Cəmiyyət

Hansı soyadları götürə biləcəyimiz dəqiqləşdi - SİYAHI

11 Yanvar 2011 15:42
Baxış: 5 581
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bu barədə APA-ya Komissiyanın sədr müavini Sayalı Sadıqova bildirib. Onun sözlərinə görə, soyad sonluqları ilə bağlı qərar 6 bənddə əksini tapıb. Soyadların yeni seçim sisteminin tətbiq edilməsi barədə qərara əsasən, soyad sonluqları aşağıdakı yollarla düzələ bilər:

1. Valideynin mövcud soyadını bildirən sözün kökünə və ya soyad tərkibinin hər hansı bir tərkib hissəsinə, soyad üçün seçilmiş hər hansı bir sözə hansı cinsə mənsub olmasından asılı olaraq -oğlu və -qızı soyad sonluğunun artırılması vasitəsilə. Məsələn, Ağaoğlu Rəşid Ağa oğlu.

2. Valideynin soyadını bildirən sözün kökünə və ya soyad tərkinin hər hansı tərkib hissəsinə, soyad üçün seçilmiş hər hansı bir sözə -lı, -li, -lu, -lü şəkilçisinin artırılması vasitəsilə. Məsələn, Aydınlı Şəfəq Şair qızı.

3. Valideynin soyadını bildirən sözün kökünə və ya soyad tərkinin hər hansı tərkib hissəsinə, soyad üçün seçilmiş hər hansı bir sözə heç bir leksik və qrammatik vasitə artırılmadan. Məsələn, Bəhruz Soltan Baxış oğlu.

4. Valideynin soyadını bildirən sözün kökünə və ya soyad tərkinin hər hansı tərkib hissəsinə, soyad üçün seçilmiş hər hansı bir sözə -gil və ya -soy şəkilçisinin artırılması vasitəsilə. Məsələn, Azərsoy Turab Əhməd oğlu. Bəhramgil Diləfruz Ziya qızı.

5. Valideynin soyadını bildirən sözün kökünə və ya soyad tərkinin hər hansı tərkib hissəsinə, soyad üçün seçilmiş hər hansı bir sözə -zadə soyad sonluğunun artırılması vasitəsilə. Belə sözlər bir vurğu ilə deyilir və mürəkkəb söz kimi bitişik yazılır. Məsələn, Dadaşzadə İlqar Dadaş oğlu.

6. Soyad seçimi zamanı titul bildirən xan, bəy, eləcə də hacı, əfəndi kimi sözlərdən soyad yaratma vasitəsi kimi istifadə tövsiyə edilmir.

Qərara əsasən, soyadların yeni seçim sisteminin təsdiq edilməsi və təklif olunan tövsiyələrin 2011-ci il yanvarın 1-dən başlayaraq yeni doğulanların soyad seçimi zamanı nəzərdə tutulması haqqında müvafiq dövlət qurumları qarşısında vəsatət qaldırılıb.

Qərarı AMEA prezidenti Mahmud Kərimov imzalayıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.