Cəmiyyət

Ailədə törədilən fiziki zorakılıq cinayət sayılsın - TƏKLİF

27 Fevral 2015 16:17
0 Şərh     Baxış: 1 527
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məişət zəminində törədilən zorakılıq halları ilə mübarizənin effektivliyini artırmaqdan ötrü Cinayət Məcəlləsinə məişət zəminində törədilən fiziki zorakılıq halları ilə bağlı maddənin əlavə edilməsini və bu hala görə məsuliyyətlərin müəyyənləşdirilməsini zəruri sayır.

Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Trend-ə bildirib ki, məcəllədə psixoloji, mənəvi və iqtisadi xarakterli zorakılığa görə məsuliyyətlər olsa da, ailə münaqişələri zamanı fiziki zorakılığa görə məsuliyyətə cəlb edilmə ilə bağlı xüsusi maddə yoxdur.

Azərbaycanda məişət zorakılığı ilə mübarizə sistemində bu məsələ ilə bağlı boşluğun olduğunu deyən E.Səfərov qeyd edib ki, bu gün məişət zəminində törədilən zorakılıq hallarının qurbanı olmuş şəxslər üçün yalnız QHT-lər tərəfindən 7 sığınacaq mərkəzi yaradılıb. Məişət zəminində zorakılığa məruz qalan qurbanlar üçün dövlət tərəfindən də belə sığınacaqlar, yardım mərkəzləri, o cümlədən "Qaynar xətt" yaradılmalıdır.

Komitə rəsmisi hesab edir ki, Azərbaycanda bu sahədə çatışmayan məsələlərdən biri onlayn məlumat bankının olmamasıdır. Əgər elektron formada belə bir sistem yaradılarsa, onda zorakılığa məruz qalmış şəxslər müraciət etdikdə onlar barədə məlumat həm polis şöbəsində, həm də yerli icra hakimiyyəti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər qurumların yerli şöbələrində olar: "Belə olan halda dövlət qurumlarına avtomatik olaraq bu barədə məlumat ötürülərdi. Biz də mərkəz olaraq, statistik məlumatların reallığını öyrənib analizini apara bilərdik".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.