Cəmiyyət

Azərbaycanda ehtiyacı olan tələbələrə müjdə

27 Fevral 2015 16:30
0 Şərh     Baxış: 1 976
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ali, orta ixtisas və ümumtəhsil müəssisələrində İnsan hüquqları müstəqil fənn kimi tədris edilə bilər

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) ali, orta ixtisas və ümumtəhsil müəssisələrində "İnsan hüquqları"nın müstəqil fənn kimi tədris edilməsini təklif edib.

Report xəbər verir ki, bu barədə Ombudsmanın 2014-cü il üçün hazırladığı illik hesabatda bildirilir.

Hesabatda, həmçinin uşağın icbari təhsildən yayınmasında günahkar olan şəxslərə münasibətdə inzibati məsuliyyətin müəyyən edilməsi, bununla yanaşı, valideyn və müəllim məsuliyyətinin artırılması, valideyn vəzifələrini tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsi də tövsiyə olunub.

Bundan başqa, dövlət sifarişi əsasında ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan ehtiyacı olan tələbələrin yataqxanalarda yerlə təmin edilməsi, bu mümkün olmadığı hallarda onlara mənzil kirayəsi haqqının ödənilməsi təklifi də irəli sürülüb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.