Cadu olunmasının əlamətləri hansılardır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əvvəlcə qeyd edək ki, özünü pis hiss edən insanı həkimə aparmadan və ətraflı yoxlatmadan ona cadu olunduğunu düşünmək olmaz. Tibbi cəhətdən heç bir problem olmadığı halda cadu, sehr, gözdəymə və s. olan adamın sehrin növünə görə əlamətlərindən bəziləri aşağıdakılardır:
Ara vurma sehri. Milli.Az zikr.az-a istinadən bildirir ki, bu ər-arvad, oğul-ata, dostlar, ortaqlar və sair biri-biri ilə yaxın münasibətdə olanlar arasında baş verir. Əlamətləri; gözlənilmədən məhəbbətin nifrətə çevrilməsi., şübhələrin artması, qarşılıqlı etimadsızlıq, gərgin vəziyyəti daha da gərginləşdirməyə meyl, qarşı tərəfin hər hərəkətlərini çirkin görmək, əks tərəfin olduğu məkanda (məsələn, evdə) özünü narahat hiss edib ordan uzaqlaşdıqda hüzur tapmaq. Ər-arvad arasındakı sehr nətıcəsində əks tərəfin iyrənc və dəhşətli görsənməsi (qarabasmada olduğu kimi). Bir məsələ var ki, hər söz-söhbət və ara dəymədə cadu əlaməti görmək də doğru deyil. Bütün yuxarıda qeyd edilənlər adi narazıçılıq, nifrət, kində də özünü biruzə verməkdədir. Hər halda bu təbii və adi hallar sehrdən öz qeyri adiliyi və gözlənilmədən baş verməsi ilə seçilir.
Məhəbbət sehri. Bu qadını öz ərinə sevdirən sehrdir. Əlamətləri; adama xanımına qarşı həddən artıq məhəbbət, ehtiras, onsuz ayrı qalmağın mümkünsüzlüyü, onu görmə arzusu ilə həddən artıq emosional olmaq, ona həddən artiq itaət göstərmək.
Xəyal gətirmə sehri. Əlamətləri - bu əsasən göz bağlayıcılıqla, hipnnozla olur. Əşyaları həqiqətdən fərqli şəkildə görməsi, məsələn böyüyü kiçik, sabit olanı hərəkətli görmək və sair.
Dəlilik sehri. Əlamətləri; diqqətsizlik, keylik, güclü unutqanlıq, baxanda gözlərini bərəltmək, bir yerdə sakit durmamaq, öz xarici görkəminə fikir verməmək. Xəstəlik şiddətləndikdə evdən çıxıb nə üçün, hara getdiyini, nə etdiyini bilməmək.
Taqətsizləşdirmə sehri. Əlamətləri; təkliyi sevməyə başlamaq, təcrid, özünə qapanma, daimi susqunluq və baş ağrısı.
Qeybdən səs eşitmə sehri. Əlamətləri; yuxuda kiminsə onu çağırdığını eşitmək, hündür yerdən düşdüyünü, vəhşi heyvanın onu qovduğunu və bənzəri dəhşətli yuxular görmək. Oyaq ikən qulağa səs gəlməsi, kiminsə çağırdığını zənn edib bu səbəbdən ora-bura baxmaq, dost və yaxınlardan şübhələnmək.
Xəstələndirmə sehri. Əlamətləri: bədən üzvündən birinin daima ağrıması, özündən getmə, bədən üzvlərindən birinin iflic olması, hissiyyat üzvlərindən birinin sıradan çıxması.
Qadınlarda ay halının uzanması sehri. Əlamətləri: bu qadınlarda ay halından qeyri-vaxtda, tibbi olmayıb qadın orqanları ilə əlaqəli xəstəliklərin nəticəsində qanaxmanın olması. Bu aylarla davam edə bilər. Qanın miqdarı az da ola bilər, çox da.
Bağlama (evlənməyə mane olma) sehri. Bu məsələdə şeytanlar iki yoldan istifadə edir. 1. Qız onu istəyən hər kəsi rədd edir. 2. Şeytan qızı görən hər kəsə onu eybəcər göstərib çəkindirir. Əlamətləri; tibbi dərmanlarla getməyən gah tutub, gah buraxan baş ağrıları, axşam çağından gecə yarısına qədər davam edən güclü təngənəfəslik, nişanlısını çirkin görkəmli görmək, yuxuda narahatlıq, bəzən mədədə kəskin ağrı hiss etmək, fəqərə sütununun aşağı hissəsində ağrı hiss etmək.
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qəhvənin toxunma qavrayışını dəyişdirə bildiyi məlum oldu
-
Hazır cavab dövrü: Süni intellekt asılılığı insan zəkasını gerilədir?
-
Tikə kabab marinadının 4 qızıl qaydası
-
Minillik ağacın gövdəsindən ev düzəltdilər
-
"Tesla"nın gizli mənası məlum oldu: İllərdir "T" hərfi hesab edirdik
-
Süni intellekt gələcəyin "qızıl" peşələrini seçdi: Ən çox qazandıracaq sahələr
-
Ağ Evin damına dronlar yerləşdiriləcək
-
“Niyə orada ölmədilər, Ermənistanda peyda oldular?”
-
“Yorğanımız heç vaxt ayrılmasın” - Ərini belə təbrik etdi
-
Bakı-Tbilisi-Bakı qatarının FOTOları
-
Günün qoroskopu: İmpulsiv alış-verişlərdən uzaq durmalısınız
-
Pley-off mərhələsindən uzaqlaşdılar, 4 xalları silindi
-
Vens: İranla danışıqlarda irəliləyiş var
-
"Mançester Siti"də böyük təmizlik
-
26 mərtəbəli binanı 5 günə inşa etdilər
-
"Artıq üçüncü həftədir, güclə nəfəs alıram”
-
Moskva-İrkutsk reysində gərgin anlar - məcburi eniş edildi
-
Qurban Qurbanov: "Ən döyüşkən, ən mübariz, ən cəsarətli komanda biz olacağıq"
-
Azərbaycanda dəhşətli qətl baş verdi
-
Xabi Alonso "Real Madrid"in ulduzunun transferini istəyib
-
“Piano Musiqisi Axşamı” adlı konsert proqramı təqdim olundu - FOTO
-
“Yerində olsaydım, onu stadionun yaxınlığına belə buraxmazdım”
-
Bakı-Tbilisi-Bakı qatarının qrafiki açıqlandı
-
Mourinyo gələr-gəlməz onu komandadan göndərir - FOTO





