İsveçdə akademik Zərifə Əliyevaya həsr edilmiş kitablar təqdim olunub - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Stokholmda Avropa Komissiyasının və Avropa Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (ECDC) tibbi yardımın beynəlxalq standartlarının müzakirəsi üzrə Beynəlxalq forum keçirilib. Forum çərçivəsində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevaya həsr edilmiş "Tibbi təyinatlı məmulatların sterilləşdirilməsi" və "İnfeksion nəzarətin əsasları" kitabları təqdim edilib.
Bu kitabların müəllifi həmvətənimiz, Kiyevdə fəaliyyət göstərən akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzin rəhbəri, P.L.Şupik adına diplomdan sonrakı təhsil Milli Tibb Akademiyasının mikrobiologiya və epidemiologiya kafedrasının müdiri, Dünya Səhiyyə Təşkilatının Avropa bürosu yanında Ukraynanın milli əlaqələndiricisi, professor Aydın Salmanovdur.
İsveçin Karolina İnstitutunda keçirilmiş beynəlxalq forumun işində Avropa İttifaqının (Aİ) üzvü olan ölkələrin milli ekspertləri iştirak ediblər.
Avropa komissiyasının himayəsi altında keçirilən tədbirdə həmvətənimiz Ukraynanın milli əlaqələndiricisi və Ukrayna-Aİ Assosiasiyası çərçivəsində antibiotik rezistentliyi və İnfeksion nəzarət üzrə ekspert kimi iştirak edib.
Professor A.Salmanov AZƏRTAC-a verdiyi eksklüziv müsahibəsində bildirib ki, beynəlxalq forumda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsinə həsr edilmiş kitabların nüsxələri ECDC-nin kitabxanasına, forumun təşkilatçılarına və Aİ ölkələrinin ekspertlərinə hədiyyə edilib. ECDC-nin Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri, doktor Nabil Safrani və beynəlxalq layihələrin rəhbəri, doktor Maarit Kokki də kitabları minnətdarlıqla qəbul ediblər.
Təhlükəsiz tibbi yardım göstərilməsi üzrə Avropa standartlarının daxil edildiyi kitablar səhiyyənin təşkilatçıları və menecerlər, müxtəlif ixtisaslar üzrə həkimlər, əczaçılar, həmçinin tibbi profilli ali məktəblərin müəllimləri və tələbələri üçün nəzərdə tutulub.
Qeyd edək ki, professor A.Salmanov 250-dən çox elmi işin, o cümlədən 19 kitabın (monoqrafiyalar, tibbi profilli ali məktəblərin tələbələri üçün dərsliklər və dərs vəsaitləri) müəllifidir. Onlardan 9-u görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevaya həsr edilib. A.Salmanov öz peşəkar biliklərini görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın rəhbərliyi altında təkmilləşdirib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ölkədəki bu məşhur ASC LƏĞV EDİLDİ
-
Azərbaycanda bu kəndlərin adı DƏYİŞDİRİLİR
-
Artıq heç kim dişsiz qalmayacaq - Bunun da dərmanı tapıldı
-
Sürücülərə ŞAD XƏBƏR - Yeni dairəvi yollar tikiləcək - FOTO
-
Məleykə Abbaszadədən valideynlərə MÜRACİƏT
-
"Əgər hamı alırsa, o da deyir niyə ucuz satım" - Mərkəzi Bankın sədri
XƏBƏR LENTİ
-
Asif Nəsirlinin dəfn yeri və vaxtı açıqlandı
-
Məşhur xanımlara zəng edərək “podxod” etdi: Reaksiyaları gündəm oldu - VİDEO
-
Bakıda həbsxanada QƏTL - Məhkum kamera yoldaşını ÖLDÜRDÜ
-
Paşa Rəcəbli və Abdulla Babayev vəfat ETDİ
-
Dünya neft ehtiyatlarında kəskin azalma
-
Ölkədəki bu məşhur ASC LƏĞV EDİLDİ
-
Azərbaycanda bu kəndlərin adı DƏYİŞDİRİLİR
-
"Aziz başkan" geri qayıdır: Namizəd oldu
-
Hacı Vəliyevə hökm oxundu
-
"İnter"in keçmiş məşhur futbolçusu ÖLDÜ - FOTO
-
Şanxayda dünyanın ən böyük dönmə çarxı inşa ediləcək
-
İlk dəfə yeni doğulan qızlarının üzünü GÖSTƏRDİLƏR - FOTO
-
“Futbol səhvləri bağışlamır”
-
Artıq heç kim dişsiz qalmayacaq - Bunun da dərmanı tapıldı
-
Sürücülərə ŞAD XƏBƏR - Yeni dairəvi yollar tikiləcək - FOTO
-
Məleykə Abbaszadədən valideynlərə MÜRACİƏT
-
Rusiyada təyyarə qəzaya uğradı: Ölənlər var
-
"Əgər hamı alırsa, o da deyir niyə ucuz satım" - Mərkəzi Bankın sədri
-
Azərbaycanda imtahan sistemi DƏYİŞİR? - Məleykə Abbaszadə AÇIQLADI
-
Bank sektorunda YENİLİK - BTB tam olaraq ABB-yə KEÇİR
-
"Heydər Əliyev Azərbaycan mediasının inkişafını müəyyən edən liderdir" - Bəhruz Quliyev
-
Birbank-dan onlayn nağd kredit rəsmiləşdirin, 1000 bonus qazanmaq şansı əldə edin
-
Kartlarla mərc əməliyyatlarına nəzarət SƏRTLƏŞİR
-
Mərkəzi Nəbatat bağında gənc rəssamların sərgisi keçirilib - FOTO





