarda 1 st un 1 ç q kakao 1 qab tozu qbir - birine qatıb elekden keçirib qarışıgın üzerine elave edib taxta qaşıqla qarışdırırıq 200 ° isidilmiş sobada bişiririk..daha bir biskivit hazırlıyırıq eyni qayda ile amma ki ag..biskivitleri soyumaga qoyaq..keçek kreme: men özüm krem heç sevmirem hem de artıq havalar isinir krem insana xoş gelmir ona göre qatılaşdırılmış südü qapagını açmamış 1 saat qazanda qaynadırıq soyuyannan sonra açıb azca mikserle çalırıq ki krem halına çatsın qoz lepedini xırda dograyıb snikers şkoladını soyuducuda bir az saxlayıb daha sonra tyorkadan keçiririk qozla qarışdırırıq bananı halqavari dograyırıq,,, biskivitleri iki yere ayırıb üzerine moloko çekib qozlu qarışımı sepirik üzerine bananları düzürük,,üzerine azca moloko gezdirib o biskiviti qoyuruq bele qatları yıgırıq bir ag

    Cavab yaz
    • Anonim
      asi · 15 May 11:0510

      Salam Ika..Tortun snikers hissəsi maraqlı oldu)..Mən snikersi əridib çəkirəm tortun qatlarına ya üzərinə, olur ən asan snikers tortu))...Birdə krem əvəzi, xüsusən də yayda, qatı smetan, şəkər pudrası bir birinə qatıb istifadə edirəm.Içinə meyvə də doğrayıb qatışdıranda dadlı olur.Həm yüngül olur həm də tez və asan)))Bir sözlə hər işi kəsədən))..

      Cavab yaz
      • Anonim
        ika.e · 15 May 11:2800

        ))) salam senin dediyin de eladı yoxluyacam

        Cavab yaz
        • Anonim
          Esra Ibrahimli(Samaxi) · 15 May 12:1510

          En asan krem santidi men girismisem aliram tozseklinde 1 stekan soyuq suda mikserle calirammmm vururam torta,lezzetli olur amma xalam oyredib hemen santiye bir az malako, yeni skusonnu, bir azda bahali qeseng smetan vurub calanda lap dadli olur .

          Cavab yaz
          • Anonim
            ika.e · 15 May 12:3300

            Men şantini yoxlamışam amma xoşum gelmedi

            Cavab yaz
  • Anonim
    ika.e · 15 May 08:0900

    Bir qara olmaqla üzerini de qoz lepesi ile bezeyirik inanın çoox dadlı tortdu ..özüm hazırladım beyendim biskiviti alınma biskivitlerden daha kövrek olur nuş olsun

    Cavab yaz
  • Anonim
    SEVA TOVUZ · 15 May 09:5200

    Goy supu esitmisdim ama yememisdim...bu yaxinlarda yedim cox dadli dietik yemekdir...tursengle lap ela olur...sinayin pesman olmazsiz...

    Cavab yaz
  • Anonim
    Esra ibrahimli (Samaxi) · 15 May 11:1422

    Qaymaq hara ispanaq sup hara xosuma gelmedi,en asan sup resepti var 1 dene soqani doqramirsan butov qazana atirsan qalan butun erzaqlari doqruyub tokursen qazana duz-istiot, sarikok vurub su tokursen yaqda atirsan aqzin ortursen ozuycun qaynayir, axirdada goy-goyerti doqruyub yeyirsen,Icine doqrananlar kartof, kok,biber, pomidor,bir az duyu, bir az qiyme,axirda qalina vurursan mal qalinasi qeseng dadli olur.

    Cavab yaz
    • Anonim
      Esraya · 15 May 12:2010

      Esraciim qaymaqlada ela olur. her weye miz qoyma,ozunu iwe ver,yoxla, chox xercde teleb etmir. Men bunu litvada olarken prob elemiwem, eladir)))

      Cavab yaz
      • Anonim
        Esra ibrahimli (Samaxi) · 15 May 16:3810

        Xerc barede narahat deyilem amma tenbelem ozumu ise veren deyilem ona gore, Amma ne yalan deyim qaymaqli sup yememisem prob ederem, qaymaq xosluyurammm.

        Cavab yaz
        • Anonim
          Esraya · 15 May 18:1100

          Bunun adi mence burada yazildigi kimi worba deyil, Pribaltikada ne deyirler onu unutmuwam, Ruslar bu yemeye shi zelyonniy deyirdiler

          Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.