Cəmiyyət

Günün qoroskopu

21 Yanvar 2011 07:00
Baxış: 342
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
 Göylərin mənzərəsi

21 yanvar, cümə, XVIII Ay günü, Günəş - Dolçadada, Ay - Şirdə, Merkuri - Oğlaqda, Venera - Oxatanda, Mars - Dolçada, Yupiter - Balıqlarda, Saturn - Tərəzidə, Uran - Balıqlarda, Neptun - Dolçada, Puluton - Oğlaqda.

Münəccim öncəgörümləri

Qoç - Bu gününüz rahat keçsə də, ümumilikdə işləriniz istədiyiniz kimi yaxşı getmir. Hər tərəfdən maddi bazalı çoxsaylı problemlərlə əhatələnmisiniz. Əsəblərinizi qoruyun. Ünsiyyətlərinizi çoxaldın.

Buğa - Maddi durumunuzu yaxşılaşdırmağın qayğısına qalın. Fəaliyyətinizin hər bir sahəsində uğur sizinlə olacaq. Gününüzü xeyirsiz işlərə sərf etməyin. Səhhətinizə qarşı diqqətli olun.

Əkizlər - Səhhətinizlə bağlı ciddi probleminiz gözlənmir. Çoxsaylı problemlərlə üzləşəcəksiniz. Onlardan ən asan bildiyinizi yoluna qoymağa çalışın. Maddi vəziyyətiniz çətin olaraq qalır. Biliyinizi artırın.

Xərçəng - İşləriniz yaxşı alınacaq. Fəaliyyət sahənizi genişləndirməyə çalışın. Ünsiyyətlərinizi çoxaldın. Maddi vəziyyətinizi yaxşılaşdırmaq imkanlarınız var. Səhhətinizə qarşı diqqətli olun.

Şir - Romantik əhval-ruhiyyəniz yüksək olacaq. Çətinlik duymadığınız bu gündə hər şeyə qarşı reaksiya göstərməyin. Maddi imkansızlıq sizi bir sıra çətinliklər qarşısında qoyur.

Qız - Maddi vəziyyətiniz yaxşılaşdırmaq şanslarınız var. Mübahisələrə baş qoşmayın.Səhhətinizi gücə salmamaq üçün əsəbiləşməməli, hər işin keçici olduğunu özünüzə təlqin etməlisiniz.

Tərəzi - İşləriniz asanlıqla alınınr. Səhhətinizlə bağlı ciddi problemləriniz yoxdur. Biznes planlarını həll etməlisiniz. Ailədaxili münasibətlərdə hər iş istədiyiniz kimi gedir.

Əqrəb - Əlinizi atdığınız hər bir işiniz alınacaq. Maddi vəziyyətinizi yaxşılaşdırmaqla bağlı hər bir işdə  uğurunuz var. İndi tənbəlliyin vaxtı deyil, daha çox öyrənib bilməlisiniz. Səhhətinizi qoruyun.

Oxatan - Bu gün özünüzü güclü hiss etsəniz də, problemləriniz çoxdur. Onların demək olar ki, heç birini maddi çətinlik ucbatından həll edə bilmirsiniz.

Oğlaq - Fəaliyyətinizdəki problemləriniz asta-asta həll olunmaqdadır. Biznes sahəsində uğurlarınız çoxdur. Səhhətinizdəki problemlərə vaxt ayırmanız məsləhətdir.

Dolça - Romantik ovqatınızın yüksəkliyinə baxmayaraq, kəskin problemlərlə üzləşəcəksiniz. Bu gün qəti qərar vermək məsləhət deyil. Maddi vəziyyətinizi yaxşılaşdırmaq yönündə çalışmalısınız.

Balıqlar - İşləriniz yaxşı gedəcək. Özünüzü ruhən güclü hiss edəcəksiniz. Biznes planlarını həyata keçirmək sizin üçün problem deyil. Səhhətinizə qarşı diqqətli olun.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.