Cəmiyyət

Günün qoroskopu

22 Yanvar 2011 07:00
Baxış: 234
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Göylərin mənzərəsi

22 yanvar, şənbə, XIX Ay günü, Günəş - Dolçada, Ay - Qızda, Merkuri - Oğlaqda, Venera - Oxatanda, Mars - Dolçada, Yupiter - Balıqlarda, Saturn - Tərəzidə, Uran - Balıqlarda, Neptun - Dolçada, Pluton - Oğlaqda.

Münəccim öncəgörümləri

Qoç - Yarımçıq qoyduğunuz problemləri tamamlamağa cəhd edin. Səhhətinizə qarşı diqqətlıi olun. Maddi durumunuzu artırmaq cəhdləriniz o qədər də qənaətbəxş olmayacaq.

Buğa - Səhhətinizdən şikayətlənməyə ixtiyarınız yoxdur. Sevgi münasibətlərində anlaşılmazlıq davam edir. İndi  ünsiyyətləriniz istədiyiniz kimi alınmır. Maddi imkanlarınızı artıra bilərsiniz.   

Əkizlər - Özünüzü narahat hiss edir, hamıdan şübhələnirsiz. Səhhətinizlə bağlı müəyyən problem meydana çıxa bilər.  Biznes işləriniz alınmır. Maddi durumunuzu yaxşılaşdırmaq cəhdləriniz konkret nəticə verməsə də, ruhdan düşməməniz sevindirici haldır.

Xərçəng - Özünüzü güclü hiss edirsiz. Bununla belə, elə bir iş yoxdur ki, konkret nəticələriniz olsun. Ünsiyyətişləriniz alınmır. Buna görə əsəbiləşib gücünüzü azaltmağın yeri yoxdur.

Şir - Səhhətinizlə bağlı problem yarana bilər. Qanunları pozmayın. Hamı kimi saikt yaşamağa vərdiş edin. Mübahisə və münaqişələrə qoşulmadan qarşıya qoyduğunuz məsələləri həll etməyə çalışın. Heç bir işiniz ürəyiniz istəyən kimi rahat alınmayacaq.

Qız - Maddi imkanlarınızı artırmaq şanslarınız çox azdır. Səhhətiniz sizin üçün problem yaratmır. Savadlı hesab etdiyiniz adamlardan məsləhət almağa çalışın. Ünsiyyətləriniz hələ ki, alınmır.

Tərəzi - Özünüzü gücsüz və yorğun hiss edəcəksiniz. Savadınızı artırmağın vaxtı çatdığı artıq görünməkdədir. Səhhətinizə qarşı diqqətli olun. Sevgi münasibətləri qarışılıqlı anlaşma müstəvısindədir.

Əqrəb - Səhhətiniz sizin üçün problem yaratmır. Sevgi münasibətlərində ümumi narazılıq hökm sürür. Biznes işləriniz alınır. İnsanlarla münasibətlərinizə təzədən baxmalısınız. Üzüyola olun.

Oxatan - Səhhətiniz sizin üçün gərginlik yaradacaq. Ruhi gücünüz çoxdur. Qanunları pozmamağınız gücünüzü bir az artıracaq. Ünsiyyətlərinizdən zövq alacaqsınız. Maddi durumunuz problemli olaraq qalmaqdadır.

Oğlaq - Səhhətinizdən ciddi şikayətlənməyə əsasınız yoxdur. İşləriniz alınmır. Biznes planlarını həyata keçirərkən çoxsaylı problemlərlə üzləşirsiniz. Dözümlü olsanız qələbə sizindir.

Dolça - Səhhətiniz sizdən ötrü problem yaratmasa, işləriniz alına bilər. Mənəmlik hissindən uzaqlaşın. Qəzəbinizi büruzə verməyin. Onsuz da, biznes planlarını həyata keçirmək şansınız o qədər də çox deyil.

Balıqlar - Gücünüz kifayət qədər çoxdur. Bununla belə, insanların rəğbətini qazanmaq imkanlarınız məhduddur. Biznes planlarını genişləndirərək həyata keçirə bilərsiniz.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.