Cəmiyyət

Uşaqlarda xırıltının səbəbləri və müalicəsi

7 Yanvar 2017 23:15
4 Şərh     Baxış: 18 705
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xırıltının səbəbi bronxlarda yaranan zəifləmədir. Bu səbəbdən də, qəbul edilən və verilən hava fit səsinə oxşar bir səs çıxarmağa başlayır. Uşağınızın bu halda oksigen qəbulunu artırmaq üçün daha sürətli və daha sıx bir şəkildə nəfəs almağa başladığını fərq edə bilərsiniz.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, xırıltılı nəfəs almaq birdən çox əlamətlə birlikdə yarana bilər:
 
- Uşaqdakı nəfəs sayının artması
 
- Uşağın daha çox nəfəs almaq üçün burnunun açılıb bağlanması
 
- Eyni səbəbə görə qabırğa əzələləri ətrafındakı əzələlərin yumşalması
 
- Daha çox nəfəs verərkən görülən xırıltı, sinəyə bastırılması ilə pişik mırıltısına oxşaması
 
Uşaqlarda xırıltı adətən viruslu infeksiyalar mənşəli olduğundan, yaxın təmasdan çəkinməli, evdə tez-tez əllər yuyulmalıdır. Ev mühiti təmiz saxlanılmalı, siqaret tüstüsü, kimyəvi hava çirkləndiricilər olmamalı, otağın rütubəti 40-45 dərəcə, temperatur 22-24 dərəcə arasında olmalıdır. Maye qəbulunu artırmaq, burun və boğaz sekresiyalarını təmizləmək təklif edilir.
 
Öskürək uşağın yuxusuna, qidalanmasına təsir edirsə, sürətli nəfəs alıb verirsə, temperaturu varsa, tez-tez öskürüb sonra keçirsə, yüngül başlayıb getdikcə şiddətlənirsə həkimə mütləq müraciət edilməlidir. Viruslu infeksiya mənşəli xəstəliklər yoluxucu olduğu üçün uşaqlarda xırıltı varsa, lazımi tədbirlər görülməlidir.

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.