Cəmiyyət

Millət vəkili: “Azərbaycanda narkomaniya cinayət kimi qəbul olunmamalıdır”

31 Yanvar 2011 19:09
Baxış: 205
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu barədə Trend-ə millət vəkili Fazil Mustafa bildirib. Millət vəkilinin fikrincə, narkomaniya cinayət kimi qəbul edildiyindən, bu problemlə mübarizədə görülən tədbirlər effektli nəticə vermir. Onun sözlərinə görə, narkomaniya xəstəlikdir və bu xəstəliyə düçar olan şəxslərin həbsinə yox, müalicəsinə ehtiyac var. Bu əsasdan çıxış edən millət vəkili hesab edir ki, narkomaniya ilə mübarizədə cəzalandırmadan daha çox tərbiyəvi işə, təbliğata və müalicəyə üstünlük verilməlidir: "Azərbaycanda narkomaniya cinayət hesab olunduğundan bu əmələ görə həbsxanalarda cəza çəkənlərin sayı ilbəil artır. Bu isə problemlə mübarizədə səmərəli nəticə vermir. Bu xəstəliyə mübtəla olmuş şəxsləri cəzalandırmaqdansa, onların normal müalicəsinə şərait yaradılmalıdır. Təklif edirəm ki, narkomanlar cinayətkar kimi deyil, xəstə kimi qəbul edilsinlər".

Fazil Mustafanın fikrincə, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsindən daha çox cəmiyyətdə problemə münasibətin dəyişməsinə ehtiyac var.

Qeyd edək ki, Azərbaycanda rəsmi qeydiyyatda 21 mindən çox narkoman var.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.