Eritema nədir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Eritema dəridə qızartı və qabarmalarla müşayiət olunan xəstəlikdir. Qabarcıqlar 1-3 cm ölçüdə diametrə sahib, parlaq dəriyə malik olurlar. Eritema səpkilərinə ən çox aşağı ətraflarda, diz oynağı və onun yaxınlığında daha çox rast gəlinir. Nadir hallarda döşlərin yanı və yuxarı ətraflarda da eritamaya rast gəlmək mümkündür. Eritama zamanı orqanizmdə digər əlamətlər də özünü göstərir:
* halsızlıq
* qızdırma
* artralgiya.
Rentgenoqrammada xəstənin döş qəfəsində adenopatiya müşahidə edilir.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, eritemanın əlamətləri dəridə 1-3 həftəyə əmələ gəlir. Əvvəlcə eritema əmələ gələcək nahiyə qızarır, bərkiyir, sonra həmin hissə bənövşəyi rəngə dönüşür, həmin hissənin dərisi parıldayır və əl vasitəsilə basdıqda yüngül ağrılı olur. Eritemanın əmələ gəldiyi yerdə kapilyarların qansızması baş verdiyinə görə qızartılar meydana çıxır. Xəstəlik zamanı dəridə əmələ gələn patoloji dəyişikliklər 3-6 həftə ərzində dəridə qalır, sonra tədricən azalır və sağalır. Xəstlik nadir hallarda residiv verir. Xəstəlik kişilərə nisbətən qadınlarda daha çox baş verir.
Eritema adətən orqanizmdə baş verən müxtəlif infeksiya xəstəlikləri zamanı, müxtəlif dərmanların qəbulu zamanı və sistem xəstəliklərində müşahidə edilir. Xəstəliyin vərəm və ya göbələk mənşəli oluduğu da düşünülür. Bəzi hallarda sarkidoz və bağırsağın iltihabı xəstəlikləri zamanı da dəridə eritema əlamətləri görünür. Xəstəliyin əmələ gəlməsində stafilokokk infeksiyalarının rolu böyükdür. Eritemaya diaqnoz qoymaq çətinlik törətmir.
Xəstəliyin müalicəsində antihistamin preparatlardan, geniş spektrli antibiotiklərdən istifadə edilir. Xəstəliyin aktiv dövrlərində fizioterapevtik müalicə üsulları tətbiq edilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Lənkəranda WUF13 Festivalı başlayıb
-
Evdə saf yağ hazırlama qaydası
-
Bir reklamdan 135 milyon qazanıb tarixə düşdü
-
“Airblue” Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır - FOTO
-
Bu sadə üsul zeytun yağının ləzzətini iki dəfə artırır
-
Yumurta kartonlarının boz olmasının səbəbi ortaya çıxdı
-
"Atışma səsləri, alovların içindən keçdik" - Ölümlə üz-üzə qaldılar
-
Göygöldə ağır qəza - Xəsarət alanlar var
-
Ağcabədidə arvadını öldürməkdə şübhəli bilinən kişi saxlanıldı - YENİLƏNİB
-
"Kəpəz" "Sumqayıt"ı məğlub edib
-
Məşhur meyxanaçının ailəsindən pis xəbər – Səhhəti ağırlaşdı - FOTO
-
Ramin Əliyev prorektor təyin edildi
-
KVN ulduzu faciəvi şəkildə həyatın itirdi
-
Bakıda soyğunçuluq edən şəxs həbs edildi
-
İslam İnkişaf Bankının sədri Azərbaycana rəsmi səfər edəcək
-
Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi
-
Gömrük işçiləri də PUA-ları vursun
-
Bu tarixlərdə hava kəskin dəyişir - XƏBƏRDARLIQ
-
Ailə üzvlərini qətlə yetirən Əhməd təkrar cinayət törədib?
-
Kanaldan qadın meyiti tapıldı
-
Ölkədə pensiya yaşı 60-a SALINIR?
-
Azərbaycanda manatla geniş pul kütləsi artıb
-
WUF13-də qeydiyyatdan keçən ölkələrin sayı açıqlandı
-
Uşaqlarda məsuliyyət hissini necə artırmaq olar?





