Cəmiyyət

Mirqafar Seyidov polis kapitanını işdən çıxartdı

4 May 2015 15:06
Baxış: 2 597
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Baş Dövlət Yol Polisi İdarəsi Dövlət Yol Polisi İdarəsinin tağım komandiri işdən çıxarılıb.

Milli.Az aznews.az-a istinadən xəbər verir ki, aşkarlanan nöqsanlara görə idarənin tağım komandiri, polis kapitanı Mövlayev Natiq Bahadur oğlu tutduğu vəzifədən azad edilib.

Faktı N.Mövlayev özü təsdiqləyib. Bildirib ki, dünən keçirilən sıra baxışından sonra o, işdən çıxarılıb.

Qeyd edək ki, Bakıda keçiriləcək birinci Avropa oyunları ilə əlaqədar dünən Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin (BŞDYPİ) şəxsi heyətinə sıra baxışı keçirilib. Sıra baxışı BŞBPİ-nin rəisi polis general-mayoru Mirqafar Seyidov, BŞBPİ-nin rəis müavini polis general-mayoru Səhlab Bağırov, BŞDYPİ-nin rəisi polis polkovniki Nuşirəvan Səfərov tərəfindən həyata keçirilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.