Cəmiyyət

Bakıda məşhur cibgir tutuldu

27 Fevral 2015 13:56
0 Şərh     Baxış: 2 163
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Saxlanılan zaman onun üzərindən narkotik vasitə də aşkar edilib

Bakıda kriminal aləmdə Nəriman adı ilə tanınan məşhur cibgir saxlanılıb. "Report"un məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsi, Nizami Rayon Polis İdarəsi (RPİ) və 24-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat zamanı 1983-cü il təvəllüdlü Salmanov Nəriman İqramuddinoviç tutulub. Saxlanılan zaman onun üzərindən şəxsi istifadəsi üçün nəzərdə tutulan narkotik vasitə olan tiryək də aşkar edilib.

Qeyd edək ki, polislər N.Salmanovu sərnişin avtobusunda cibgirlik edən zaman iş başında saxlayıblar. Araşdırma zamanı saxlanılan şəxsin əvvəllər dəfələrlə cibgirlik və narkotik vasitələrdən istifadə etdiyi üçün məhkum edildiyi məlum olub. Sonuncu dəfə 8 ay əvvəl azadlığa buraxılan N.Salmanov barəsində Nizamı RPİ-də cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.