Cəmiyyət

Jasmin çayının faydaları

15 Yanvar 2017 19:15
0 Şərh     Baxış: 15 626
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Antioksidant xüsusiyyətləri: Jasmin çayının yəqin ki, ən çox bəyənilən cəhəti yüksək miqdarda antioksidantlar ehtiva etməsidir.

Antioksidantlar xəstəliklərə səbəb olan və immuniteti zəiflədən zərərli maddələri və ya sərbəst radikalları müəyyən edərək məhv edir. Bu isə, çox önəmlidir.
Ürək və damar sağlamlığı: Ürək və damar xəstəliyi olan biri üçün jasmin çayı daha çox problemin yaranmasını əngəlləməkdə böyük fayda verir. Jasmin çayında yerləşən katexin adlı maddələr LDL səviyyəsini azaldır. Beləliklə, təzyiq və xolesterin səviyyəsi düşür və ürək xəstəliyinin yaranma riski azalır.
Şəkər xəstəliyi: Jasmin çayı şəkər xəstəliyinə qarşı mübarizədə dəyərli bir vasitədir. Jasmin çayı içmək şəkər xəstəliyinin mənfi təsirlərini yox edir.
Xərçəngin qarşısını alır: Tədqiqat zamanı jasmin çayı istehlakının xərçəngin qarşısını almaqda yardımçı olduğu müəyyən olmuşdur. Jasmin çayının bəzi polifenollara malik olması xərçəng önləyici xüsusiyyəti qabardır. Polifenollar sərbəst radikallar və digər zərərli maddələrə qarşı müdafiə xəttidir.
Bakteriya əngəlləyici xüsusiyyətlər: Jasmin çayı bakteriyal infeksiyalara qarşı bədəni müdafiə edir. Həmçinin jasmin çayı öskürək, soyuqdəymə və boğaz infeksiyalarından xilas olmağı təmin edir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.