Cəmiyyət

Hər gələn qəmli gedər... – ƏN GÖZƏL MİSRALAR

1 Dekabr 2016 23:10
57 Şərh     Baxış: 2 914

Milli.Az lent.az-a istinadən Azərbaycan poeziyasının ən yaxşı misralarından bir neçəsini təqdim edir.

Ərş ilə fərşü kafu nun, məndə bulundu cümlə çün,

Kəs sözünü və əbsəm ol, şərhü bəyanə sığmazam.

***

Səni bu hüsni-cəmalü, bu kəmal ilə görüb

Qorxdular həq deməyə, döndülər insan dedilər!

İmadəddin Nəsimi

Çəkmə damən naz edib üftadələrdən, vəhm qıl,

Göylərə açılmasın əllər ki, damanındadır.

***

Əskik olmaz qəmimiz, bunca ki bizdən qəm alıb,

Hər gələn qəmli gedər, şad gəlib yanımıza.

Füzuli

Mətahın keçməyən yerdə

Satma, qardaş, kərəm eylə

Yol daşını ytol quşuna

Atma, qardaş, kərəm eylə

Xətai

Gecə-gündüz qan ağalaram

Artıbdı fərağım mənim

Başımı alıb gedərəm

Tutduqca ayağım mənim

Abbas Tufarqanlı

Sınıq səbudə mey tutmaz qərar, su durmaz

Şikəstə könlümə, məhvəm ki, qan ilən doludur...  

***

Ey kamanqaşlı, məni yarələdi qəmzən oxu,

Zülfünü bas yarama, qoyma məni qan aparır...

Seyid Əzim Şirvani

İstəsən könlüm kimi zülfün pərişan olmasın,

Ol qədər cövr ət mənə, ah etmək imkan olmasın!

Sabir

Dağa dersən eşidir, sonra verir əksi-səda,

Daşa dönmüşlərə əks eyləmədi fəryadım.

Hadi

Şal istədim mən də evdə ağladım,

Bir şal alıb tez belimə bağladım,

Qulamgilə qaçdım, şalı salladım,

Fatma xala mənə corab bağladı,

Xan nənəmi yada salıb ağladı.

Şəhriyar

Aynabənd evlərin eyvanı sərin,

Yuyunur qoynunda al şəfəqlərin.

Hər batan axşamın, doğan səhərin

Hüsnü salamlayır min pəncərəni,

Səadət ilhama çağırır məni!

Səməd Vurğun

Ah, mən gündən-günə bu gözəlləşən

İşıqlı dünyadan necə əl çəkim?

Bu yerlə çarpışan, göylə əllləşən

Dostdan, aşinadan necə əl çəkim?

Mikayıl Müşfiq

Qayıt, yerinə qoy Ayı, Günəşi -

Yenə olduğu tək görüm həyatı.

Qayıt, gözüm nuru, könlüm atəşi,

Qayıt, sahmana sal bu kainatı.

Əli Kərim

Dərsəm güllərini bu gələn yazın,

Sallanıb yellənsəm budaqlarından,

Eşitsəm adımı sevən bir qızın,

Hələ öpülməmiş dodaqlarından,

- bu yaz gecəsində ölməyə nə var?!

Ramiz Rövşən

Alnıma toxundum, gördüm tərləyib,

Dodağıma baxdım, uçuqdu, gördüm.

Bütün darvazalar gördüm bağlıdır,

Sizin darvazanız açıqdı gördüm.

Eldar Baxış

Demirəm, sən uca bir dağsan, əyil

Demirəm, əlacım qalıbdır sənə.

Nə səndə məhəbbət qara pul deyil,

Nə mən dilənçiyəm, əl açım sənə.

Nüsrət Kəsəmənli

Elə dayanırsan, elə baxırsan,

Elə bil qarşında quru bir daşam.

İpək saçlarını bir vaxt oxşayan

Elə bil hardasa mən olmamışam.

Nəriman Həsənzadə

Bir də gördün oğuldu adam

Bir də gördün atadı.

Bir də gördün yox oldu adam

Bir də gördün fotodu.

Ələkbər Salahzadə

...Ünvanı səhv düşən bir məktub kimi

Təzədən mən sənə qayıdacağam.

Məmməd İsmayıl

Elə üşüyürəm o da yoxdu ki

Gəlib əllərini sərə üstümə...

Salam

...Qapı da divar idi

Xaneyi-hikmətə

Şəmsin nuru gəlməyincə...

Həmid Herisçi

Bu zülmət gecəyə ya həbib allah

Nə qurşun işləyər, nə yol yürüyər...

Etimad Başkeçid

Sübhün budağında quş səsi...

Xanəmir

Qızlarını varlı adamlar üçün bəsləyən ailələrin qonşuluğunda

şəkillərə ata deyən bir uşaq böyüyür

Aqşin

Allaha deyirəm ki,

günəşə görə çox sağ ol

Şəhriyar del Gerani

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

57 Şərh:

  • Anonim
    Solmaz · 1 Dekabr 2016 23:1942

    Elzada yazır,çukka,çukka,çukkada çukka

    Cavab yaz
    • Anonim
      Əmrah Ənrah Almalı Qoşayarpaq təcnis Axan qan qala · 21 May 02:2820

      Əmrah Ənrah Almalı Qoşayarpaq təcnis Axan qan qala

      Cavab yaz
  • Anonim
    Tovuzlu E · 1 Dekabr 2016 23:2111

    Səməd Vurğun,Mikayıl Müşfiq, Nüsrət Kəsəmənli, Nəriman Hüseyinzadə

    Cavab yaz
    • Anonim
      LAÇINLI · 2 Dekabr 2016 00:4010

      Mən ki tehqiramiz hecne yazmamisdim

      Cavab yaz
  • Anonim
    sultan · 1 Dekabr 2016 23:2940

    Dun kasi kuzemi daslara caldim, Serxosdum, bilmedim elimden saldim, Kuze dile gelib dedi ki, men de SENIN KIMI IDIM BU GUNE QALDIM. Mehseti Gencevi.

    Cavab yaz
  • Anonim
    SOFA · 1 Dekabr 2016 23:3210

    Heqiqeten gozel misralardi,orta mekteb illeri yadima duwdu,,,,,,NERIMAN HESENZADE yaradiciligi gozeldi,,,,butun wairlerin oz yeri var,,,,,,

    Cavab yaz
  • Anonim
    Laçınlı · 1 Dekabr 2016 23:5920

    Mənde Ramiz Rövşən ve Neriman Hesenzade yaradıcılıq inin vurqunuyam

    Cavab yaz
  • Anonim
    Laçınlı · 2 Dekabr 2016 00:0220

    Bir seher yuxudan durub Özünü uşaq göresen. Göresen hami evdedi .Ölenleri sag göresen. Ramiz Rövşen

    Cavab yaz
  • Anonim
    LAÇINLI · 2 Dekabr 2016 00:2160

    Kişiler bir olmur atam balasi. Qorxaqi var igidi var .Amma her kişinin ölenden sora qebri üsde aglamaqa bir qara paltarlı qadina ümidi var. Sen ölenden kim olacaq gözelerini baglayan?Qardaşımi olacaq yadmi olacaq? Bu dünyada sene en cox aglayan, Ən cox aglatdigin qadinmi olacaq?!

    Cavab yaz
  • Anonim
    LAÇINLI · 2 Dekabr 2016 00:4010

    Mənim şərhimi niye vermirsuz

    Cavab yaz
  • Anonim
    Emi · 2 Dekabr 2016 09:1800

    Misralarin her biri gozeldi,Aqsinin sozleri xususile xosuma geldi.

    Cavab yaz
    • Anonim
      Emin. · 2 Dekabr 2016 15:0400

      nese basha dushdun orda?

      Cavab yaz
  • Anonim
    Emin. · 2 Dekabr 2016 10:5300

    bu ne demekdir? Qızlarını varlı adamlar üçün bəsləyən ailələrin qonşuluğunda şəkillərə ata deyən bir uşaq böyüyür Aqşin

    Cavab yaz
    • Anonim
      asi · 2 Dekabr 2016 19:3310

      Bu o deməkdir ki,Aqşin bəyin atası rəhmətə gedib.O da atasına şəkillərdə ata deyir..Və bu Aqşin bəy də atasız olduğu üçün yəqin imkansız böyüyüb.Buna görə də qonşularındakı varlı ər axtaran qız ailələrindən ümidini üzüb..Bilir ki,qızlarını buna verməyəcəklər..

      Cavab yaz
      • Anonim
        Emin. · 5 Dekabr 2016 09:5400

        hee, bunu ozun fikirlesdin ya dogurdan beledi?

        Cavab yaz
  • Anonim
    asi · 2 Dekabr 2016 11:4000

    Klassiklərimiz hər sözü deyib,möhürləyib.

    Cavab yaz
    • Anonim
      Məni · 9 Avqust 18:5210

      Zülmət gecəsindən bir gündoğana Allahım çıxarar çıxarsa məni Sola qeyd olandan çatat sağa nə Yıxmağa can atan yıxarsa məni Gözlənilməz şimşək çaxar Vallahi Hər tərəfdən sel su axar Vallahi Sıxan da özünü sıxar Vallahi Ha məndən xəbərsiz sıxarsa məni Əmraham şil etsin şilə döndərsin Mum kimi əritsin gilə döndərsin Allah izin versə külə döndərsin Həsrətim yandırıb yaxarsa məni 2017

      Cavab yaz
      • Anonim
        Yazar oldum yenə,yenə · 10 Avqust 18:0010

        Ha deyirəm yazmayım mən Yazar oldum yenə,yenə Sənətkaram sənətimdən Necə dönüm genə,genə Harda qalıb ozan kəslər Həqiqəti yozan kəslər Yazdığını pozan kəslər Söz öyrədir mənə,mənə Şən olmadın şən,Almalı Düşdü saça dən,Almalı Sən ustad ol mən,Almalı Şagird olum sənə,sənə 2017

        Cavab yaz
  • Anonim
    Əmrah Ənrah Almalı · 21 May 02:1691

    Qoşayarpaq təcnis Axan qan qala Torpaq işğal oldu gözlərim doldu Münkün deyil yerdə axan qan qala Dərdim qəmim boldu xoş rəngim soldu Gülüstanım döndü a xan qanqala Döyüş dava bitdi demə şah itdi Neçə insan getdi gedən şəhitdi Düşmən hər nə etdi qala şahitdi Qana qan deyəcək a xan qan qala Əmrah getsən hara axtar iş ara Qoy bəxtinə qara ağ gün işara Mərd düşüncə dara eylə işara Qalsa himarında a xan qan qala

    Cavab yaz
  • Anonim
    Əmrah Ənrah Almalı · 21 May 02:2323

    Qoşayarpar təcnis Axan qan qala Torpaq işğal oldu gözlərim doldu Münkün deyil yerdə axan qan qala Dərdim qəmim boldu xoş rəngim soldu Gülüstanım döndü a xan qanqala

    Cavab yaz
    • Anonim
      Heç · 25 İyun 03:1430

      Heç Kəlustuq böyüyə nişnə olsa Ələsgər mal altı kürüməzdi heç Böyüyün özütək sevinci bolsa Dağları çən duman bürüməzdi heç Düşünüb dərindən dərk elə özün O gözə nə xeyri axı bu gözün Böyüyü kiçiyi olmasa sözün Hər kəsin yazdığı çürüməzdi heç Əsər müəllifi ayılmasaydı Yazdığı pozduğu yayılmasaydı Saf əsər saf kimi duyulmasaydı Əmrah da susmazdı kiriməzdi heç 2017

      Cavab yaz
      • Anonim
        Heç · 26 İyun 11:1740

        Kalustuq böyüyə nişan olsaydı Ələsgər mal altı kürüməzdi heç Böyüyün sevinci daşan olsaydı Dağları çən duman bürüməzdi heç Dərindən düşünüb dərk elə özün O gözə nə xeyri axı bu gözün Böyüyü kiçiyi olmazsa sözün Hər kəsin yazdığı çürüməzdi heç Almalı qəflətdən ayılmasaydı Yazdığı pozduğu yayılmasaydı Saf sözü saf kimi duyulmasaydı Ah fəqan edərdi kiriməzdi heç 2017

        Cavab yaz
        • Anonim
          Dünyada · 29 İyun 19:4720

          Bundan yüzəlli il öncə Ələsgər Gör nələr deyibdi nələr dünyada Dilindən tökülüb qızıl ziba zər Ər olubdu ər oğlu ər dünyada Gedib dərinliyə dərinə varan Son nöqtəyə kimi yerinə varan Sözün sehirinə sirrinə varan Məni bir Ələsgər bilir dünyada Əmrah diləyini Haqdan dilərsə Bəxtəvərdi sözü üzə gülərsə Belə bir sənətkar bir də gələrsə Yüzəlli il sonra gələr dünyada 2017

          Cavab yaz
          • Anonim
            dünyada 2 · 30 İyun 18:4620

            Bundan yüzəlli il öncə Ələsgər Nələr yaradıbdı nələr dünyada Hər nə yradıbsa məncə Ələsgər Yaratdığı çətin ölər dünyada Sözü incəliklə dərinə varan Birinə varmsa birinə varan Hətda sehirinə sirrinə varan Məni bir Ələsgər bilər dünyada Əmrah diləyini Haqdan dilərsə Yazıb yaratdığı üzə gülərsə Belə bir sənətkar bir də gələrsə Yüzəlli il sonra gələr dünyada 2017

            Cavab yaz
          • Anonim
            Bizə kim deyir ki biz dəli olaq · 1 İyul 19:1420

            Yoldaşı itirmək məhs dəliliksə Bizə kim deyir ki biz dəli olaq Ağıllı insanın hey başı diksə Bizə kim deyir ki biz dəli olaq Üstümüzə güllə ox gələ-gələ Düşmən ayaq alır çox gələ-gələ Biz isə yoldaşa xox gələ-gələ Bizə kim deyir ki biz dəli olaq Yüz dəli yığılsa yüzü nə edər Əyrisi nə edər düzü nə edər Dəli nə edərsə özünə edər Bizə kim deyir ki biz dəli olaq Əmraham qəmimiz solandan sonra Qəlbimiz sevinclə dolandan sonra Qismətimiz Haqdan olandan sonra Bizə kim deyir ki biz dəli olaq 2017

            Cavab yaz
      • Anonim
        Deyil · 28 İyun 18:3230

        Dünya dərəbəylik olmayıb hələ Olmayıb olmayıb olan da deyil Həqiqət arxada qalmayıb hələ Qalmayıb qalmayıb qalan da deyil Elə də düşünüb yorma beyini Sinəndən gələrsə de hər nəyini Gözəl söz ustadı qəm tütəyini Çalmayıb çalmayıb çalan da deyil Ey Əmrah dərk elə qiymətli zəri Bu sənət yolunda nə yan nə əri Sənətkar ölsə də sənət əsəri Ölməyib ölməyib ölən də deyil 2017

        Cavab yaz
    • Anonim
      Şairə çox olar böhtan atanlar · 25 İyun 16:5960

      Ağlıma nə gəlsə onu yazıram Qınayır qınasın qələm tutanlar Nədən yazıramsa yəni yazıram Bir gün anlayacaq məni yatanlar Əgər yaradanı yetərsə dada Onda sənətkarı el salar yada Şeir qəzəl yazan milyon olsada Arzu istəyinə azdı çatanlar Hər yazanı əsər sanma ey Əmrah İlhamın var ikən sönmə ey Əmrah Tutduğun yolundan dönmə ey Əmrah Şairə çox olar böhtan atanlar 2017

      Cavab yaz
  • Anonim
    Əmrah Ənrah Almalı Qoşayarpaq təcnis Axan qan qala · 21 May 02:2620

    Əmrah Ənrah Almalı Qoşayarpaq təcnis Axan qan qala

    Cavab yaz
    • Anonim
      Gərək ki bir az da oxu sən könül · 2 İyul 19:5340

      Hey yazıb pozmğın mənası nədir Gərək ki bir az da oxu sən könül Hey yazıb pozmğın ömürdən gedir Gərək ki bir az da oxu sən könül Oxu Nizamini oxu Burğunu Oxusan olarsan sənət yorğunu Oxuyan duyubdu nida durğunu Gərək ki bir az da oxu sən könül Əmrah der oxudun oxu sən yenə Oxu anla yenə oxu san yenə Nə qədər oxusan oxusan yenə Gərək ki bir az da oxu sən könül 2017

      Cavab yaz
    • Anonim
      Təcnis Asanca məni · 9 İyul 19:0330

      Baharın sonunda bağça bağımda Gül ətri bürüdü asan çəməni Bu xəstə çağımda,ağır çağımda Fəqət yıxmaq olar asanca məni Doqquzumda payız,qırxımda yazdım Onumda istədim qırxım,dayazdım Mən ki,qırx forma söz qırxımda yazdım Niyə ucaldan yox a səncə məni Ötən günlərimi saldım yada mən Ya göz yaşım axan gördüm,ya daman Əmraham hey dost-dost dedim yada mən Yad isə istədi a sanca məni 2017

      Cavab yaz
      • Anonim
        Asanca məni · 10 İyul 05:2100

        Əmraham hey qardaş dedim

        Cavab yaz
  • Anonim
    Əmrah Ənrah Almalı Qoşayarpaq təcnis Axan qan qala · 21 May 02:2830

    Əmrah Ənrah Almalı Qoşayarpaq təcnis Axan qan qala

    Cavab yaz
    • Anonim
      Hayıfdı · 6 İyul 16:3740

      İnsanın həyatı fəsil kimidir Yazından sənəti duyan hayıfdı Ötüşən nəhs saat nəhs il kimidir Azından sənəti duyan hayıfdı Özü yazdığını özü dinləyib Əyrini dinləyib düzü dinləyib Şairi dindirib sözü dinləyib Sözündən sənəti duyan hayıfdı Əmraham deyirəm bəzən ərk edib Altısı söz yazıb beşi tərk edib Sənətkar görəndə onu dərk edib Gözündən sənəti duyan hayıfdı 2017

      Cavab yaz
    • Anonim
      Şeiri mükəmməl yazmaq gərəkdi · 8 İyul 17:4340

      Duymayan şeiri qələm götürməz Şeiri mükəmməl yazmaq gərəkdi Özünü mükəmməl şeir itirməz Şeiri mükəmməl yazmaq gərəkdi Qafiyə pozulsa qayda düz olmaz Hecası çox olsa sayda düz olmaz Mükəmməl olmasa fayda düz olmaz Şeiri mükəmməl yazmaq gərəkdi Oxuyun öyrənin bilməyənləri Yazmayın ürəkdən gəlməyənləri Güldürmək gərəkmi gülməyənləri Şeiri mükəmməl yazmaq gərəkdi Əmraham deyirəm ada yazmyın Yaradan çatmırsa dada yazmayın Yazırsız ya yazın ya da yazmayın Şeiri mükəmməl yazmaq gərəkdi 2017

      Cavab yaz
  • Anonim
    Əmrah Ənrah Almalı Qoşayarpaq təcnis Axan qan qala · 21 May 02:2921

    Əmrah Ənrah Almalı Qoşayarpaq təcnis Axan qan qala

    Cavab yaz
    • Anonim
      Qismətini Allah verər. · 7 İyul 17:4250

      Dolanana yanma gərək, Qismətini Allah verər. Onu igid sanma gərək, Qismətini Allah verər. Dolanırsa qoçaq deyil Oğru deyil,qaçaq deyil, Ya pul kəsən biçaq deyil, Qismətini Allah verər. Əmrah etmə çox ahı-zar, Gəlməz sənə bu dünya dar, Sənin də öz qismətin var, Qismətini Allah verər. 2017

      Cavab yaz
    • Anonim
      Vədəsində · 15 İyul 17:1430

      Cavanlığın gedər birdə qayıtmaz Güvənmə canının zor vədəsində Tamahın çəkənə gərək etmə naz Ağzını dişini yor vədəsində Xeyirhaq addım at yerin dar olmaz Ürəyində nə kin nə qubar olmaz Bu gündən sabaha etibar olmaz Görəsi işini gör vədəsində Əmraham dərd qəmim mindi neyləyim Susub-susub dilim dindi neyləyim Əzəl neyləmişəm indi neyləyim Bu zəif gözümün kor vədəsində 2017

      Cavab yaz
  • Anonim
    Əmrah Ənrah Almalı Qoşayarpaq təcnis Axan qan qala · 21 May 02:3131

    Əmrah Ənrah Almalı Qoşayarpaq təcnis Axan qan qala

    Cavab yaz
    • Anonim
      Bəs neyləsin · 10 İyul 17:4960

      İnsan dara düşürsə Düşməsin bəs neyləsin Bağrı başı bişirsə Bişməsin bəs neyləsin İlin baharı yoxsa Gülü ya xarı yoxsa Suyun axarı yoxsa Şişməsin bəs neyləsin Yandırdım öz qəlbimi Əritdi köz qəlbimi Əmraham söz qəlbimi Deşməsin bəs neyləsin 2017

      Cavab yaz
      • Anonim
        Qüsuru var · 13 İyul 19:4840

        Kim deyir qüsursuz yaşayırıq biz Görməyən insanın göz qüsuru var Yarısı gecədi yarısı gündüz Dünyanın özünün öz qüsuru var Hicranla ötən gün ilə dönürsə Süzülən göz yaşı nilə dönürsə Eşq ilə alışan külə dönürsə Eşqin də yandıran köz qüsuru var Ey Əmrah özünü atarsan qəmə Kənarda qalmazsan çatarsan qəmə Elə yazmaqla da batarsan qəmə Unutma sözün də söz qüsuru var 2017

        Cavab yaz
    • Anonim
      Deyəcəkdi · 15 İyul 19:5340

      Yazdığın şeirə fəlsəfi demə Fəlsəfi olarsa el deyəcəkdi Oxucu zehnilə düşsə həmdəmə Alqışlar zamanı əl deyəcəkdi Nəzərdən keçirər bilən nəsillər Silər siləsini silən nəsillər Birdə min il sonra gələn nəsillər Bəlkə fəlsəfi yox ləl deyəcəkdi Ey Əmrah şairin boş anı olsa Yazıb yaratmağa xoş anı olsa Sözündə fəlsəfi nişanı olsa Onu duyan milyon il deyəcəkdi 2017

      Cavab yaz
    • Anonim
      Olsun · 18 İyul 01:5430

      Dəli könül elə şeir yaz gərək Aman vermə onu duyan şən olsun Hər kim sükutluqda dinləyərsə tək Tükləri qabarıb qoy dən-dən olsun Dərin et sözünü yandıran qədər Püskür od közünü yandıran qədər Həsrətin özünü yndıran qədər Düşmanı yandıran xoş sədan olsun Əmrah der qədrini kimsə bilmədi Dərdin zəncirvari hilmə-hilmədi Qırx il fəryad etdin eşidilmədi Bir gün bayram et ki eşidən olsun 2017

      Cavab yaz
      • Anonim
        Düşman çoxaldar · 19 İyul 18:5240

        Vermə sirdaşa da gərək sirrini Sayı artıraraq düşman çoxaldar Ürəyində saxla ürək sirrini Vayı artıraraq düşman çoxaldar Həyatı bir azca sanmasan əgər Ömrünə gününə yanmasan əgər Olan qazancını danmasan əgər Payı artıraraq düşman çoxaldar Ey Əmrah oyanıb yerindən yazsan Dağıdıb yuxunu sərindən* yazsan Unutma bir qədər dərindən yazsan Dayı artıraraq düşman çoxaldar *Başından 2017

        Cavab yaz
        • Anonim
          Şairə qadağa yoxdu Vətəndə · 22 İyul 16:5850

          Demə şair hara,bu Vətən hara Şairə qadağa yoxdu Vətəndə Nə çətinə düşər,nə intizara Şairə qadağa yoxdu Vətəndə Kim istəyər gözdən axan yaş ola Arzusu çin olar isə kaş ola Təki şair ruhlu vətəndaş ola Şairə qadağa yoxdu vətəndə Açılar üzünə bağlı qapılar Qabağına dağ da dursa çapılar Könlündən nə keçsə ona tapılar Şairə qadağa yoxdu Vətəndə Şairin ürəyi Haqqa yaxınsa Çəkər cəzasını kimsə toxunsa Əsərləri bircə-bircə oxunsa Şairə qadağa yoxdu Vətəndə Almalı,Əmrahın özü deməkdi Naləsi,qəlbinin közü deməkdi Şair sözü,elin sözü deməkdi Şairə qadağa yoxdu vətəndə 2017

          Cavab yaz
  • Anonim
    Mənlik deyil · 26 İyul 18:1630

    Şairəm vəzifəm yazmaqdı ancaq Kimə nə olarsa bu mənlik deyil Ürəkdə həsrətlə əriyərsə yağ Ona bir damla da su mənlik deyil Canından çıxarmaz söz günahını Kaş görə biləydi göz günahını Günahın var isə öz günahını Yumazsan yuyarsan yu mənlik deyil Əmraham yazmışam əsərlər neçə İstərəm zəhmətim getməsin heçə Otağım dam oldu döşəyim keçə Balıncım qaz tükü qu mənlik deyil 2017

    Cavab yaz
    • Anonim
      Təcnis Mənsurəni yaz · 28 İyul 18:1120

      Süsənli sünbüllü bir bağ içində Qərib könlüm sevdi Mənsurəni yaz Məni Yaradana əl açdım mən də Dedim qismətimə Mənsurəni yaz Qala uçsa enər daş qaşa sarı Olarsa bənzəyər daş qaşa sarı Atmaram addımı qaşdaşa sarı Məni sevməz ola Mənsurə Niyaz Yazan cərgəsində yazansansa dur Yazan anlasa dur yazan sansa dur Sən elə oxuyub yazansansa dürr Oxu heyratını mənsurəni yaz Ey Əmrah göz dikmə yad daşına sən Mənimsə yad malı yad daşı nə sən Yaddaşın gözəlsə yaddaşına sən Deyim mən ayəni mən surəni yaz 2017

      Cavab yaz
      • Anonim
        Təcnis Gözəl düşün cəmalı · 30 İyul 17:4020

        Gözəllik zövqümə gözəl ruh verər Gözəl xanım gözəl düşün cəmalı Başından aşağı gözəl endirər Gözəl fikir gözəl düşüncə malı Yığ gözəl pendirin gözəl dağara Güc verər qeyrətə gözəl dağ ara Gözəl mallar üçün gözəl dağ ara Yay otlağa gözəl düşüncə malı Ey Əmrah düzülüb bulud düz günə Həsrət çəkir yamac,dərə,düz,günə Əyri ol əyriyə düz ol düzgünə Bunu deyir gözəl düşüncəm Alı 2017

        Cavab yaz
        • Anonim
          İndi · 31 İyul 17:1220

          Böyük bir şairin halına yanan Olarmı ürəyi saz adam indi Onun zəhmətinə malına yanan Olsa da olacaq az adam indi Ha zülm et beyinə hörmətin yoxsa Bu gərək nəyinə hörmətin yoxsa Səndən yüksəyinə hörmətin yoxsa Nə qədər istəsən yaz adam indi Biz dəyər verməyə nəyik Allah var Əmraham adi bir bəyik Allah var Hər kəsə göz qoyan böyük Allah var Deyəsən qüssədən azadam indi 2017

          Cavab yaz
          • Anonim
            Nizami Gəncəviyə həsr etdiyim şeir · 2 Avqust 16:3020

            Fəlsəfi şeirə edərkən qərar Düşüncə yaranır məndə Nizami Nə qədər qəlbimdə nakəm fikir var Səndə tamamlanıb səndə Nizami İman səndə ikən pir səndə ikən İnci səndə ikən dürr səndə ikən Sirlər xəzinəsi sirr səndə ikən Düşməyib saçına dən də Nizami Sanmayan olarmı Leyli Məcnunu Leylinin çox çəkib meyli Məcnunu Duyub düşünməkdən xeyli Məcnunu Yumub gözü o,bir gün də Nizami Əmraham oxudum xeyir şərini Fikrim seyr elədi o vaxt dərini Allah nurlu etsik məkan yerini Rahat yat yatdığın sində* Nizami *Qəbirdə 2017

            Cavab yaz
            • Anonim
              Yaxşı ki şeirə qiymət verən var · 3 Avqust 18:1810

              Qiymətli şeirdə qiymət olmazdı Yaxşı ki şeirə qiymət verən var Qiymətli yazanın qəlbi dolmazdı Yaxşı ki şeirə qiymət verən var Heç kimə olmazdı soyuq istisi Dərk edə bilməsək yaxşını pisi Qiymətli edərdik qızıldan misi Yaxşı ki şeirə qiymət verən var Bu sənət yolunda qələm götürüb Kimlər nəyi tapıb nəyi itirib Ey Əmrah bir yerdə şansın gətirib Yaxşı ki şeirə qiymət verən var 2017

            • Anonim
              Nizami · 5 Avqust 17:0320

              Bu şeirləri bir üz yazmışam sonra göz gəzdirib güclədəcəm məsələn Nizaamı şeirində bu bir sətir şeirin üstə 2-3 gün gecəmi gündüzümə qatıb bu 1 sətir şeirin üstə çalışmışam axır özüm deyən kimi edə bildim oxucular bu sətiri qəbul etsinlət Duyub düşünməkdən xeyli Məcnunu Əbədi ad qoyub öndə Nizami

            • Anonim
              İtirməmişəm · 6 Avqust 20:3010

              İtirməmişəm Hörmətin naminə hörmət saxlayıb Sağımı solumu itirməmişəm Dönməyi olarkən mükəmməl duyub Getdiyim yolumu itirməmişəm Odumla közümlə kitab çıxarıb Aparmam özümlə kitab çıxarıb Mənasız sözümlə kitab çıxarıb Malımı pulumu itirməmişəm Zaman yetişdirər min aya məni Səksən doxsan ilə min aya məni Bir gün təbrik etsə Minaya məni Bilərəm ləlimi itirməmişəm Əmraham dərsimi bitirsəm də mən Qəlbimdən ləl gövhər gətirsəm də mən Malımı mülkümü itirsəm də mən Öz ana dilimi itirməmişəm 2017

  • Anonim
    Oldu artıq · 13 Avqust 18:0910

    Kərəm edək, kərəm edək Kərəm də, kül oldu artıq De, nə qədər de, qəm edək Saf suyum lil oldu artıq Əsərimi dinləməkdən Kinsiz qəlbi kinləməkdən Kaman kimi inləməkdən Saçım tel, tel,* oldu artıq Əmraham xoş yeyəydim kaş Məxmər çuxa geyəydim kaş Bir gün mən də deyəydim kaş Dirəyim ləl oldu artıq 2017

    Cavab yaz
    • Anonim
      Başqasına şeir yazma · 14 Avqust 17:4710

      Başqasının ağlı ilə Başqasına şeir yazma Bir günaha bağlı ilə Başqasına şeir yazma Bir Allahın bilsin, bir sən Nə şeixsən, nə də pir, sən Bəlasını sən, çəkərsən Başqasına şeir yazma Ey Almalı, cinayət var Əmanətə xəyanət var Həq var, axır qiyamət var Başqasına şeir yazma 2017

      Cavab yaz
      • Anonim
        Kim çıxacaq kim qalacaq · 16 Avqust 02:3410

        Onu hələ bilmək olmaz Kim çıxacaq kim qalacaq Sonu hələ bilmək olmaz Kim çıxacaq kim qalacaq Olmasa da yazımız bir Qışımız bir yazımız bir Bilər alın yazımız bir Kim çıxacaq kim qalacaq Ey Almalı ürəkmi bu Yoxsa yağlı çörəkmi bu Bir də sənə gərəkmi bu Kim çıxacaq kim qalacaq 2017

        Cavab yaz
  • Anonim
    Eşq olsun mustəqil Azərbaycana · 16 Avqust 18:2510

    Eşq olsun mustəqil Azərbaycana Sülhün tərafdarı olaraq hər an Qoymadı tökülsün o bir damla qan Ana yurdumuzun oğullarından Heydər babamızın saldığı izi İşıqlı sabaha aparar bizi Vətən vətənimdir deyə mənimdə Sidq ilə and içdi vətən önündə Vətənin ən çətin ağır günündə Göstərdi o böyük məharətini Qoymadı basılsın ana vətəni Oldu üstümüzdə göz illər boyu Sərbəstlik görmədik biz illər boyu Hünər sahibidi yüz illər boyu Əsarət altında olduğu anı Müstəqil eylədi Azərbaycanı Dünyanın sirri çox bir tufan qopar Haq divan geci tez yerini tapar Hər adi günahın bir əmması var Qəlbində sülh olan boyanmaz qana Eşq olsun müstəqil Azərbaycana Böyük tarixi var uludur ulu Sağında Cavanşir Babəkdir solu Döyüşə çixarkən o qoç Koroğlu Girməzdi havayı qılıncı qına Eşq olsun müstəqil Azərbaycana Mən ondan almışam öz ilhamımı Sənət ilhamımı söz ilhamımı Odlar diyarından köz ilhamımı Almasam yazmazdım mən yana-yana Eşq olsun müstəqil Azərbaycana Əsərim əllərdən əllərə düşdü Səs sədam ellərdən ellərə düşdü Adım dastan old

    Cavab yaz
    • Anonim
      Eşq olsun mustəqil Azərbaycana · · 16 Avqust 20:3710

      Əsərim əllərdən əllərə düşdü Səs sədam ellərdən ellərə düşdü Adım dastan oldu dillərə düşdü Şöhrətim yayıldl bütün hər yana Eşq olsun müstəqil Azərbaycana O mənim damarım o mənnim qanım O mənim ürəyim o mənim canım O mənim vətənim Azərbaycanım O mənə bağlıdı mən isə ona Eşq olsun müstəqil Azərbaycana Eşq olsun müstəqil Azərbaycana 2007

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.