Cəmiyyət

Avtomobiliniz sürəti necə ölçür? - VİDEO

31 Mart 2016 21:19
1 Şərh     Baxış: 14 421
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bəzi xarici ölkə istehsalı avtomobillərdə məsafə göstəricisi kilometrlə yox, millə göstərilir. Bu isə sürücülərdə çaşqınlıq yaradır və sürət həddinin aşılması kimi qayda pozuntularına səbəb olur. Belə problemlə qarşılaşmamaq üçün ekspertlərin tövsiyyələri var.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, Amerika istehsalı olan avtomobillərdə sürət millə, digərlərində isə kilometrlə  ölçülür. Bu isə sürücülər arasında anlaşmazlığa səbəb olur...

Fərz edin ki, 60 km sürət həddi qoyulan bir yolda sürücü səhvən avtomobili 60 millə idarə etsə faktiki olaraq 96 km sürətlə hərəkət etmiş olacaq. Bu isə o deməkdir ki, o həm radara düşəcək, həm də cərimələnəcək

Bu cür çaşqınlıqla qarşılaşmamaq üçün əvvəlcə 1 mil məsafənin necə kilometr olduğunu bilmək vacibdir. Xüsusilə Amerikada tətbiq olunan 1 mil ölçü vahidi 1.6 km-dir. Ancaq sürücülərin əksəriyyəti 1 milin neçə kilometr olmasından xəbərsizdirlər.

Mütəxəssislərin bu cür çaşqınlıqla qarşılaşmamaq üçün tövsiyyələri var.

Ancaq ekspertlər bu məqamda sürücülərə məsləhət görürlər ki, cihazlar qalxanını avtomobilə zərər vermədən ancaq servis mərkəzlərində dəyişsinlər. Əks təqdirdə qeyri-peşəkar usta tərəfindən edilən kiçik bir səhv avtomobildə daha ciddi problemlərin yaranmasına səbəb ola bilər.
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Avtomobiliniz sürəti necə ölçür?

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.