Cəmiyyət

İçəri Şəhərdə daha bir abidə bərpa edildi

21 Aprel 2011 12:22
Baxış: 339
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Bakının tarixi mərkəzinin konservasiyası üzrə ətraflı Baş Plan"a uyğun olaraq "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Qoruq ərazisində yerləşən abidələrdə və tarixi binalarda bərpa və konservasiya işləri həyata keçirilir.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, Asəf Zeynallı küçəsi, 69 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsı olan Məktəb-Məsciddə qabaqcıl texnologiyaların köməyi ilə yerli mütəxəssislər tərəfindən aparılmış bərpa işləri artıq başa çatıb. Abidənin günbəzindəki çatlar aradan qaldırılaraq dam hissəsi möhkəmləndirilib, daxilində təmir-bərpa işləri aparılıb, fasadı tarixi görkəminə qaytarılıb.

Məktəb-Məscid 1646-cı ildə II Şah Abbasın yaxın adamı İmam Qulu tərəfindən tikilib və dini təhsil ocağı kimi fəaliyyət göstərib. Tələbələr bu məktəbdə orta dini təhsil alır və daha sonra ali təhsillərini mədrəsələrdə davam etdirirdilər. Ehtimal olunur ki, abidə daha qədim tikili üzərində inşa olunub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.