Sağlam bədəndə sağlam ruh olar. Sağlam bədənə, möhkəm orqanizmə sahib ola bilməyin əsas səbəblərindən biri də düzgün qidalanmaqdır. Son zamanlar insanlar qidalanarkən onlar üçün yeməklərin dadlı olması orqanizmə xeyirli olmasından daha mühümdür və bu hallar həm orqanizmimiz həm də cəmiyyətimiz üçün bəzi təhlükələr yaradır. Bu səbəbdən, Milli.Az xəbər portalı sağlam qidalanmanın əsas şərtlərini sizə təqdim edir.
Ət və balıq məhsullarından necə istifadə edilməli?
Qidalanmanın əsasını ət, balıq və dəniz məhsulları, süd məhsulları, yumurta, meyvə və tərəvəzlər təşkil edir. Ət - qidalanmada xüsusi önəmi olan məhsullardan biridir. Ət məhsulları əsasən mal kəsildikdən 12 saat sonra istifadəyə yararlıdır və 3 gün ərzində təzə sayılır. Təzə ət əsasən, açıq qırmızı rəngdə olur.
Qidalanarkən ətin yağsız tikələrini seçin. Bununla siz piylənmənin qarşısını alacaqsınız. Həmçinin də özünüzü zəhərlənmədən qoruyacaqsınız. Çünki, ətraf mühitin zəhəri əsasən, heyvanın piyində toplanır ki, bu da insanda xərçəng xəstəliyi riskini artırır.
Normal qidalanan insanın həftəlik mal əti porsiyası 7 dəfə təşkil edir. Amma əgər insan pəhriz saxlayırsa və ya hansısa problemdən, mədə-bağırsaq, diabet xəstəliklərindən əziyyət çəkirsə, bu zaman həftəlik mal əti ilə qidalanma porsiyası 4 olmalıdır.
Çalışın, həmişə orqanik, yəni, yaşıl ot yemiş, təbii şəraitdə saxlanılmış malın ətini alın. Çünki onlara hansısa dərman və ya antibiotik vurulmur, təbii şəraitdə saxlanılır. Eyni zamanda belə məhsullar sulfat turşusu və E vitamini ilə zəngin olur.
Balıq və dəniz məhsulları sağlam qidalanmanın əsasını təşkil edir. Balıq təzə, dondurulmuş və duzlanmış halda olur. Təzə balığın təbii, özünəməxsus rəngi və bərk pulcuqları olur. Təzə balıq seliksiz olur və xoşagəlməz qoxu vermir. Gözləri qabarıq və parlaq qəlsəmələri isə qırmızı rəngdə olur. Nərə fəsiləsinə aid soyudulmuş iri balıq asılı halda, xırda və üstü pulcuqlu balıqlar isə dondurucuda saxlanılır. Balığın saxlama müddəti 1-2 gündür.
Təzə duzlu balığın zahiri görünüşü parlaq, qəlsəmələri tünd qırmızı yaxud solğun rəngdə, əti isə elastik və bərk olur. Duzlu balığı soyuducuda 10 gün saxlamaq olar.
Sağlam qidalanmaq istəyirsinizsə hər həftə balıq yeyin. Çünki balıq protein və yağın ən yaxşı mənbəyidir. Balıq yod, sink və bir sıra vitaminlərlə zəngindir. Ancaq iri balıqların ətini ayda bir dəfədən çox yemək məsləhət deyil. Çünki onlarda yüksək səviyyədə civə var.
Balıq yağı əvəzolunmaz ərzaq sayılır. Onun tərkibində orqanizmi sağlam saxlayan bir sıra turşular və vitaminlər var. Çalışın, əsasən təbii şəraitdə tutulan balıqlarla qidalanın. Digər balıqlarla müqaisədə onlar daha baha qiymətə satılır çünki, daha xeyirlidir. Belə ki, bu balıqlar antibiotik və hormonal əlavələrlə qidalanmır.
Süd məhsulları orqanizmi kalsiumla təmin edən əsas məhsullardan biridir. Süd sağıldıqdan sonra 24 saat ərzində təzə sayılır. Südü və süd məhsullarını soyuducuda ağzı açıq şəkildə saxlamaq məsləhət deyil. Çünki bu tip məhsullarda qoxunu cəlb etmə xüsusiyyəti var. Hətta bu səbəbdən də xanımlar soyuducudan qoxunu yox etmək məqsədi ilə bəzən soyuducuya yarım stəkan süd qoyurlar.
Təzə süd və yumurta necə olmalıdır?
Keyfiyyətli təzə süd ağ yaxud nisbətən sarımtıl rəngə çalır. Özünəməxsus iyi olur və şirintəhər təm verir. Keyfiyyətsiz köhnə süd göyümtül rəngə çalır xoşagəlməz təm və iy verir. Çalışın, həmişə yağsız və ya az yağlılığı olan süd, qatıq və pendir alın. Əsasən, orqanik süddən istifadə edin. Çünki orqanik, yəni, təbii süd tərkibində antibiotik olmamasına əminlik yaradır. Həmçinin bu süd adi süddən fərqli olaraq orqanizmi sağlam piylə təmin edir.
Yumurta insan orqanizminə çox faydalı olan ərzaqlardandır. Təzə yumurtanı işığa tutub baxanda bir bərabərlikdə işığı keçirməli, sarısı olan yerində və ucunda azacıq parıltı verməlidir. Uzun müddət qalan yumurta bulanıq və tünd rəngə çalır və ləkəli olur. Yumurtanın təzəliyini yoxlamaq üçün bir boşqabda suya duz əlavə edin və yiumurtanı içinə atın. Təzə yumurta belə məhlulun dibinə edir. 3-4 günluk yumurta suyun altında üzür. Köhnə yumurta isə suyun üzündə qalır.
Çalışın, yumurta alarkən ferma yumurtası deyil, orqanik və pasterizə olunmuş yəni kənd yumurtası alın. Çünki kənddə toyuqlar təmiz su ilə qidalanır və onlara gündəlik antibiotiklər vurulmur.
Hansı qidalar vitaminlidir?
Gündəlik qidalanmada müxtəlif vitaminləri qəbul etmək insan orqanizmi üçün çox zəruridir. Müxtəlif vitaminlər isə orqanizmimizə tərəvəzlər və meyvələr vasitəsilə daxil olur.
Əsasən, dietada olan insanların ikinci çörək kimi istifadə etdiyi kartofun qida əhəmiyyəti onun nişastanın miqdarından aslıdır. Nişastanın miqdarına görə kartofun kaloriliyi başqa tərəvəzlərdən 3-5 qat artıqdır. Həmçinin kartofda C vitamini vardır. 500 qrama yaxın qızardılmış kartof insanın sutkalıq C vitamini ehtiyacını ödəyir.
Sağlam qidalanmada balqabaq, badımcan və pomidor kimi bol vitaminli və kalorili tərəvəzlərin xüsusi yeri var.
Balqabaq əsasən, 3 növdə olur: xorək, yem və texniki balqabaq. Balqabağın tərkibində A və B vitaminləri var.
Badımcan isə ağ və bənövşəyi rəngdə olur. Bizim ölkəmizdə əsasən bənövşəyi badımcan yetişir. Badımcanın tərkibində C və A vitaminləri vardır.
Pomidorun tərkibində çoxlu vitamin və mineral duzlar vardır ki, bunlar da şəkər turşusu maddələri ilə birlikdə yüksək təm keyfiyyəti kəsb edir. Pomidorun saxlama müddəti 18-20 dərəcə tempraturda 10 gündür.
Tərəvəzlərlə yanaşı bütün meyvələr də sağlam qidalanmaq üçün əsas şərtlərdən biridir. Çalışın, gündə ən azı bir dəfə meyvə ilə qidalanın.
Meyvə-tərəvəzləri isə...
Meyvə və tərəvəzləri axar su ilə yumaq məsləhətdir. Bu tip ərzaqları yəni alma, şaftalı, çiyələk, gilas, gavalı, şirin bibər, acı bibər, kərəviz, paxla, ispanaq kartof, pomidor və.s orqanik almaq məsləhətdir. Çünki bu tip meyvə və tərəvəzlər çöküntü yığmağa meyillidir.
Ümumiyyətlə, digər ərzaqlara nisbətən bahalı olmasına baxmayaraq orqanik məhsullardan istifadə etmək daha xeyirlidir. Çünki belə məhsullar təbii olur və kimyəvi qatqı qatılmadan yetişdirilir.
Sağlam qidalanıb sağlam yaşayın...
Nura
Milli.Az
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Sağlam qidalanmanın sirrləri: ərzaqların təzə, ya köhnə olmamasını necə bilməli?
18 Yanvar 2011 08:14
Baxış: 1 348

DİGƏR XƏBƏRLƏR
-
Vüqar Tapdıqlı vəfat etdi
-
Bu maşınlar 2 ay ərzində 4 min manat ucuzlaşdı - FOTO
-
Ən çox bu bölgələrin müəllimləri sertifikasiyadan kəsilib - STATİSTİKA
-
“20 Yanvar”da doğulan uşaq bu yaşına kimi metrodan pulsuz istifadə edəcək
-
Qızları erkən yaşda nişanlayan valideynlər də CƏZALANDIRILCAQ – RƏSMİ
-
İslamabadda hərbçilərimizi Azərbaycan dilində salamladılar - VİDEO
XƏBƏR LENTİ
-
Növbəti “3+3” formatlı görüş Bakıda və ya İrəvanda keçirilə bilər
-
Qəzada ölən "dünya gözəli"nin FOTOları
-
Avqustun ikinci yarısı bu 3 bürcə şans gətirəcək - Bolluq dövrü başlayır
-
Səhərlər ayıla bilmirsinizsə, oxuyun
-
"Sabah" UEFA Konfrans Liqasında mübarizəni dayandırdı - YENİLƏNİB
-
Görüş yaxşı keçsə Tramp Zelenskiyə belə xəbər edəcək
-
Mina qurbanı olmuş şəxslər məhkəmədə ifadə veriblər - FOTO
-
ChatGPT-dən məsləhət aldı, xəstəxanaya düşdü
-
Bu şəhərin meri dağdan yıxılıb öldü
-
Lənkəranskinin yaxın adamının ölümü ilə bağlı daha 3 nəfər tutuldu
-
Həyat yoldaşına görə sənəti tərk edən, harada yaşadığı bilinməyən Hicran Mehbalıyeva - O, kimin tələbi ilə baş rola dəvət olundu?
-
UEFA prezidenti ən sevdiyi futbol liqasını açıqladı
-
Türkiyədə yenə zəlzələ oldu
-
Dəyişiklik vaxtı çatdı: Bu bürclər hər şeyə yenidən başlayır
-
Peskov: Rusiya-ABŞ sammitindən sonra heç bir sənədin imzalanması planlaşdırılmır
-
Malxaz Songulaşvili Prezident İlham Əliyevə məktub ünvanlayıb
-
Bu ərazidəki parklanma xidməti dayandırılır
-
Tanınmış cərrah dünyasını dəyişdi
-
Amerikalı basketbolçu Azərbaycan klubuna keçdi
-
28 may stansiyasında işlər başladı - XƏBƏRDARLIQ
-
"Bu dünyada ən böyük şərəfi daşıyıram"
-
Vüqar Tapdıqlı vəfat etdi
-
Bloqer Varlamov həbs edildi
-
Bu maşınlar 2 ay ərzində 4 min manat ucuzlaşdı - FOTO