"Heydər Əliyev Azərbaycan mediasının inkişafını müəyyən edən liderdir" - Bəhruz Quliyev
"Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində yalnız siyasi lider kimi deyil, həm də milli medianın inkişaf strategiyasını müəyyənləşdirən şəxsiyyət kimi xüsusi yer tutur. Onun rəhbərliyi dövründə mətbuatın cəmiyyətdə rolu, dövlət quruculuğunda əhəmiyyəti və ictimai rəyə təsiri hər zaman diqqət mərkəzində saxlanılıb.
Xüsusilə, vurğulamaq lazımdır ki, Heydər Əliyevin ölkəyə ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycanın ən mürəkkəb, taleyüklü və sınaqlı mərhələsinə təsadüf edirdi. Həmin dövrdə dövlət institutlarının zəiflədiyi, xaos və parçalanma təhlükəsinin artdığı bir şəraitdə Ulu Öndər qarşısına hüquqi dövlət quruculuğu, sabit idarəetmə sistemi yaratmaq və sağlam vətəndaş cəmiyyətinin əsaslarını formalaşdırmaq kimi strateji məqsədlər qoydu. Bu baxımdan media da cəmiyyətin ayrılmaz hissəsi, vətəndaş cəmiyyətinin mühüm institutu kimi dəyərləndirilirdi."
Milli.Az xəbər verir ki, bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Siyasi şərhçi qeyd edib ki, Heydər Əliyev yaxşı bilirdi ki, güclü dövlət yalnız iqtisadiyyat və ordu ilə deyil, eyni zamanda sağlam informasiya siyasəti, peşəkar jurnalistika və milli maraqları qoruyan media sistemi ilə möhkəmlənir. Məhz buna görə də onun hakimiyyətə qayıdışından sonra Azərbaycanda mətbuatın inkişafı istiqamətində mühüm addımlar atıldı, jurnalistlərin fəaliyyəti üçün yeni imkanlar yaradıldı.
Ən mühüm qərarlardan biri senzuranın ləğvi oldu. Bu addım ölkədə söz və fikir azadlığının genişlənməsinə, mətbuat orqanlarının daha sərbəst fəaliyyət göstərməsinə ciddi təkan verdi. O dövr üçün bu, tarixi qərar idi və Azərbaycanın demokratik inkişaf kursunun göstəricisi sayılırdı. Paralel olaraq, kütləvi informasiya vasitələrinin hüquqi bazası formalaşdırıldı, mətbuatın fəaliyyətini tənzimləyən qanunvericilik təkmilləşdirildi.
"Ulu Öndər jurnalist əməyinə hər zaman yüksək qiymət verirdi. O, media nümayəndələri ilə açıq dialoqa üstünlük verir, onların suallarını cavablandırır, cəmiyyətlə hakimiyyət arasında medianın körpü rolunu xüsusi vurğulayırdı. Mənim də jurnalist kimi onunla müxtəlif səfərlərdə iştirak etmək imkanım olub və yaxından müşahidə etmişəm ki, Heydər Əliyev informasiya məsələlərinə son dərəcə həssas yanaşır, hər bir açıqlamanın ictimai təsirini dərindən hesablayırdı. O, jurnalistə sadəcə xəbər daşıyıcısı kimi deyil, dövlət və xalq qarşısında məsuliyyət daşıyan ziyalı kimi baxırdı.
Onun müəyyən etdiyi media siyasəti nəticəsində Azərbaycanda milli informasiya məkanı formalaşdı, dövlət maraqlarını müdafiə edən peşəkar jurnalistika ənənələri gücləndi. Xarici təbliğat və dezinformasiya fonunda Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində mühüm əsaslar yaradıldı.
Bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən media siyasətinin təməlində də məhz Heydər Əliyevin strateji baxışı dayanır. Müasir Azərbaycan mediasının inkişafı, rəqəmsallaşması və beynəlxalq nüfuzunun artması Ulu Öndərin müəyyən etdiyi yolun məntiqi davamıdır.
Heydər Əliyevin media sahəsinə verdiyi töhfələr təkcə bir dövrün deyil, bütöv bir gələcəyin əsasını təşkil edir. Onun irsi göstərdi ki, azad sözə hörmət edən, milli maraqları qoruyan və peşəkarlığı üstün tutan media dövlətin və vətəndaş cəmiyyətinin ən mühüm dayaqlarından biridir,"- deyə B.Quliyev əlavə edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Heydər Əliyev Azərbaycan mediasının inkişafını müəyyən edən liderdir" - Bəhruz Quliyev
-
Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - VİDEO - FOTO
-
Kamaləddin Qafarov: “İtaliya ilə əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”
-
Mehriban Əliyeva "Caspian Agro Week" və "InterFood Azerbaijan" sərgilərindən kadrlar paylaşıb - VİDEO
-
İlham Əliyev Avropa İttifaqının ali nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTO
-
Dünya mediası Ciorcia Meloninin İlham Əliyevlə Bakıda apardığı danışıqları geniş işıqlandırıb - FOTO
XƏBƏR LENTİ
-
Azərbaycanlı aktyorlar ilk dəfə yeni doğulan qızlarının üzünü GÖSTƏRDİLƏR - FOTO
-
“Futbol səhvləri bağışlamır”
-
Artıq heç kim dişsiz qalmayacaq - Bunun da dərmanı tapıldı
-
Sürücülərə ŞAD XƏBƏR - Yeni dairəvi yollar tikiləcək - FOTO
-
Mələkə Abbaszadədən valideynlərə MÜRACİƏT
-
Rusiyada təyyarə qəzaya uğradı: Ölənlər var
-
"Əgər hamı alırsa, o da deyir niyə ucuz satım" - Mərkəzi Bankın sədri
-
Ölkədə imtahan sistemi DƏYİŞİR? - Məleykə Abbaszadə AÇIQLADI
-
Bank sektorunda YENİLİK - BTB tam olaraq ABB-yə birləşir
-
"Heydər Əliyev Azərbaycan mediasının inkişafını müəyyən edən liderdir" - Bəhruz Quliyev
-
Birbank-dan onlayn nağd kredit rəsmiləşdirin, 1000 bonus qazanmaq şansı əldə edin
-
Kartlarla mərc əməliyyatlarına nəzarət SƏRTLƏŞİR
-
Mərkəzi Nəbatat bağında gənc rəssamların sərgisi keçirilib - FOTO
-
Qış soyuğu bitir, istilər başlayır - PROQNOZ
-
Keti Perri Bakıya gələcək - VİDEO - FOTO
-
"Yeraltı"nın ulduzu aya görün nə qədər qazanırmış
-
İctimai nəqliyyatda kartdan pul niyə gec ÇIXILIR? - AÇIQLANDI
-
Banklarda nəzarət SƏRTLƏŞİR - Vergiyə birbaşa məlumat gedir
-
Elşən Şamilov Azərbaycana gətirilir
-
Maaş kartları ilə bağlı YENİLİK - RƏSMİ
-
Bakının bu ərazisində evlərin altından SU AXIR
-
Azərbaycanda hava kəskin dəyişdi - Yağış, qar və şimşək...
-
Bakıda dostunun məhkəməsinə gələn şəxs həbs EDİLDİ
-
Bu gün Azərbaycan vasitəsilə Ermənistana gübrə və taxıl göndərilib - YENİLƏNİB





