Xeyir və şərin meyarı nədir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İnsan həmişə ümidi və hədəfi olan bir varlıq olmuşdur. Aqil insan bütün işlərini Allahla bağlayar və Ona tapşırar. Xüsusilə də əgər gördüyü işlər xeyirdirsə. Yəni, bu dünyada ona nəsib olan hər bir xeyri Allahdan bilsin və əgər müsibətə düçar olarsa, səbri və müqaviməti olsun. "O kəslərə ki, onlara hər hansı bir müsibət gəldikdə "həqiqətən biz Allahınıq (bizim yaradılışımız, qorunmağımız, işlərimizin idarə edilməsi və yox edilməyimiz Onun əlində olduğu üçün Onun həqiqi malı, mülküyük) və həqiqətən Ona tərəf qayıdacağıq" deyərlər". ("Bəqərə" 156).
Milli.Az deyerler.org-a istinadən bildirir ki, Quran ayələrinin əksər hissəsi insana ümid verir və xeyir işlər görməyə təşviq edir. Bəli, xeyir o həqiqətdir ki, itmişdir. Nəinki bütün insanlar, heyvanlar və bitkilər belə, onu tapmağa çalışırlar. Elə bir canlı varlıq yoxdur ki, xeyrə tərəf meyl etməsin. Hətta şər işlərlə məşğul olan insanlar belə, gördükləri işi şər kimi qəbul etmirlər, onu xeyir adlandırırlar.
Xülasə, xeyir o şeydir ki, hamı ona malik olmaq istəyir. Onun vasitəsilə insanın kamalı formalaşar. (Tebyan)
Qurani-Kərim Allah yolunda şəhid olmağı bütün dünya malından daha üstün hesab edir. "Əgər Allah yolunda öldürülsəniz, yaxud ölsəniz, şübhəsiz ki, Allah tərəfindən olan bağışlanmaq və rəhmət onların yığdıqlarından(dünya sərvətindən) daha yaxşıdır". ("Ali-İmran" 157).
Nəfsani hisslər qarşısında səbir etmək də xeyirdir. "(Kənizlə evlənməyə verilən) bu (icazə) sizin (subaylıq) məşəqqət(in)dən və (zinanın) zərər(in)dən qorxanınız üçündür. Sizin üçün səbir etmək daha yaxşıdır". ("Nisa" 25).
Axirət nemətlərini yada salmaq da xeyirdir. "De: "Dünyanın mənfəəti azdır və təqvalılar üçün axirət daha yaxşıdır. (Orada) sizə hətta xurma çərdəyinin yarığındakı nazik tel qədər zülm olunmayacaq və haqqınızdan kəsilməyəcəkdir"". ("Nisa" 77).
Allah Təalanın biz insanlara əmr etdiyi bütün işlər - xeyirdir, çəkindirdiyi bütün işlər isə şərdir. İnsan bu həqiqəti qəbul etməlidir ki, yaradılışındakı hədəf bu dünyada xoş yaşamaq və ləzzət almaq deyildir. Bu dünyaya gəlişinin əsil hədəfi - cavidan səadət qalasına qalxmaq və kamala çatmaqdır.
Allah Təala bu dünyada insanları bəzən xeyir və bəzən də şərlə imtahana çəkər və buyurar: "Sizi pislik və yaxşılıq (xəstəlik və sağlamlıq, yoxsulluq və sərvət) ilə imtahan edirik və Bizə tərəf qaytarılacaqsınız". ("Ənbiya" 35).
Əgər insan bu imtahanlarda qalib olarsa, o zaman mənəvi məqamı yüksələr və Allaha yaxınlaşar. Bu zaman xeyir və şər öz həqiqi mənasına qovuşar. Bunu da nəzərə almaq lazımdır ki, imtahanların əksər hissəsi insanın mənəvi dərəcəsini qaldırmaq üçündür. Bəzi imtahanlar isə insanı qəflət yuxusundan oyadar.
Beləliklə deyə bilərik ki, insan və bütün canlı varlıqlar fitri olaraq xeyirə can atarlar. Hər kəs xeyirə malik olmaq istəyər. Çünki xeyir - o həqiqətdir ki, bu dünyada itmişdir və onu tapmaq üçün hamı səy göstərir. Allahın insana əmr etdiyi hər bir iş xeyirdir, çəkindirdiyi hər bir iş şərdir. İnsan bəzən xeyir və bəzən də şər vasitəsilə imtahana çəkilər ki, ancaq bu zaman xeyir və şər öz həqiqi mənasına qovuşar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu müəllimlərin maaşı artırıldı – RƏSMİ
-
Azərbaycanda məşhur şadlıq evləri saxta kürü satır - Siyahı - FOTO
-
Daha üç rayonda bir neçə kənd QAZSIZ QALACAQ - YENİLƏNİB
-
Asfalt yolu və marşrut xətti olmayan qəsəbə sakinləri çarəsiz qalıb
-
İcra başçısının köməkçisi öldü - FOTO
-
Məşhur bazara giriş 50 qəpikdən 5 manata QALDIRILIR?
XƏBƏR LENTİ
-
"Bəlkə hamilədir, çünki ana olmaq yaşı keçir"
-
Bu müəllimlərin maaşı artırıldı – RƏSMİ
-
Dünya mediası Ciorcia Meloninin İlham Əliyevlə Bakıda apardığı danışıqları geniş işıqlandırıb - FOTO
-
Aeroport yolunda ağır qəza - ölən var
-
Azərbaycanda məşhur şadlıq evləri saxta kürü satır - Siyahı - FOTO
-
Daha üç rayonda bir neçə kənd QAZSIZ QALACAQ - YENİLƏNİB
-
“Neftçi” darmadağınla qələbə qazandı
-
Asfalt yolu və marşrut xətti olmayan qəsəbə sakinləri çarəsiz qalıb
-
İcra başçısının köməkçisi öldü - FOTO
-
Beynəlxalq Xalça Festivalı uğurla başa çatdı - FOTO
-
Məşhur bazara giriş 50 qəpikdən 5 manata QALDIRILIR?
-
Filarmoniyanın aprel ayında keçirilmiş abonement konsertləri - FOTO
-
Qərar verilib, amma icra yoxdur: Əlilliyi olan qadın 17 ildir mənzil gözləyir
-
"Kurtlar Vadisi"nin aktyoru VİDEOsu ilə gündəm oldu
-
Sürücülərin DİQQƏTİNƏ: Bu yol ÇÖKDÜ
-
Nikahda YENİLİK: Yüzlərlə qadın belə etdi
-
Qurban Qurbanov ilk maaşından DANIŞDI: "70 manat almışdım..."
-
Britni Spirslə bağlı QƏRAR: Bu cəza verildi
-
Axtarışda olan iş adamı timsahın mədəsində tapıldı - VİDEO
-
Pula pul demir, anası "Qocalar evi"ndə yaşayır - VİDEO
-
Paytaxtda məktəbdə 7 şagird qoğaldan ZƏHƏRLƏNDİ - FOTO
-
Aeroport yolunda ağır QƏZA - Ölən var
-
Tolik küsülü 2 müğənnini BARIŞDIRDI - VİDEO
-
"Met Qala 2026": Ən çox danışılan geyimlər, qeyri-adi dizaynlar... - FOTO





