Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Alimlər niyə cənnətlə-cəhənnəm arasında qalır?
25 Yanvar 2011 10:07
Baxış: 778
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Din mənəviyyat diktaturasıdır, deyirlər və bu diktaturanın polisi biz tərəflərdə molladır. Yer üzündə mollaların bir neçə növü yaşayır - İran mollası, türk mollası, kənd mollası, minbər mollası, ehsan mollası və s. Bu mollalar dini rütbəcə də fərqlənirlər. Məsələn, dində höccətülislam rütbəsi daşımaq, təqribən, ordudakı general-simus rütbəsi daşımağa bərabərdir. Ayətullah - general-polkovnik kimi bir şeydir. Yəni höccətülislam istədiyi vaxt ayətullahı kabinetinə çağırıb, tutalım, vəzifəsindən sui-istifadə etdiyi üçün danlaya və cəza olaraq, ona gündüz axşama kimi namaz qıldıra, yəni, təqribən, hərb diliylə desək, "jim" elətdirə bilər. Ayətullah da həmçinin, rütbəcə özündən kiçikləri çağırıb dəstəmaz alarkən aftafadan əlinə su tökməsini əmr edə bilər. Buna görə də müsəlman dünyasında böyüyün böyük, kiçiyin kiçik yeri var. Kiçiyin ağzı nədir böyük olan yerdə cıqqırını çıxarsın. Əslinə baxsan müsəlman dünyasında kiçiyin heç kiçik yeri də yoxdur, hətta belə bir atalar sözü də var ki, "evin kiçiyi olmaqdansa, itin küçüyü olasan". Yəni bu məsələ görə bizdə itin küçüyünin hüquq və azadlığı evin kiçiyinkindən çoxdur. Kiçiyin işi böyüklərin aftafa-ləyənini daşımaqdır. Aftafa-ləyən müsəlmanın öləndən sonra cənnətə getməsindən ötrü çox vacib atribut sayılsa da, bəzi mənbələrdə bu müqəddəs qab dəstinin müsəlmanlardan xeyli əvvəl xristianlar tərəfindən kəşf olunduğu söylənilir. Belə ki, dəstəmaz anlayışının İsa peyğəmbərlə bağlı olduğunu təsdiqləyən mənbələrdə deyilir ki, bəzi xristian təriqətlərində - pyatidestyatniklərdə, adventistlərdə - dəstəmaz almaq dəb imiş. Bunun əsasını da yevangelist bir rəvayət təşkil edir. Guya, xristian peyğəmbəri İsa Məsih gizli axşam yeməyi zamanı öz şagirdlərinin ayaqlarını yuyurmuş. Pah! Əvvəla sual oluna bilər, peyğəmbər olan şəxs axşam yeməyini niyə gizli şəkildə yeyir, ikincisi, şagirdin ayağını yumaq nə dərəcədə doğru hərəkətdir? Şagirdin ki, ayaqlarını gündə üç dəfə falaqqaya salıb çubuqdan çıxarmadın, başına çadra bağlatdırmadın, daha onun nəyi şagird oldu? Elə buna görə də şagirdləri İsanı üçüncü xoruz banında Roma prokuratorlarına satdılar da! Peyğəmbərə ayağını yudurdan şagirddən bundan başqa nə gözləmək olardı?. Buna görə də bizim din xadimləri insanı bələkdən qəbrəcən cəzalandırırlar ki, qudurmasınlar.
Əgər bizim ayətullah deyirsə ki, məktəbli qızlar çadra örtməlidir, deməli örtməlidir, deməli Allah belə qərara gəlib. Ayətullah dəli deyil ki, özündən qanun yaratsın. Yüz faiz Allah-təala buyurub ki, Azərbaycan məktəblilərini çadraya bükmək lazımdır.
Sübut? Nə sübut? Məgər bilmirsiniz ki, dində şəkk etmək kafirlikdir!? Hətta müsəlmanlara nəzərən kafir hesab olunan protestantların da belə bir deyimi vardır ki, "etiqadı sübut etmək onu rədd etmək deməkdir". Din elə ona görə dindir ki, onun sübuta-filana ehtiyacı yoxdur. Din bəyəm sənin üçün pedoqogika elmidir ki, Uşiniskinin dediyini Kominski dansın? Ağlınız Karl Marksa getməsin, dini "xalqın tiryəki" adlandırırdı. Axırı nə oldu? Dinin tiryəkə qarşı olduğunu İran İslam Respublikası hər gün sübut etmirmi? Hər gün bu ölkədə tiryək alverçisi adıyla ittiham edilən adamlar edam olunmurmu?! Hərdən eşidirik ki, hansısa qərbli ağzıgöyçəklər "islamın terrora meyilli din olmasını" söyləyirlər. Guya, biz müsəlmanlar kefimizdən terror aksiyaları törədirik. Bəs innokentçilərin, muraşkovçuların, xlıstların törətdikləri qırğınlara nə deyirsiniz? Hələ ermənilərdən danışmırıq. Özü də biz yazıq müsəlmanlar terror törədəndə də ədalət hissini heç vaxt unutmuruq. Partlatdığımız camaatla bərabər özümüzü də partladırıq. İndiyəcən hansı xristian qarnına bomba bağlayıb camaatla bərabər özünü də partladıb? Yəni necə deyərlər, bombaya bürünüb, elnən sürünüb. Varmı tarixdə belə bir fakt? Bizim zavallı müsəlman terrorçular bombanın ən gur yerinə düşdükləri üçün tikələri də ələ gəlmir.
Orta əsrlərdə yoxsullaşmış xristian feodallarının təhrikiylə kilsənin Şərqə Səlib yürüşlərinin təşkilinin arxasında bəyəm talançılıq, yeni torpaqların zəbti niyyətinin durduğunu bilmirik? Guya, Şərqdə yel əsib, qoz tökülmüşdü? Şərqlilər itə də bir çörək borcludur. Biz burda külfət-uşağı dolandırmaqdan ötrü Moskva bazarlarında göy-göyərti satırıq, zalım uşağı qılınc götürüb Şərqə gəlirlər ki, qaz vurub, qazan doldursunlar. Axırda da bizim adımızı terrorçu qoyurlar. Bizdə Kərbəla qırğını olmuşdursa, onlarda da Varfolemey gecəsi olmuşdur. Bizdə cəmi yetmiş iki adam qılıncdan keçirildisə, onların Varfolemeyində 30 min insana divan tutuldu.
Bütün bu tarixi faktları sadalamaqda məqsədimiz budur ki, bizim höccətülislamların, ayətullahların nə qədər humanist, tərəqqipərvər, uzaqgörən olduğunu - adamlar hətta o biri dünyada bizi nələrin gözlədiyini indidən üzümüzə deyirlər - məktəbli qızcığazların diqqətinə çatdırmaqdır. Bir çadra nəmənədir ki, örtmək istəmirsiniz? Kişilərlə üz-göz olursunuz. Siz çadralarınızı örtün, inşallah, cənnətdə sizə gözünüz üstə qaşınız var deyən olsa, gəlib cəhənnəmədə şəxsən mənim üzümə tüpürərsiz. Hələ bu günəcən elm öyrənməklə cənnətə getmək heç kimə nəsib olmamışdır. Deyilənə görə, Qaliley, Kepler, Kopernik, Volter, Paskal, Spinoza, Stendal, Lokk, Hüqo, Defo, Düma, Leybnits, Beko və başqa elm qurbanları hələ də cənnətlə cəhənnəm arasında sərgərdan həyat sürürlər.
Aqşin Yenisey
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə səmimi söhbəti - (Video)
-
Prezident İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub
-
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
-
Sabah Abşeron çimərliklərində külək güclənəcək
-
Prezident İlham Əliyev Şuşada “Yasəmən” hotelinin yeni korpusları ilə tanış olub - (Foto)
-
Müctəba Xameneidən sərt mesaj: Qisas mütləq alınacaq
XƏBƏR LENTİ
-
Süni intellekt bəşəriyyəti dörd günə məhv edə bilər - İDDİA
-
Çin aviaşirkətləri tayfun səbəbindən 2800 reysi ləğv etməyi planlaşdırır
-
Matçda təhqiramiz ifadələr işlədən aktyor cərimələndi
-
Bu aylarda doğulan insanlar taleyini dəyişmək üzrədirlər
-
Prezident İlham Əliyev: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
-
Qaradağda ağır qəza - Ölən və yaralananlar var
-
Prezident İlham Əliyev: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir
-
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
-
Prezident İlham Əliyev: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
-
Prezident İlham Əliyevin Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə səmimi söhbəti - (Video)
-
Müctəba Xamenei atasının dəfn mərasimində niyə iştirak etməyib?
-
Slovakiya Prezidenti Azərbaycana səfər edəcək
-
Dünya çempionatından qayıdan afrikalı futbolçu öldü
-
Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib
-
"Real" klubu Vinisius Junior ilə yeni müqavilə barədə razılığa gəlib
-
Türkiyədə kişi çağırışa gedən polisi güllələyib öldürdü
-
Prezident İlham Əliyev “Xankəndi” hotelinin açılışında iştirak edib - (Foto)
-
Akademik Musiqili Teatrda "Şahmaran" tamaşasına daxili baxış keçirilib - (Foto)
-
Prezident İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşü ilə bağlı paylaşım edilib - (Video)
-
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
-
Dmitri Breykin vəfat etdi
-
Sabah Abşeron çimərliklərində külək güclənəcək
-
Rusiya Ukraynanın itkilərini yenilədi