Cəmiyyət

Nikahın pozulmasına səbəb nədir? - VİDEO

27 Noyabr 2015 14:00
4 Şərh     Baxış: 1 216
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

TTV (Region TV) xəbər verir ki, son illər Azərbaycanda boşanma halları iki dəfə artıb. Statistik göstəricilər belə deməyə əsas verir. Bəs nikahın pozulmasına səbəb nədir? Ailə və evlilik haqqında düzgün maarifləndirmənin olmaması, yoxsa sonradan qarşıya çıxan problemlər?! Əməkdaşımız Şəhla Poladova bu suallara aydınlıq gətirib.

Ailə cəmiyyətin kiçik modelidir. Ancaq son zamanlar boşanma hallarının artması bu modelə kölgə salır. Dövlət Statistika Komitəsinin açıqlamasına görə, Azərbaycanda 2015-ci ilin 8 ayı ərzində  43,9 min nikaha daxilolma və 8,6 min boşanma halı qeydə alınıb. Əvvəllər ailələrin dağılması  şəhərlərdə üstünlük təşkil edirdisə, indi bu vəziyyət rayonlara da sirayət edib.

Sadalanan rəqəmlər ailə dəyərlərini uca tutan və hər vəchlə onu qorumağa çalışan bir dövlət üçün kifayət qədər böyük göstəricidir. Mütəxəssislər boşanma hallarının artmasını müxtəlif səbəblərlə izah edirlər. 

Həmçinin uşaqların olmaması, digər xəstəliklər, qan çatışmazlığı, alkoqol içkilərin və narkotik vasitələrin istifadəsi, məişət zorakılığının özü də ailələrin dağılmasına səbəb olan faktorlardandır. 

Nikahın pozulması prosesinin hüquqi əsasları olduğu kimi, psixoloji məqamları da var. Belə ki, boşanan tərəflərlə yanaşı, onların uşaqları da hadisədən təsirlənir. Uşaq anaya sığınır, atanı isə özünə arxa, dayaq hesab edir. Valideynlər arasında seçim etmək uşağı sarsıdır. 

Psixoloq tövsiyə edir ki, ailə quran gənclər gələcəkdə problemlə üzləşməmək üçün mütləq həkim və mütəxəssis müayinəsindən keçsinlər. Bu baxımdan maarifləndirilmə işlərinin gücləndirilməsi və sağlam həyatın təbliğ edilməsi də vacib amillərdəndir.

Bir  millətin davamı və əbədiliyi yaxşı yetişdirilən nəsillərlə mümkündür. Odur ki, milli varlığımızı və milli ruhumuzu möhkəm təməl üzərində qurulan ailələrlə formalaşdıraq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

Nikahın pozulmasına səbəb nədir?

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.