Milli.Az xəbər portalı bildirir ki, bu gün ilk ağır çərşənbədir. 20 fevralda başa çatan kiçik çillədən 20 marta - Novruza qədər olan müddət 4 ünsürlə bağlı olaraq 4 ağır çərşənbəyə paylaşdırılıb. Od, su, hava və torpaq çərşənbələri.
Bəs ardıcıllıq niyə belədir?
Əvvəlcə havaların qızması (od çərşənbəsi) ilə əlaqədar qarlar əriyib suya (su ç.) dönür, sonra havada baharın təravəti duyulmağa (hava ç.) başlayır və ardınca da torpaq oyanır (torpaq ç.), ona atılan dəni cücərtmək qabiliyyətinə malik olur.
Məlum olduğu kimi, od, hava, su və torpaq ünsürləri bütün yaradılışın əsası sayılır.
Novruzla başlayan yeni ilə qədərki 4 ağır çərşənbəni bayram kimi qeyd etməklə insanlar, sanki ötən ilin ağır ovqatından xilas olurlar.
Niyə su yox, od?
Birinci çərşənbənin su yox, od çərşənbəsi olduğunu tarix elmləri doktoru Güllü Yoloğlu da deyir.
İlk çərşənbənin məhz od yox, su çərşənbəsi kimi təqdim edilməsi
folkşorşünasların səhvi sayıla bilər, çünki ilk olaraq havaların
qızması, yəni od təbiəti qış yuxusundan oyadır, qarları əridir, suya
çevirir və təbiətdə canlanma yaradır. Amma təəssüf ki, bu, illərdən
bəri təhrif olumuş formada cəmiyyətə təqdim edilir.
Bəs bu gün çərşənbə axşamı olduğu halda, nəyə görə buna "çərşənbə" (od çərşənbəsi, su çərşənbəsi və s.) deyirik?
Çünki çərşənbə günü (yəni, 3-cü gün) Merkuri səyyarəsinə aid olduğu
üçün ticarət, alver, katiblik, yazıçılıqla əlaqələndirilir və xoş gün
sayılır. İkinci gün - çərşənbə axşamı isə Marsa aid olduğu üçün
qan-qaralıq, əsəbilik, düşmənçilik, aqressivlik ovqatını əks
elətdirir, buna görə də ağır gün sayılır. Ona görə də çərşənbə axşamına
"ağır çərşənbə" deyilir. Məhs bayram günü kimi ən ağır günü seçməkdə məqsəd bu günlərin neqativ təsiri azaltmaq istəyindən yaranıb.
Bu əqidə ilə babalarımız ağır çərşənbələri bayram kimi keçirmiş, od üzərindən tullanmaqla neqativ əhval-ruhiyyəni, xəstəlikləri "odda yandırmaq" məqsədində olublar.
Çərşənbələrin xüsusiyyətləri nələrdir?
Baharın gəlişinə qədər
ilin son 4 həftəsinin çərşənbə axşamlarını daha şən keçirməklə insanlar,
qarşadın gələn Novruzdan - yəni yeni ildən daha xoş günlər,
xeyir-bərəkət, sağlamlıq, əmin-amanlıq, uğur istəyirlər.
Bundan başqa, bütün ünsürlərin təmizləyici keyfiyyətləri var. Qeyd etdiyimiz kimi, birinci ağır çərşənbə oda aiddir. Oddan keçməklə təmizlənmək üsulu zərdüştilikdə xüsusi ayindir. Dünyanın hər yerinə səpələnmiş azərbaycanlılar od çərşənbəsini tonqal qalamaqla, üzərindən atılmaqla qeyd edirlər. Oddan atılarkən "ağırlığım, uğurluğum odda yansın" deyib üç dəfə odun üzərindən tullanmaq lazımdır.
Onu da xatırladaq ki, min illərlə yaşı olan bu ənənəni Sovet dönəmində ləğv etmək istəmişdilər. 1921-ci ilin fevral ayında Bakı şəhəri yanğınsöndürmə İdarəsinin xüsusi fərmanında qeyd olunur ki, "Abşeron yarımadası və Bakı şəhəri neft çıxan ərazi olduğu üçün burada bayram tonqallarının qalanması qadağan edilir". Buna baxmayaraq, xalqımız öz adət-ənənəsinə sadiq qalmış və onu bu gün də yaşatmaqdadır.
Çərşənbə axşamlarında nə etməli?
Hər dörd çərşənbələrdə evlərdə süfrə bəzənməli, plov bişirilməli, şamlar yandırılmalıdır. Hər dörd çərşənbələrdə qulaq falı deyilən xüsusi ayin icra olunur. Hər kəs ürəyində bir mətləb tutur və onun həyata keçib-keçməyəcəyini yoxlamaq üçün qulaq falına çıxır. Bu, o deməkdir ki, ilk eşitdiyi söz ürəyində tutduğu mətləbin reallaşıb-reallaşmayacağına əlamətdir. Ona görə də həmin gün bütün evlərdə, ailələrlə ancaq xoş ovqatla yaxşı sözlər danışılmalı, qeybət edilməməli, qarğış, söyüş səsləndirilməməlidir. Nə qədər qan-qaralıq ab-havası olsa da, kimlərinsə çox dəyərli arzularının çin olması ümidi ilə qapınızı dinləyə biləcəklərini nəzərə alın.
Qızlar qapı dinləməyə gedərkən özləri ilə kiçik ayna götürməlidirlər ki, ürəkdə tutulan arzunun cavabı bu aynada həkk olunsun və il ərzində gerçəkləşsin.
Qulaq falı üçün 4 çərşənbə niyyətlərinizi yoxlayın
Biq məqamı da diqqətə çatdırmaq yerinə düşərdi. Nədənsə çərşənbə bayramlarının hamısını deyil, məhz sonuncu çərşənbəni əsas bayram kimi qeyd edirlər. halbuki 4 çərşənbənin hər biri Novruza qədərki kiçik bayramlar hesab edilir. 4 çərşənbənin hər birində tonqal qalamaq, bayram süfrəsi açmaq, hər kəsin adına 1 şam yandırmaq, qulaq falına çıxmaq, səməni cücərtmək, tonqal yandırmaq, bir sözlə, bayram əhval-ruhiyyəsində və bayram hazırlığında olmaq lazımdır.
Qız-gəlinlərimiz adətən sonunsu çərşənbə günü qulaq falına çıxırlar. Amma hər dörd çərşənbədə niyyət tutub qapı dinləmək olar və eşidilən hər bir söz real qəbul edilməlidir.
Bayramda mütləq quş (toyuq, qaz, dəvəquşu) yumurtası boyanmalıdır. Dəvəquşu yumurtası xoşbəxtlik rəmzi hesab edilirdi. Oğlan uşaqları yumurta döyüşdürməklə isə rəqibi üzərində qalib gəlmək sevinci yaşayır, həmçinin əvvəlcədən kəsilmiş mərci udur.
Hər çərşənbə axşamında ölənlərin ruhu yad edilməli, xörək bişirəndə duz atarkən mərhumu yada salıb ruhunu sevindirmək lazımdır. Hər bir məhrumun adına az-az, ayrı-ayrılıqda duz atılmalıdır.
Papaq atmaq olmaz!
Çərşənbə axşamı bayramlarının qədim adətlərindən biri də evlərə, qapılara torpa atmaqdır. Papaq isə qeyrət rəmzidir, yerə qoymaq, qapıya, ayaq altına atmazlar! Qapıya torpa atılmalıdır. Keçmişdə evlərin bacasından torba sallayardılar. Amma indi isə təəssüf ki, bu adət təhrif olunub. Torbanı papaqla əvəzləməyin heç bir izahı və məntiqi isə yoxdur.
Ümumiyyətlə, bu adətin məqsədi odur ki, yığılan nemətlər imkanı olmayan adamlar arasında paylanmalıdır. İmkansız, kasıb-füğəra sevinməlidir.
Görkəmli mütəfəkkür, bu il 150 illik yubileyini qeyd edəcəyimiz M.Ə.Sabir deyib:
Ey dövlətlilərin səfası Novruz,
Tacirlərin aşinası Novruz,
Bir millətə eyd ikən neçinsən?
Oldun füqəra əzası, Novruz?
Yəni, əslində xalqımızın adətinə görə bayram payı toplanıb kasıblara veriməlidir ki, onlar da bayramı qeyd edə bilsinlər.
Keçmişdə çərşənbə bayramlarında meydan oyunları, kütləvi tamaşalar göstərilirdi. İndi də bu adəti saxlamaqdayıq. Bayram günləri şəhərdə Novruz şənlikləri təşkil olunur, el sənətkarları, müğənnilər, pəhləvanlar, kəndirbazlar öz sənətlərini nümayiş etdirir, Novruzun simvolları kimi keçəl (qışın simvolu), kosa və keçi (yazın simvolu) şənliklərə rəng qatır. Qaravəllilərdən, şeir və lətifələrdən, müxtəlif folklor nümunələrində danışmaqla insanları əyləndirirlər.
Bu bayramlarda xüsusi araçılar çoxdan küsülü qalanların barışmasına şərait yaradırdılar. Qohumlara, qocalara, xəstələrə baş çəkmək, ölənlərin qəbir üstünü ziyarət etmək lazımdır. Ailədə təzə uşaq dünyaya gələndə onun adına xüsusi hədiyyə alıb görməsinə gedirlər.
Novruza yaxınlaşdıqca daha çox bayram əhval-ruhiyyəsinə köklənmək lazımdır.
Bayramınız mübarək!
Firidun Qurbansoy
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bu gün birinci ağır çərşənbə - od çərşənbəsidir
22 Fevral 2011 08:00
Baxış: 13 916

DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda özündən böyük kişilərlə evlənən qızların sayı çoxalır - VİDEO
-
Günün qoroskopu: ailə ilə bağlı sürpriz hadisələr ola bilər
-
Bayrağımız qarşısında çəkilən bu görüntülər sərt TƏNQİD OLUNDU - VİDEO
-
Gəlin toyunda "hoqqa verdi": qılınclarla... - VİDEO
-
Azərbaycanda orqanlarını satmaq istəyənlər həbs oluna bilər: köçürülmə yalnız bu yolla...
-
Bakıda qayınata kürəkənə BAHALI maşın hədiyyə etdi - VİDEO
XƏBƏR LENTİ
-
Azərbaycanda özündən böyük kişilərlə evlənən qızların sayı çoxalır - VİDEO
-
"Ailələrin dağılma səbəbi budur"
-
Bu meyvə virusun düşmənidir, mədənin isə...
-
Tez bişən yemək RESEPTLƏRİ: 20 dəqiqəyə...
-
Bu dezodorant səssizcə sağlamlığı məhv edir
-
800 min dollara uçan avtomobillər - FOTOlar
-
İsti havalarda bu məhsulları yemək təhlükəlidir
-
Bunu bilsəniz, qulaq çöplərini atacaqsınız
-
İbrahim Borçalı izləyicilərini göz yaşlarına boğdu - FOTO
-
Bu sosial şəbəkədən hesablar kütləvi şəkildə oğurlanır - XƏBƏRDARLIQ - VİDEO
-
Bakıda xanım sürücü qəribə qəza törətdi - VİDEO
-
Günün qoroskopu: ailə ilə bağlı sürpriz hadisələr ola bilər
-
Rusiyada OMON dəstəsi azərbaycanlı qardaşları öldürdü - 50-dən çox azərbaycanlını isə... - yenilənib
-
Hakim oyun zamanı həbs edildi
-
Bakıda baş vermiş yanğında zərərçəkənlər danışdı - "Yoldaşım meyvə yuyurmuş..." - VİDEO
-
Soçidə iki sərnişin təyyarəsi toqquşdu - FOTO
-
Mustafa Sandal məhkəməlik oldu
-
Azərbaycanlı aparıcı 25 ildən sonra ana olduğunu etiraf etdi - VİDEO
-
Daha bir təyyarə qəzaya uğradı - ölənlər var
-
“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO
-
İmtahanlar bitdiyi üçün sevinib 1 litr araq içdi, komaya düşdü
-
Tolik ad günündə anası və qızı ilə… - VİDEO
-
82 ildir itkin idi, qalıqları Rusiyada tapıldı - FOTO
-
Erməni arxiyepiskop Mikael Acapaxyan polis tərəfindən saxlanılıb