Xarici ölkələrdəki diaspor təşkilatlarımızın Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı nümayiş etdirdiyi fəallıq, vətənpərvərlik mövqeyi təqdirəlayiqdir.
Bunu Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.
Dövlət Komitəsinin sədri bildirib ki, Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı dünyanın müxtəlif ölkələrində diaspor təşkilatları tərəfindən çox maraqlı və effektiv tədbirlər həyata keçirilir: "Bilirsiniz ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılmış "Xocalıya ədalət" beynəlxalq kampaniyası çox uğurla həyata keçirilir, bu kampaniyada diaspor təşkilatlarımız, ümumiyyətlə, xarici ölkələrdə yaşayan azərbaycanlılar da fəal iştirak edirlər".
N.İbrahimov qeyd edib ki, dünyanın bir çox ölkəsində Xocalı soyqırımının 23-cü ildönümünə həsr edilmiş tədbirlər, anım mərasimləri, etiraz aksiyaları, foto və rəsm sərgiləri təşkil olunub: "Təqdirəlayiq haldır ki, Xocalı soyqırımı ilə bağlı nəinki diaspor təşkilatlarımız, eləcə də Azərbaycan Respublikasının bir sıra dövlət və qeyri-hökumət təşkilatları, diplomatik nümayəndəliklərimiz, ayrı-ayrı vətəndaşlarımızın kifayət qədər maraqlı təşəbbüsləri, layihələri oldu. Onların hər birinə təşəkkür edirik ki, Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı belə yüksək fəallıq nümayiş etdirirlər. Xüsusilə də xarici ölkələrdə yaşayan soydaşlarımızın, diaspor təşkilatlarımızın bu həssas tarixdə nümayiş etdirdiyi fəallıq, vətənpərvərlik mövqeyi təqdirəlayiqdir".
O, həmçinin vurğulayıb ki, builki tədbirlər mahiyyətinə, məzmununa görə daha maraqlı olmaqla yanaşı, həm də daha geniş coğrafiyanı əhatə edib: "Azərbaycan Prezidentinin apardığı siyasət, müəyyən etdiyi strateji xətt bütün dünya azərbaycanlılarını vahid bir ideya ətrafında birləşdirib. Azərbaycanlıların yaşadığı və təşkilatlandığı elə bir ölkə yoxdur ki, orada Xocalı soyqırımına dair hansısa bir tədbir, layihə həyata keçirilməsin. Bu da bir daha onu göstərir ki, bütün dünya azərbaycanlıları Azərbaycan dövlətinin ətrafında sıx birləşiblər və xalqımızın tarixin müxtəlif mərhələrində məruz qaldığı ədalətsizliklərə öz etirazlarını bildirməyi bir borc kimi qəbul edirlər. Eyni zamanda, "Xocalıya ədalət" beynəlxalq kampaniyası da soyqırımın 23-cü ildönümünə dair tədbirlərə daha çox insanın cəlb olunmasında və bu tədbirlərin daha geniş coğrafiyaya yayılmasında ciddi rol oynayıb".
Milli.Az
Cəmiyyət
Nazim İbrahimov Xocalı soyqırımı ilə bağlı diaspor təşkilatlarının fəaliyyətini qiymətləndirdi
27 Fevral 2015 16:21
Baxış: 680
DİGƏR XƏBƏRLƏR
- Bakıda təhlükə saçan lüks avtomobilin sürücüsü ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
- 18 yaşlı Lamiyə yaşlı qonşu kişiyə qoşulub qaçdı - VİDEO - FOTO
- "Cığır" romanı Türkiyə türkcəsində ikinci dəfə çap edildi
- Ərinə əsəbiləşən qadın küçənin ortasında SOYUNDU - VİDEO
- 12 yaşına qədər uşaqlar ön oturacaqda əyləşə bilərlər? - VİDEO
- Günün qoroskopu: asan gün deyil
XƏBƏR LENTİ
- Bürclərin ən yaxşı evdar qadınları
- Filippinin dövlət başçısı İlham Əliyevə təbrik məktubu göndərib
- Seçkiyə görə məzuniyyətlər ləğv oluna bilər? - Deputat açıqladı
- Bakıda yolda gördüyü qızları çəkib Tiktokda paylaşan şəxs həbs olundu
- "Onlardan aldığım enerjini heç nədən almıram"
- İlham Əliyevə təbriklər gəlməkdə davam edir
- İrlandiyanın Prezidenti İlham Əliyevi təbrik edib
- "Gecələr o qədər ağlayırdım ki..." - VİDEO
- Kəmaləddin Heydərov xanım polkovnik-leytenanta VƏZİFƏ VERDİ - FOTO
- Toylara gedən Xalq artistlərinin canlı ifası “sıfırdır” - VİDEO
- Naqillərlə oyun məktəblilər üçün faciə ilə nəticələndi: Dəhşətli anlar - VİDEO
- Azərbaycanda çörəyin qiyməti bahalaşacaq? - AÇIQLAMA
- Qətər Dövlətinin Əmiri İlham Əliyevə təbrik məktubu ünvanlayıb
- Bu ölkə Fələstini müstəqil dövlət kimi tanımaq qərarı verdi
- Seneqalın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
- Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı təşkil olunacaq
- İlk dəfə yeni doğulan oğlu ilə FOTO paylaşdı
- Finlandiya Prezidenti COP29-da iştirak edəcək
- Dənizaşırı ölkələrin COP29-da iştirakı ilə bağlı danışıqlar aparılır - Abbas Abbasov
- Coşqun Diniyevin paylaşımı başına BƏLA OLUB - VİDEO
- Toydan 12 gün sonra "gəlin" ilə bağlı üzə çıxan gerçəklər hamını şoka saldı
- Finlandiyanın dövlət başçısı İlham Əliyevə zəng edib
- Pakistan Baş naziri Ceyhun Bayramovu qəbul edib
- Putin Matviyenkonu təltif etdi